Azərbaycan (qəzet, 1918)

Azərbaycan
Loqonun şəkli
Növ Rəsmi dövlət qəzeti
Format A2
Sahibi Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
Baş redaktor Üzeyir Hacıbəyli
Redaktor
Yaranma tarixi 15 sentyabr 1918
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 28 aprel 1920
Səhifə 8-16
Baş ofis
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Azərbaycan" (az.-əski. آذربایجان‎) — Azərbaycanın rəsmi dövlət qəzeti. AXC hökuməti 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Aprel işğalından Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu.

Tarixi

"Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı. Təbrizdə Məşrutə hərəkatı dövründə nəşr edilən "Azərbaycan" jurnalının da ömrü uzun sürə bilməmişdi. Bununla belə, XX əsrin əvvəllərinin milli mətbuatında necə adlandırılmasından asılı olmayaraq, azərbaycançı düşüncə üstün mövqeyə çıxmışdı. XX əsrin əvvəllərində "Azərbaycan" adlanacaq mətbuat orqanını da zəmanə artıq hazırlamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə "Azərbaycan" adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının fəaliyyətə başlaması ilə əlamətdardır. Bu mənada, "Azərbaycan" qəzetinin rəsmi dövlət qəzeti kimi meydana çıxması Azərbaycan tarixinin mühüm hadisəsidir. Qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzeti haqqında yazırdı:

" Danışırlar ki, "Azərbaycan" qəzeti guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. Azərbaycan qəzetinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir. "

"Azərbaycan"ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraq doğurur. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir:

" Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri 15.09, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Fəriq Nuru. "

Qəzetin ilk sayında "Bakının süqutu" başlığı altında yazı və bir neçə təbrik teleqramları dərc edilib. Belə təbriklərin birini Nuru Paşaya Fətəli xan Xoyski göndərmişdir:

" Qafqaz İslam Ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə, təhti komandanıza olan cəsur türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən azad edildiyi münasibətilə millətin zati ali həmiyyətpərvərənlərinizi dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə ixtiyar edirəm, əfəndim. Heyəti vüsəla rəisi Fətəli xan. "

"Azərbaycan"ın ilk sayında Nuru Paşanın sentyabrın 15-də Gəncəyə göndərdiyi teleqram da dərc olunub:

" Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.9.34. Yavərani-həzrəti-şəhriyaridən Fərik-Nuru. "

"Azərbaycan"qəzetinin verdiyi məlumata əsasən, hökumət üzvləri həqiqətən "yarın", yəni sentyabrın 17-də qatarla Bakıya yola düşmüş, şəhərin azad olunması münasibətilə keçirilən hərbi paradda iştirak etmişlər''.

Səfi bəy Rüstəmbəylinin 1933-cü ildə İstanbulda qələmə aldığı və hazırda Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan "27 aprel 1920-ci il xatirələri" adlı yazısı AXC Hökumətinin süqutunun səbəbini gerçək surətdə əks etdirən qiymətli mənbədir. Səfi bəy Rüstəmbəyli xatirələrində yazırdı:

" Nəhayət, 27 aprel gecəsi saat 12-də Bakıda bütün idarə, məhəllə bolşeviklərin əlinə keçdi. Bununla aşağı-yuxarı ikillik Milli Azərbaycan istiqlal tarixi qapandı. milli azəri türkünün istiqlal ruhunu əlindən ala bilmədilər. İşğal zəfərləri yarımçıq qaldı. Məmləkətin həqiqi övladlarının istiqlal uğrundakı qan ilə boyanmış və müttəhid bir kütlə halındakı gənc övladlarının hürriyyət və istiqlaliyyət ruhu ilə istiqlal hələ yürüyür. İmanın qüvvəsi, istiqlalın təbcili bizdə Bakı və Azərbaycan yaşadıqca yaşayacaq və bütün türk ellərini istiqlal ilə sevindirəcəkdir. "

