Əbülfəz Ağayev (tam adı: Əbülfəz Yusif oğlu Ağayev; 18 oktyabr 1957, Neftçala rayonu) — siyasətçi.
Əbülfəz Yusif oğlu Ağayev 18 oktyabr 1957-ci ildə Azərbaycan Respublikası Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1980-cı ildə Moskva Kənd Təsərrüfаtı İstehsalı və Mühəndisləri İnstitutunu, 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1974-cü ildə Neftçala rayonunun Xol Qarabucaq kəndindəki N.Nərimanov adına kolxozda təmirçi-çilingər kimi başlamışdır. 1980-ci ildən 151 saylı Neftçala Texniki-Peşə məktəbində müəllim, Kolxozda və Rayon Aqrar-Sənaye Birliyində baş mühəndis, 1984-cü ildən Neftçala rayonu Komsomol Komitəsinin birinci katibi, 1987-ci ildən Neftçala rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Aqrar-Sənaye Birliyinin rəisi, 1989-cu ildən Rayon Aqrar-Sənaye Kombinatının baş direktoru, Rayon İcra Hakimiyyəti Başçısının müavini, Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi, 1995-ci ildən Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, 2000-ci ildən Neftçala Rayon Bələdiyyəsinin sədri, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2002-ci ildən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, 2004–2012-ci illərdə isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
Evlidir. 1 övladı var