Azərbaycan Demokratik Sahibkarlar Partiyası — 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuş, Azərbaycan Milli Məclisinin I çağırışında 2 deputatla təmsil olunmuş, 5 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya.
Tarixi
Azərbaycan Demokratik Sahibkarlar Partiyası 23 aprel 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuşdur. Partiya rəsmi dövlət qeydiyyatına 17 may 1994 tarixində alınmışdır.[1]
Bir zamanlar Yasif Nəsirli, Mikayıl Mirzə, Mətləb Mütəllimli, Cümşüd Nuriyev, Hacı Əlikram, Zeynəddin Xasmətov kimi şəxslər partiya üzvü olmuşdur.[2]
1990-cı illərin ortasında Eldar Əzizov partiya sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.[2]
2 mart 2021-ci ildə Azərbaycan Demokratik Sahibkarlar Partiyası qurultay keçirmiş və qurultayda partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi qərara alınmışdır. 5 mart 2021 tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına rəsmi olaraq birləşmişdir.[3]
Təşkilat
Sədrlər
Seçkilərdə
Azərbaycan Demokratik Sahibkarlar Partiyası 1995-ci il parlament seçkilərində həm proporsional, həm də tək mandatlı dairələr üzrə seçkilərdə iştirak etmiş, proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmişdir. Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyası seçkilərə 38 namizədlə qatılsa da, onlardan yalnız 10-u rəsmi qeydiyyata alınmışdır.[4] Buna baxmayaraq tək mandatlı dairələrdən partiyanın 1 namizədi — Mikayıl Mirzə deputat seçilmişdir.[5]
Proporsional seçki üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[6]
- Eldar Əzizov
- Qasım Qasımov
- İlham Əmiraslanov
- Zeynal Nağdəliyev
- İnqilab Şəmiyev
- İndira Hacıyeva
- Nazim Hüseynquliyev
- Şəmsəddin Kərimov
- Yusif Xəlilov
- Rəşad Ağayev
- Lyudmila S?
- Məmməd Bayramov
- S? Əliyev
- Rəfail Niftalıyev
- Malik Cəbrayılov
- Mübariz Əzizov
- Asim Məlikov
- Fadil Həsənov
- Çimnaz Sadıqova
- Zakir Nəcəfov
- M? A?
- Nazim Babayev
- Elxan Daşdıyev
- Mirabbas Məmmədov
- Ədhəm Seyidov
Seçki
|
Sədr
|
Majoritar
|
Proporsional
|
Cəmi
|
Səs
|
%
|
Mandat
|
Səs
|
%
|
Mandat
|
1995 |
Mahmud Məmmədov |
|
|
|
142,343 |
4.0 |
|
|
İstinadlar
|
---|
Ləğv edilən | |
---|
Ləğv olunan | |
---|
XX əsr | |
---|
|