"Azərbaycan" qəzeti (az.-əski. آذربایجان) — 1945–1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş, 3 may 1945-ci ildə Təbriz şəhərində təsis edilmiş Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin rəsmi orqanıdır. "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində 12 dekabr 1945-ci il tarixində yaradılmış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirmişdir.[1]
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin rəsmi mətbu orqanı kimi "Azərbaycan" qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və 12 dekabr 1946-cı il Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək 370 sayı dərc edilmişdir. Qəzetin sonuncu sayı 11 dekabr 1946-cı ildə nəşr edilmişdir.[2][3]
"Azərbaycan" qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzuları uğrunda mübarizə apardığı müqəddəs məqsədini, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini "Azərbaycan" qəzetinin hər bir sayında çox aydın bir şəkildə təqdim etmişdir.[1]
1945–1946-cı illər cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılmasından bir gün öncə də "Azərbaycan" qəzeti xalqı özünün əldə etdiyi milli-demokratik hüquq və azadlıqlarını qoruyub saxlamaq üçün mübarizəyə səsləyirdi.
"Azərbaycan" qəzeti son sayında Azərbaycan xalqına belə bir müraciətlə yazır:
Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəs əlindən nə gəlirsə, azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə əncam verək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız azadlıq ilə iftixar etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcəkdir.
"Azərbaycan Fəhlə və Zəhmətkeşlər İttifaqı" Mərkəzi Şurasının sədri Məhəmməd Biriya və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Seyid Cəfər Pişəvəri
"Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynamışdır.[1]
Azərbaycan qəzeti 1945-ci ildən başlayaraq Təbriz şəhərində gündəlik nəşr olunurdu.[4] Onun səhifələrində Güney Azərbaycanın tanınmış şairləri Əli Fitrət, Mehdi Etimad, Mir Mehdi Çavuşi ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. Qəzetin nəşrinin ilk aylarından başlayaraq onun səhifələrində dərc olunan M. Tahirin "Azərbaycan ədəbiyyat tarixində Möcüz", M. Naxçivaninin "Mirzə Məhəmmədəli Tərbiyət", Novruzun "Şeyx Məhəmməd Xiyabani" (silsilə məqalələr) və s. bu kimi yazılarda ədəbi və tarixi simalar hörmətlə anılır, onların vətən və xalq qarşısında xidmətləri dəyərləndirilirdi.
"Azərbaycan" qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi də geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruyub saxlaya bilmişdilər. Doğma dildə yazıb- oxuya bilməyən cənubi azərbaycanlıların el nəğmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı. "Azərbaycan" qəzetində Məhəmmədəli Fərzanənin (o, qəzetdə M. Ə. Qövsi təxəllüsü ilə çıxış edirdi) "Azərbaycanın milli dastanları" başlıqlı silsilə yazıları dərc olunurdu. Qeyd edək ki, bu qəzetdə bayatıların ilk nümunələri və "Dədə Qorqud" dastanları M. Fərzanənin təşəbbüsü və iştirakı ilə toplanıb nəşr olunurdu.
"Azərbaycan" qəzetində müntəzəm olaraq xalqın tarixindən, onun qəhrəmanlıq səhifələrindən, klassik ədəbi irsindən nümunələr, çağdaş şairlərin əsərlərindən parçalar verilirdi. "Qəzet səhifələrində ilk şeirləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi".
"Azərbaycan" qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimi, M. Turabi, H. Xoşginabi, İsmayıl Şəms, Q. Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar. Firqənin sədri S. C. Pişəvəri "Azərbaycan" qəzetinin və ana dilində nəşr olunan mətbuatın təşkilatçısı olmuşdur. "Azərbaycan" qəzetində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin qələmi ilə yazılmışdır. O, "Azərbaycan" qəzetinə yaxından rəhbərlik etmişdi.[2]
