Aslan Qurban oğlu Süleymanov (26 oktyabr1939, Qaradağlı, Xaçmaz rayonu) — Azərbaycan dövlət xadimi, "Azərsutikinti" Səhmdar Cəmiyyətinin (1999–2005) və Dövlət Konserninin sədri (1995–1999), Xaçmaz Rayon Xalq Deputatları Sovetinin sədri (1990–1995), Azərbaycan Kommunist PartiyasınınXaçmaz (1989–1990), Neftçala (1985–1989), Qazax (1980–1985) rayon komitələrinin birinci katibi, Xaçmaz Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1980).
Həyatı
Aslan Qurban oğlu Süleymanov 26 oktyabr 1939-cu ildə Xaçmaz rayonununQaradağlı kəndində anadan olmuşdur. Orta məktəbi 1957-ci ildə Xaçmaz rayonunda bitirdikdən sonra, 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdur. İxtisasca iqtisadçıdır.[1]
Aslan Süleymanov əmək fəaliyyətinə 1961-ci ildə Xaçmaz rayonunda başlamış, Qusarçay zona-təcrübə stansiyasının elmi işçisi, böyük aqronomu olmuşdur.[2] 1965–1970-ci illərdə Azərbaycan LKGİ Xaçmaz Rayon Komitəsinin birinci katibi, 1970–1974-cü illərdə Xaçmaz Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1974–1975-ci illərdə Quba rayonunda Balıqçılıq və Subtropik Bitkilər İnstitutunda elmi işçi, 1975–1976-cı illərdə isə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda aspirant olmuşdur.[1]
Aslan Süleymanov 1976–1977-ci illərdə Xaçmaz Rayon Aqrar-Sənaye Birliyində rəis, 1977–1980-ci illərdə isə Xaçmaz Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1980-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin təlimatçısı olmuşdur. 1980–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Qazax, 1985–1989-cu illərdə Neftçala, 1989–1990-cı illərdə Xaçmaz rayon komitələrinin birinci katibi, 1990–1995-ci illərdə isə Xaçmaz Rayon Xalq Deputatları Sovetinin sədri vəzifələrində işləmişdir.[1]
Aslan Süleymanov 1995-ci ilin fevral ayında Azərbaycan Respublikasının "Azərsutikinti" Dövlət Konserninin sədri təyin edilmiş[3] və 1999-cu ilin aprel ayında qurumun ləğv edilməsi ilə əlaqədar olaraq bu vəzifədən azad edilmişdir.[4] Elə həmin tarixdə də "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri təyin olunmuş[5] və 2005-ci ilin dekabr ayında azad olunanadək bu vəzifədə çalışmışdır.[6]
Qeyd 1: Xaçmaz rayonu 1930-cu ildə olunmuşdur. 4 yanvar 1963-cü ildə Xaçmaz rayonu ləğv edilmiş, ərazisi Quba rayonu və Qusar rayonuna verilmişdir. 6 yanvar 1965-ci ildə Xaçmaz rayonu yenidən müstəqil rayon olaraq təşkil edilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Neftçala rayonu 11 fevral 1940-cı ildə təşkil olunmuşdur. 24 sentyabr 1955-ci ildə Xıllı rayonu ləğv olunmuş, ərazisi Neftçala rayonuna birləşdirilmişdir. 4 dekabr 1959-cu ildə Neftçala rayonu ləğv edilərək Salyan rayonuna birləşdirilmişdir. 4 yanvar 1963-cü ildə Neftçala sənaye rayonu yaradılmış, 6 yanvar 1965-ci ildə isə yenidən ləğv edilərək Salyan rayonuna birləşdirilmişdir. 27 aprel 1973-cü ildə Neftçala rayonu yenidən müstəqil rayon olaraq təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Qazax rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 dekabr 1959 tarixində Ağstafa rayonu ləğv edilərək Qazax rayonuna birləşdirilmişdir. Tovuz rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Qazax rayonuna birləşdirilmişdir. 17 iyun 1964-cü ildə yenidən müstəqil Tovuz rayonu təşkil edilmişdir. 1990-cı ilin aprel ayında yenidən müstəqil Ağstafa rayonu təşkil edilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!