Dövrün görkəmli ziyalıları rəsmi dövlət orqanının ətrafında birləşərək Azərbaycançıların möhkəm cəbhəsini yaratmışdılar. Azərbaycançıların fikrinə görə, Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm edir. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur. Beləliklə, "Azərbaycan" qəzeti azərbaycançı fikirlərin və əməllərin, istiqlal idealının qəzeti idi. Tədqiqatçıların fikrincə, "Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin mətbu salnaməsidir. Azərbaycan qəzetinin Gəncə və Bakı nəşrlərində Xalq Cümhuriyyəti hökumətinin həyatında baş vermiş bütün hadisələr və proseslər özünün layiqli əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi, Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunması, AXC parlamentinin işə başlaması və fəaliyyəti, Bakı Dövlət Universitetinin yaradılması, dövlət müstəqilliyinin ildönümünün qeyd edilməsi, hətta hakimiyyətin bolşeviklərə təhvil verilməsi zərurəti və s. kimi tarixi hadisələri bütün təfərrüatı ilə öyrənmək üçün "Azərbaycan" qəzeti mötəbər mənbədir. Azərbaycançılar mövzusundan asılı olmayaraq, haqqında söz açılan məsələlərə müstəqil dövlətin formalaşdırılması və möhkəmləndirilməsi mövqeyindən yanaşır, yeni qurulmuş milli hökumətin ideyalarını və əməli addımlarını xalqa çatdırırdılar. Görkəmli publisist Məhəmmədağa Şahtaxtlının "Azərbaycanda darülfünun" məqaləsində ölkədə universitet açılması hadisəsi müstəqil dövləti qurmağın, inkişaf etdirməyin və qorumağın mühüm vasitələrindən biri olaraq dəyərləndirilir. Məhəmmədağa Şahtaxtlıya görə[1]:

" Darülfünun olmazsa… ümumi maarifə aid orta məktəblərimizdə dərs verəcək müəllimlərimiz olmaz. Naxoşlarımızı müalicə edəcək təbiblər yetişməz. Hüquqşünas alimlər bulamayız ki, mal və mülk üçün münaqişə edən vətəndaşlarımızı… mühakimə etsin… Mədəni həyatın şəraitinə və amillərinə təhdid nəzərilə baxıldıqda o dəqiqə görünür ki, bu həyatın mənbəyi, sərçeşməsi mabədəl qəvalül-darülfünundur. Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır. "
"Azərbaycan" qəzetinin redaksiya heyəti (1919): Soldan sağa. Öndə oturanlar: Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov. Orta cərgədə: Hənəfi Zeynallı, Rübabə Tağızadə, Şəfiqə Əfəndizadə, Məhəmmədəmin Rəsulzadə, Səhra Paşazadə, Üzeyir bəy Hacıbəyov, Mustafa bəy Vəkilov. Ayaq üstə duranlar: Əbdül Əbdülzadə, Mirzə Hadi (Atlasov), Hacıibrahim Qasımov, Məmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahimov, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə.

1991-ci ildə Azərbaycanda rəsmi parlament qəzeti təsis edilərkən Qarabağa Xalq Yardımı Komitəsinin bu adda qəzeti çıxdığından onu "Azərbaycan" adlandırmaq mümkün olmadı. Nəşrə ilk "Azərbaycan"la eyni dövrdə çıxan, onun redaktor və müəlliflərinin əməkdaşlıq etdiyi "Həyat" qəzetinin adı verildi. 444 nömrədən sonra isə (23 sentyabr 1992-ci ildə) Azərbaycan Respublikasının parlament orqanına öz adı — "Azərbaycan" qaytarıldı.