S. C. Pişəvəri Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən mühüm problemləri, gündəlik siyasi-ideoloji məsələləri barədə qəzetdə məqalələr yazır, kütləvi yığıncaqlarda iştirak edir və bunlar mətbuat vasitəsilə yayılırdı. Mətbuatın və nəşriyyatın ana dilində, geniş miqyasda yayılması, ilk dəfə olaraq kəndlərə yol tapması, kənd və şəhər zəhmətkeşlərinə onların keçmişi və gələcəyi, gündəlik təsərrüfat işləri haqqında məhz ana dilində məlumat verməsi çox mühüm hadisə idi. Bu cəhətdən "Azərbaycan" qəzetinin xidməti çox böyükdür.[2]
Açıq söz • Asari-həqiqət • Arı • Babayi-Əmir • Bakinets • Bakinskaya nedelya • Bakinskaya poçta • Bakinskaya zvezda • Bakinski den • Bakinski dnevnik • Bakinski dosuq • Bakinski listok • Bakinski proletari • Bakinski profesionalnı vestnik • Bakinski raboçi • Bakinski teatralnı kuryer • Bakinski torqovo-promışlenı listok • Bakinski veçer • Bakinskiye izvestiya • Bakinskiye qubernskiye vedomosti • Bakinskiye novosti • Bakinskiye otqoloski • Bakinskiye strelı • Bakinskiye vesti • Bakinskoye exo • Bakı həyatı • Baku • Bəhlul • Bəsirət • Bürhani-Həqiqət • Bürhani-Tərəqqi • Dəbistan • Dəvət • Dirilik • Doğru söz • Duma • Əkinçi • Füyuzat • Günəş • Haqq yolu • Həqiqət • Həqiqəti-əfkar • Həyat • Hilal • Hümmət • İqbal • İqdam • İrşad • İşıq • İttifaq • Kaspi • Kəlniyyət • Kəşkül • Qafqazets • Qafqazın bu tərəfinin xəbəri • Qolos Baku • Qudok • Qurtuluş • Lək-lək • Məlumat • Məktəb • Məzəli • Məzhər • Mirat • Molla Nəsrəddin • Neftyanoye delo • Nicat • Prikaspiyskaya jizn • Proqres • Rəhbər • Rus-İran dostu • Səda • Son xəbər • Sosialist • Sovqat • Şəlalə • Şərqi-rus • Şəhabi-saqib • Şkola i jizn • Şuşinskaya jizn • Şuşinski listok • Tazə həyat • Tazə xəbər • Təkamül • Tərəqqi • Tiflis əxbarı • Trudovoy qolos • Tuti • Vesti Baku • Vestnik Baku • Volna • Vostok • Yelisavetpolski listok • Yelisavetpolski vestnik • Yelisavetpolskiye otqoloski • Yeni füyuzat • Yeni həqiqət • Yeni iqbal • Yeni iqdam • Yeni irşad • Yoldaş • Yujnı Kavkaz • Zənbur • Ziyayi-Qafqaziyyə
Azərbaycan • Bakinski raboçi • Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı • Bayraqi-ədalət • Byulleteni Diktaturı Sentrokaspiya i Prezidiuma Vremenoqo Komiteta • Cavanlar şurası • Cənub tauşi • El həyatı • Əkinçi • Gənclər sədası • Hümmət • Hürriyyət • İttifaqi-mütəəllimin • İttihad • Qardaş kədəri • Qardaş köməyi • Lətayif • Möhtaclara kömək • Musulmanskiye İzvestiya • Müsavat • Müsəlmanlıq • Naş qolos • Türk sözü • Yeni həyat
Al bayraq • Azərbaycan • Azərbaycan füqərası • Azərbaycan hökumətinin əxbarı • Bakinskaya jizn • Bakinskoye slovo • Bakinskoye utro • Bakı Fəhlə Konfransının Əxbarı • Bednota • Doğru yol • El • Əfkari-mütəəllimin • Əfkari-nəfisə • Fəhlə və əkinçi • Fəhlə və mədəniyyət • Füqəra sədası • Gələcək • Gənc işçi • Gənclər yurdu • Haqq • Hürriyyət (1919, 1920) • Xalq sözü • Xəlqçi • Kommunist • İstiqlal (qəzet, toplu) • Qafqaz Kommunası qəzeti • Qarabağ • Qardaş qayğısı • Qolos truda • Qurtuluş • Mədəniyyət • Məşəl • Molodoy proletari • Molodoy raboçi • Molot • Müdafieyi-millət • Nabat • Naş put • Naşa jizn • Naşe vremya • Novı mir • Oktyabr inqilabı • Övraqi-nəfisə • Proletari • Raboçaya pravda • Rəhbər • Tartan-partan • Sabah • Şeypur • Vperyod • Yedinaya Rossiya • Yeni həyat • Yoldaş • Zəhmət həyatı • Zəhmət sədası • Zənbur • Znamya truda
168 saat • Abşeron • Ağdaş • Arazın səsi • Astara • Aydınlıq • Azadlıq • Azərbaycan (qəzet, jurnal) • Azərbaycan dili və ədəbiyyat tədrisi • Azərbaycan ədəbiyyatşünaslığı • Azərbaycan gəncləri • Azərbaycan Kimya Jurnalı • Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı • Azərbaycan kommunisti • Azərbaycan qadını • Azərbaycan məktəbi • Azərbaycan müəllimi • Azərbaycan pioneri • Azərbaycan SSR Ali Sovetinin məlumatı • Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər • Azərbaycanı öyrənmə yolu • Bakinski komsomolets • Bakinski raboçi • Baku eşçese • Bakı Universiteti • Bauer und Arbeiter • Bolluq uğrunda • Cənub xəbərləri • Çeşmə • Dan ulduzu • Daşkəsən • Dərbənd • Dönüş • El həyatı • Elm • Elm və həyat • Ədəbiyyat və incəsənət • Əqrəb • Gələcək • Gənc müəllim • Gəncənin səsi • Göyçay • Göyərçin • Göyəzən • Həyat • İdman • İqtisadçı • İqtisadiyyat və həyat • İpəkçi • İstiqlal (1921, 1990) • Kirpi • Kür • Qarabağ • Qəbələ • Qırmızı günəş • Qızıl qələm • Qızıl Şərq • Qobustan • Qusar • Laçın • Lenin bayrağı (Nuxa, Vartaşen) • Lenins Weg • Lənkəran • Literaturnı Azerbaycan • Meydan • Məhsul • Millət • Mingəçevir işıqları • Molodıye boytsı vostoka • Molodoy kommunist • Muğanın səsi • Müxalifət • Oğuz səsi • Oğuz yurdu • Səhər • Sənətkar • Səs • Sıə Tolış • Sovet Ermənistanı • Gürcüstan • Sovet Kürdüstanı • Sumqayıt • Şəfəq • Şəki • Şərq qapısı • Şərurun səsi • Şuşa • Texnoloq • Türkologiya • Ulduz • Ülfət • Vışka • Yeni fikir • Yeni gün • Yeni Həyat • Yeni Tərtər • Yeni yol • Yeni Müsavat • Zaqatala •
Azərbaycan Yurd Bilgisi • Azəri Türk • Bildiriş • Qafqaz • Qurtuluş • Mücahid • Odlu Yurd • Yaşıl yarpaq • Yeni Qafqaziya
7 gün • 20 yanvar • 525-ci qəzet • Abituryent • Axtarış • Ailəm • Alternativ • Araz • ATV maqazin • Avropa • Aydınlıq • Ayna • Aysel • Azad Azərbaycan • Azerbaijan International • Azerbaijan Today • Azerbaydjanskiye İzvestiya • AzerNews • Azərbaycan • Azərbaycan arxeologiyası • Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr • Azərbaycan Ordusu • Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri • Azərbaycanın vergi jurnalı • Bakinets • Bakı Xəbər • Baku • BakuPost • Bioqrafiya • Birja • Birlik • Bizim Əsr • Bizim Yol • Borçalının səsi • Boz qurd • Bu gün • Bütöv Azərbaycan • Carçı Express • Caucasus International • Cəmiyyət və Din • Cinema News • Coğrafiya və təbii resurslar • Cümhuriyət • Çapar • Dalğa • Demokrat • Dədə Qorqud • Dərələyəz • Dəryaz • Dil və Ədəbiyyat • Din araşdırmaları jurnalı • Diplomat • Dodo • Dövlət və Din • Dövran • Ejednevniye novosti • Ekspress • Elm Tarixi • Elman • Exo • Euro Xəbər • Ədalət • Əlyazmalar yanmır • Film Fiction • Filologiya və sənətşünaslıq • Fizika, riyaziyyat və informatika tədrisi • Fokus • Fraza • Futbol+ • Füyuzat • Geostrategiya • Göyqurşağı • Gün Səhər • Günün xəbərləri • Günay • Gündəlik Azərbaycan • Gündəm • Haqqın nuru • Hesabat • Həftə içi • Həqiqət yolu • Hərbi and • Hərbi icmal • Həyat Elmləri və Biotibb • Hürriyyət • Xalq Cəbhəsi • Xəzan • Xəzər (qəzet, jurnal) • Xəzər Humanitar və Sosial Elmlər Jurnalı • Xəzər Xəbər • Xürrəm • İki sahil • İqtisadi araşdırmalar • İqtisadi və Siyasi elmlər jurnalı • İlahiyyatçı • İmpuls • İncəsənət və mədəniyyət problemləri • İnformasiya Cəmiyyəti Problemləri • İnformasiya Texnologiyaları Problemləri • İrfan • İşıq • Karvan • Kimlik • Kimya Problemləri • Kitabşünaslıq və redaktor sənəti • Komanda • Kredo • Kurikulum • Qanun • Qarabağa aparan yol • Qarapapaqlar • Qələm • Qoroskop • Le Carrefour • Laçın yurdu • Maarif • Metafizika • Meydan+ • Məktəbli • Mənlik • Mərkəz • Milli təhlükəsizlik və hərbi elmlər • Milli Zəka • Minority • Monitor • Mübariz keşikdə • Müəllim sözü • Mühacir • Müqayisəli ədəbiyyatşünaslıq • Müstəqil Qəzet • Mütərcim • Naxçıvan • Nargis • National Geographic Azərbaycan • Naşir • Nedelya • Novoye vremya • Nöqtə • Oxu məni • Olaylar • Olimpiya dünyası • Ozan dünyası • Palitra • Panorama • Paralel • Poetika.izm • Polygon • Region Plus • Rezonans • Respublika • Samur • Satira • Savalan • Soy • Şəffaflıq • Şərq • Şərq fəlsəfəsi problemləri • Tarix, insan və cəmiyyət • Tarix və onun problemləri • Təbib • Təhsil • Tək səbir • Təzadlar • Tolışon Sədo • Tribun • Tumurcuq • Türküstan • Ulus • Unikal • Urbanizm • Ustad • Üç çizgi • Vedi inform • Vedibasar • Vətən • Vətəndaş həmrəyliyi • Visions of Azerbaijan • Yada düşdü • Yaşat • Yeni Azərbaycan • Yeni nəbz • Yeni Təfəkkür • Yom • Yurd • Zaman Azərbaycan • Zarafat • Zerkalo • Zənbur • World of Azerbaijan (jurnal)