Antarktika haqqında konvensiya və ya Antarktika haqqında beynəlxalq müqavilə[1] — Antarktida ərazisinin demilitarizasiyasını, onun dinc məqsədlər üçün və nüvə silahından azad zona olmasını nəzərdə tutan müqavilə. 1 dekabr 1959-cu ildə Vaşinqtonda imzalanmış və 23 iyun 1961-ci ildə ilk 12 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Müqavilənən əsas məqsədi — Antarktidanın bütün bəşəriyyətin istifadəsi üçün imkan yaratmaqdır. Həmçinin elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün azad mühit yaratmaqdır. İstənilən nüvə sınaqlarının keçirilməsi və radioaktiv materialların basdırılması qadağandır. Hazırda müqaviləni imzalayan dövlətlərin sayı 50-dir.
Konvensiyanın əsas məqsədi Antarktidadan bütün bəşəriyyətin maraqlarına uyğun istifadəsini təmin etməkdir. Həmçinin elmi tədqiqat azadlığını təmin edir və beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Antarktidada hər hansı bir nüvə partlaması və ora radioaktiv materialların atılması qadağandır. 1982-ci ildə, Antarktika konvebsiyası sisteminin bir hissəsi və IX maddəsinin icrası olaraq Antarktika dəniz canlı resurslarının qorunması konvensiyası (CCAMLR) qüvvəyə mindi.[2] Bu Konvensiyanın müddəalarının praktik olaraq tətbiqi Avstraliyanın Tasmaniya adasındakı Hobart şəhərində yerləşən CCAMLR Komissiyası tərəfindən tənzimlənir.
2010-cu ilin yanvar ayından etibarən, 46 dövlət müqavilənin tərəfdarıdır, bunlardan 28-i məşvərətçi tərəflərdir. Müqavilə ilə əlaqəli, mütəxəssislər üç qrup ölkəni ayırd edirlər:
İlkin iştirakçılar qalın qrafiklə verilib.
[3]
Antarktidaya Dair Konvensiya Katibliyi