Redaktorları

Qəzetin baş redaktoru Üzeyir Hacıbəyli "Azərbaycan" qəzeti haqqında yazırdı:

" Azərbaycan qəzeti guya Müsavat partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan" qəzetlərinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir. "

Qəzet 1918-ci il 15 sentyabr tarixdə Gəncə şəhərində nəşrə başlamış, altıncı saydan etibarən qəzetin nəşri Bakıda davam etmişdi. İki dildə çıxan "Azərbaycan" qəzetinin Azərbaycan dilində 443, rus dilində isə 438 sayı çap olunub. İlk sayları "Heyəti-idarə", "Heyəti-təhririyyə" kimi "redaksiya heyəti" mənasını ifadə edən məsul şəxslər qrupu tərəfindən çap edilən "Azərbaycan qəzetinə" müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Xəlil İbrahimov, qəzetin rus variantına isə Səfi bəy Rüstəmbəyli baş redaktorluq edib. "Azərbaycan" qəzetinin redaktorları arasında onlardan hər birinin xidmətini yüksək qiymətləndirməklə yanaşı, Üzeyir bəy Hacıbəylinin fəaliyyəti xüsusi fərqlənib. Üzeyir bəy Hacıbəylinin "Azərbaycan" qəzetinə redaktorluq etdiyi vaxt digərləri ilə müqasiyədə daha çoxdur. Bundan başqa, mətbuat sahəsində daha böyük təcrübəyə malik olan Üzeyir bəy Hacıbəylinin "Azərbaycan" qəzetinin ideya-siyasi səviyyəsinin yüksəldilməsindəki xidmətləri yüksək qiymətə layiqdir. Azərbaycan Xalq Cümhuriyyəti Məclisi-Məbusanın açılması münasibətilə Üzeyir bəy Hacıbəylinin "Azərbaycan" qəzetinin 1918-ci il 7 dekabr tarixli 58-ci sayında çap edilmiş "Tarixi günümüz" məqaləsində yazır:

" Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan təkmil bir hökumət şəklinə girir. Yüz-yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüquqları silinib-süpürülmüş müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyon mütəcavüz nüfus ilə Azərbaycan Cümhuriyyəti namını daşımağa kəsbi-ləyaqət etdi. Bəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmama yetir. Belə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid — parlamanımızdır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və Vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır. "

Üzeyir bəy 1919-cu il yanvarın 16-dan 1920-ci il aprelin 27-nə kimi "Azərbaycan" qəzetinin baş redaktoru olub. Qəzetdə onun çoxsayda baş məqaləsi, Azərbaycan parlamanenti haqqında reportajları, teatr və musiqiyə həsr olunmuş tənqidi yazıları çap edilmişdir. "İçimizdəki Denikinlər", "İstiqlal və istiqbal ümidi", "İstefa münasibətilə", "Azərbaycan istiqbalı", "Azərbaycan parlamanı", "Qarabağ hadisatı", "Ermənistan və Azərbaycan münasibatı", "Nə istəyirlər", "Qara təhlükə" və s. məqalələr bu gün də öz aktuallığını itirməyib. Üzeyir bəy Hacıbəyli "Eyni müamilə gözləyirik" məqaləsində yazır:

" Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inad artıq həyasızlıq dərəcəsinə varmışdır ("Azərbaycan" qəzeti, 5 may 1919-cu il). "

Nə istəyirlər məqaləsində yazırdı:

" Mart hadisatında bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman fəqirləri, kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını erməni-daşnak soldatlarının süngü, güllə və xəncərlərlə arvad və uşağına kimi qırdıran bolşeviklərə biz nətövr etibar edə bilərik? Bolşeviklik naminə erməni-müsəlman qırğını salanların hansı "gözəl" sözünə və "insaniyyəti-pərvəranə" sözlərinə inana bilərik? Bolşevikləri dursun, menşeviklərinə nasıl bel bağlaya bilərik? İstiqlalımızı qəbul etmədiklərinə görəmi? Və bu gün hər bir vəsilə ilə olur-olsun istiqlalımızı əlimizdən almaq yolunda çalışdıqlarına görəmi? ("Azərbaycan" qəzeti, 7 may 1919-cu il). "

AXC-nin dövlət bayrağı qəbul olunarkən Üzeyir bəy "Azərbaycan" qəzetinin 2 may 1919-cu il tarixli 175-ci sayında "Bayrağımız saralmaz" məqaləsində yazırdı:

" …Bayrağımız haqq bayrağıdır. O, bir millətin bəşəri hüquqlarının parçasıdır. Bir millətin ki, onun insan kimi yaşamağa haqqı vardır. Bir millətinki, daha əsir olmaq istəmir…. "

Müstəqillik dövründə Üzeyir bəy həm publisistika, həm də musiqi sahəsində çalışırdı. O, 1919-cu ildə Əhməd Cavadın sözlərinə bəstələdiyi "Azərbaycan marşı" hazırda müstəqil Azərbaycan Respublikasının himnidir. "Azərbaycan" qəzetinin 1919-cu il 27 fevral tarixli 124-cü sayında göstərilirdi:

" ...Üzeyir Hacıbəyov tərəfindən "Azərbaycan" adlı bir balet rəqsi yazılmışdır ki, bu baletdə tərəkəmə səbukundədir və səhnə üçün hazırlanmaqdadır.... "

Həmçinin bax

Mənbə

  • "Azərbaycan"ın həyatı
  • 100 il əvvəlin təbrikləri: Cümhuriyyətin əsas qəzeti nə yazırdı? — ARXİV
  • 100 il əvvəlki reportaj: Cümhuriyyətin tanınması necə bayram edilmişdi — TARİXİ ARAŞDIRMA
  • "Azərbaycan" — 90. "Oskar" NRM, Bakı, Ön söz: "Azərbaycan"ın varisi "Azərbaycan", səh 7–11.
  • İki "AZƏRBAYCAN" arasındakı körpü
  • ""Azərbaycan" qəzeti (1918-1920) kitabının təqdimatı". Şərq qapısı (az.). İstifadə tarixi: 2023-11-29.

İstinadlar

  1. Ülviyyə Tahirqızı Xalq Cəbhəsi.-2014.-28 iyun.-113.-S.11.

Xarici keçidlər

Read other articles:

National Holden Museum Ford Museum Автомобільна промисловість Австралії — галузь економіки Австралії. Значна автомобільна промисловість була в Австралії виникла у XX столітті, коли на австралійському континенті відкрилися заводи іноземних автовиробників. Першим великим автовиробни...

 

Robert Jenkinson, Lord Hawkesbury, später 2. Earl of Liverpool und Premierminister des Vereinigten Königreichs, wurde 1803 durch einen Writ of Acceleration Baron Hawkesbury. Ein Writ in Acceleration, gemeinhin als Writ of Acceleration bekannt, zu deutsch Schreiben der Beschleunigung, war eine Unterart eines Writ of Summons, welcher es dem sicheren Titelerben (Heir Apparent) eines Inhabers mehrerer Peerstitel ermöglichte, unter einem nachgeordneten Titel seines Vaters Mitglied im englischen...

 

كأس العالم 1998المجموعة سالحدثكأس العالم 1998 المجموعة س الولايات المتحدة إيران 1 2 التاريخ21 يونيو 1998الملعبملعب جيرلان، ليونالحكمأورس ماير (اتحاد سويسرا لكرة القدم)الحضور39,100 الولايات المتحدة - إيران، لعبت في 21 يونيو / حزيران 1998، كانت مباراة كرة قدم بين إيران والولايات المتحدة...

Daniel ZampieriZampieri pada tahun 2011Kebangsaan ItaliaLahir22 Mei 1990 (umur 33)Roma, ItaliaKarier International GT OpenMusim debut2012Tim saat iniAntonelli MotorsportNomor mobil6Mantan timKessel Racing, SMP Racing Russian BearsStart48Menang4Pole4Lap tercepat5Hasil terbaik1st di 2014Ajang sebelumnya2010–122009–1020092006–082006–082006–07World Series by RenaultGP2 Asia SeriesItalian Formula ThreeEurocup Formula Renault 2.0Italian Formula Renault 2.0Italian FR2.0 Winter SeriesG...

 

Джерело № 3Країна  УкраїнаРозташування Україна,Закарпатська область, Тячівський районПлоща 3Засновано 1984Оператор ДП «Буштинське ЛГ»Посилання Джерело № 3 — гідрологічна пам'ятка природи місцевого значення. Об'єкт розташований на території Тячівського району Зак...

 

  لمعانٍ أخرى، طالع رتبة (توضيح). البنية الجبرية ← نظرية الزمرنظرية الزمر المفاهيم الأساسية زمرة جزئية زمرة جزئية نظامية زمرة خارج القسمة (نصف-)جداء مباشر تشاكل الزمر نواة صورة مجموع مباشر جداء إكليلي بسيطة منتهية غير منتهية متصلة مضاعفة جمعية دائرية أبيلية زوجية ذات ...

Czech footballer Not to be confused with Ladislav Krejčí (footballer, born 1999). Ladislav Krejčí Krejčí with Bologna in April 2017Personal informationFull name Ladislav KrejčíDate of birth (1992-07-05) 5 July 1992 (age 31)Place of birth Prague, CzechoslovakiaHeight 1.78 m (5 ft 10 in)[1]Position(s) Left wingerTeam informationCurrent team Hradec KrálovéYouth career FK Podolí Sparta PragueSenior career*Years Team Apps (Gls)2010–2016 Sparta Prague 131 (3...

 

تاكاو سوزوكي (باليابانية: 鈴木貴男)‏  معلومات شخصية الميلاد 20 سبتمبر 1976 (العمر 47 سنة)سابورو الطول 1.75 م (5 قدم 9 بوصة) الإقامة طوكيو  الجنسية  اليابان الوزن 73 kg (160 lb) استعمال اليد اليد اليمنى الحياة العملية بداية الاحتراف 1995 مجموع الجوائز المادية 716820 دولار بلد الر...

 

1982 AFC Night SeriesAFC Escort ChampionshipsTournament detailsDates9 March – 20 July 1982Teams18Venue(s)3 (in 3 host cities)Final positionsChampionsSwans (1st title)Runners-upNorth MelbourneTournament statisticsMatches played17Attendance107,906 (6,347 per match)← 1981 1983 → International football competition The 1982 Escort Championships (also known as the Escort Cup) was an Australian rules football knockout tournament held between March and July 1982. The tour...

This article is about the Fokker C-2 named America. For the airship, see America (airship). America The America at the end of its transatlantic flight in 1927, near Ver-sur-Mer Other name(s) Fokker F.9 Type Fokker C-2 Registration NX206 Flights 1 Total distance 3,800 mi (6,116 km) Fate Ditched near Ver-sur-Mer on 1 July 1927 Preserved at machine written off The America was a Fokker C-2 trimotor monoplane that was flown in 1927 by Richard E. Byrd, Bernt Balchen, George Otto Noville, ...

 

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada April 2016. MandaicJangkauanU+0840..U+085F(32 titik kode)BidangBMPAksaraMandaikAksara utamaAramaik TimurMandaik ModernTerpakai29 titik kodeTak terpakai3 titik kode kosongRiwayat versi Unicode6.029 (+29) Catatan: [1] Mandaic adalah blok Unicode yang mengandun...

 

Monty Python character This article's lead section may be too short to adequately summarize the key points. Please consider expanding the lead to provide an accessible overview of all important aspects of the article. (May 2020) Mr Eric Praline is a fictional character from the television show Monty Python's Flying Circus, played by comedian John Cleese. Appearances The Monty Python team consciously decided to avoid recurring characters. Along with the Nude Organist (Terry Jones and Terry Gil...

Public radio network in Connecticut WNPRConnecticut Public Radio Flagship StationMeriden, ConnecticutUnited StatesBroadcast areaConnecticutWestern MassachusettsEastern Long IslandFrequency90.5 MHz (HD Radio)BrandingConnecticut Public RadioProgrammingLanguage(s)EnglishFormatNews/Talk (Public radio)AffiliationsAmerican Public MediaNPRPublic Radio InternationalOwnershipOwnerConnecticut Public BroadcastingSister stationsConnecticut Public TelevisionHistoryFirst air dateJune 1978; 45&...

 

Residential tower building in Mumbai, India One Avighna ParkGeneral informationStatusCompleted[1]TypeLuxury Residential SkyscrapersLocationCurrey Road, Mumbai, Maharashtra, IndiaConstruction started2010[1]Completed2017[1]HeightRoof260 metres (853 ft)[2][3]Technical detailsMaterialReinforced ConcreteFloor count64[1]Design and constructionDeveloperAvighna India Ltd.Awards and prizes7 International Property Awards, Including - World's Best Res...

 

Not to be confused with the 2002 science fiction book The Warmasters, by David Weber, Eric Flint & David Drake. This article is about tabletop wargaming. For other uses, see Master of War. This article has an unclear citation style. The references used may be made clearer with a different or consistent style of citation and footnoting. (March 2020) (Learn how and when to remove this template message) WarmasterThe Warmaster rulebook.ManufacturersGames WorkshopPublishersGames WorkshopPlayer...

Arini Saraswati SubiantoPresident Director, Persada Capital Investama Informasi pribadiLahir20 Desember 1970 (umur 53) Jakarta, IndonesiaSuami/istriAndre J. Mamuaya[1]HubunganMenikahAnak2 orangOrang tuaBenny SubiantoPendidikan- Bachelor of Fine Arts in Fashion Design, Parsons School of Design (1991-1994)- Master of Business Administration, Fordham University (1996-1998)Alma mater- Parsons School of Design, New York City- Fordham University, New York CityPekerjaanPengusahaDikenal ...

 

Dentin adalah zat antara email (zat di mahkota) atau semen (zat di akar) dari gigi dan ruang pulpa. Dentin disekresikan oleh odontoblast pulpa gigi. Pembentukan dentin dikenal sebagai dentinogenesis. Yang menyerap, bahan warna kuning tersusun atas 70% bahan anorganik, 20% bahan organik, dan 10% air.[1] Karena lebih lembut daripada email, dentin membusuk lebih cepat dan menjadi sasaran lubang hebat jika tak dirawat sebagaimana mestinya. Namun tetap berlaku sebagai lapisan protektif da...

 

El Zapote Osnovni podaci Država  Meksiko Savezna država Chihuahua Opština Moris Stanovništvo Stanovništvo (2014.) 59[1] Geografija Koordinate 27°59′21″N 108°41′37″W / 27.98907°N 108.69357°W / 27.98907; -108.69357 Vremenska zona UTC-7, leti UTC-6 Nadmorska visina 822[1] m El ZapoteEl Zapote na karti Meksika El Zapote je naselje u Meksiku, u saveznoj državi Chihuahua, u opštini Moris. Prema proceni iz 2014. godine u naselju je ži...

Ancient city in Apulia For the lake in Armenia, see Lake Arpi. For the village there, see Arpi, Armenia. Arpi (Ancient Greek: Ἄρποι),[1][2] Argyrippa (Ancient Greek: Ἀργύριππα),[3] and Argos Hippium (Ancient Greek: Ἄργος Ἵππιον)[4] was an ancient city of Apulia, Italy, 16 miles (26 km) west of the sea coast, and 2 miles (3.5 km) north of modern Foggia (next to the modern Arpi Nova). The first name was Argos Hippium then Ar...

 

Paghimo ni bot Lsjbot. Alang sa ubang mga dapit sa mao gihapon nga ngalan, tan-awa ang Khlong Ton. 7°40′34″N 99°30′24″E / 7.67609°N 99.50678°E / 7.67609; 99.50678 Khlong Ton Suba Nasod  Thayland Lalawigan Changwat Trang Gitas-on 18 m (59 ft) Tiganos 7°40′34″N 99°30′24″E / 7.67609°N 99.50678°E / 7.67609; 99.50678 Timezone ICT (UTC+7) GeoNames 1150035 Suba ang Khlong Ton sa Thayland.[1] Nahimutang ni sa lal...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!