Share to: share facebook share twitter share wa share telegram print page

Şəmsəddin Xanbabayev

Şəmsəddin Xanbabayev
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
23 oktyabr 2004 – 31 oktyabr 2019
ƏvvəlkiƏbülfəz Hüseynov
SonrakıElnur Rzayev
2000 – 2004
1992 – 2000
ƏvvəlkiBecan Fərzəliyev
SonrakıƏlövsət Baxşıyev
12 dekabr 1983 – 1990
ƏvvəlkiElmira Qasımova
Azərbaycan Kommunist Partiyası Ordubad Rayon Komitəsinin birinci katibi
1980 – 1983
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1939(1939-04-01)
Doğum yeri
Vəfat tarixi 13 yanvar 2025(2025-01-13) (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni 1-ci dərəcəli "Əmək" ordeni — 2019

Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev (1 aprel 1939, Aşağı Əndəmic, Ordubad rayonu13 yanvar 2025, Xaçmaz) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi.

Həyatı

Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev 1939-cu il aprelin 1-də Naxçıvan MSSR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Plan Komitəsinin sədri — Baş nazirin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[1]

Azərbaycan Respublikasının Prezidentinin 30 mart 2009-cu il tarixli sərəncamı ilə "Şöhrət" ordeni, 4 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni, 28 mart 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Əmək" ordeni, 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Ailəli idi. İki övladı var.

13 yanvar tarixində vəfat edib. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.[2]

İstinadlar

  1. Ş. H. Xan-Babayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı [ölü keçid]
  2. "Şəmsəddin Xanbabayev dəfn olundu". Oxu.az (az.). 2025-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-14.

Mənbə

  • "Azərbaycanda Kim Kimdir" Ensiklopedik məlumat kitabı.
Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya