Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ing.Azerbaijan International Operating Company) və ya qısaca ABƏŞ — Bakıda fəaliyyət göstərən neft şirkətlərindən biri. 1994-cü ilin axırlarında yaradılmışdır. “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müştərək işlədilməsi və istifadəyə verilməsi” haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və dünyanın bir neçə böyük neft şirkətləri ilə imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılmış əməliyyat şirkətidir. Buraya 7 ölkəni (Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir.