Ramazan Əkbər oğlu İsmayılov — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1964–1970), SSRİ Ali Sovetinin VII çağırış deputatı.
Haqqında
1928-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Yerevandakı Zoobaytarlıq İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1951-ci ildə Naxçıvan MSSR-nin Şahbuz rayonunda Kənd Təsərrüfatı İdarəsinin baş zootexniki kimi başlamış, sonra Naxçıvan MTS-nin baş zootexniki, Naxçıvan rayon Kənd Təsərrüfatı Müfəttişliyinin və Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyinin baş zootexniki işləmiş, 1960-cı ildə Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Naxçıvan rayon ZDS İK-nin sədri seçilmiş, Azərbaycan KP İliç rayon Komitəsinin birinci katibi, 1964-cü ildən isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qazax rayon ZDS İK-nin sədri, Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatının İdarə Edilməsi İnsititutunda kafedra" müdiri vəzifələrində çalışmışdır. Haliyədə Azərbaycan Respublikası Ovçular Cəmiyyətinin sədr müavinidir.
Xidmətləri yüksək qiymətləndirilmiş, Qırmızı Əmək Bayrağı ordeni və bir sıra medalla təltif edilmişdir.
VII çağırış SSRi Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.
İstinadlar