Repatriasiya

Repatriasiya (lat. repatriate) və ya vətənə qayıtmaəmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, öz mənşəcə olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması. O cümlədən, xaricdən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların qayıdışı repatriasiya sayılır.

İnsan repatriasiyası

İnsan repatriasiyası könüllü və məcburi olur. Könüllü repatriasiyanın ilk dəfə formallaşmış prinsipi II Dünya Müharibəsinin nəticələrindən biri idi. Bu prinsipə əsasən, repatriasiyanın şərti qayıtmağa qarşı olan dəqiq və yaxşı müəyyənləşdirilmişdir faktorların olmaması idi.[1] Halbuki, II Dünya Müharibəsindən sonra gələn Soyuq müharibə dövründə qayıtma tez-tez qərbin marağlarının üçün (o vaxt qaçqınların böyük hissəsi qərbi ölkəldə məskunlaşırdı)[2] daha uyğun olan başqa həll yollarının xeyrinə kənara qoyulurdu.[3]

Hüquq

Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hüquqi cəhətdən məcburi deyil, halbuki ondan sonra qəbul olunmuş hüquqi cəhətdən məcburi olan beynəlxalq və regional sənədlər bu bəndin təsrinin nəticəsində geri qayıtmaq hüququnu qəbul edib.[5]

Ermənistan, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Filippin, İspaniya, Cənubi Koreya və Türkiyə kimi ölklərin repatriasiya haqqında qanunları var.[6]

Psixologiya

Bosniyadan qaçqın olan iki qrup insanların araşdırması (biri Bosniyaya repatriasiya edən, ikincisi isə Norveçdə qalan) göstərib ki, xronik psixoloji simptomlar hər iki qrupda mövcuddur. Hər iki qrupda vaxt getdikcə simptomların azalması müşahidə edilib.[7]

Başqa bir araşdırmada Kosovodan qaçqın düşənlərin İsveçə gəldiyi zamanı 37%-ə posttravmatik stress pozuntusu (PTSP) diaqnozu qoyulmuşdu. 18 ay sonra isə, Kosovoya qayıdanların 52%-ə, İsveçdə qalanların isə 87%-ə PTSP diaqnozu qoyulmuşdu.[8]

İqtisadiyyat

Bosniya, Əfqanıstan, İraq və Burundi qaçqınlarını və məcburi köçkünlərini araşdıran Patrisia Ueiss Fagen yazdığına görə, qayıtmağa qərar uzunmüddətli iqtisadi dayanıqlığın imkanıdan aslıdır. Bundan əlavə, qayıdanların dolanışığının bərpası təhlükəsizlik və inkişaf strategiyaları ilə bağlıdır.[9]

Nümunələr

Qeyri-insan əşyaların repatriasiyası

İnsan qalıqları

Arxeoloji tapıntı olan insan qalıqlarının repatriasiyası hazırda arxeologiya etikasında mübahisəli məsələdir.[10] Bundan başqa, beynəlxalq səyahat[11] və ya müharibə zamanı[12] həlak olanların qalıqlarının repatriasiyası diplomatik işini tələb edə bilər.

Mədəni sərvət

Müharibədə məğlub tərəfinin mədəni sərvətlərinin qənimət şəkildə alınması qədim zamanlardan bəri tətbiq olunurdu. Artıq yüz illər ərzində qaçaqmalçılıq yolu ilə xaricə gətirilən arxeoloji obyektlər muzeylər və kolleksiyaçılar tərəfindən alınırdı.[13]

Mədəni sərvətlərə malik olan və onları orijinal icmalarına qaytarmaq istəyən dövlətlər, irs institutları və fərdlər arasında mübahisə repatriasiya debatı adlanır. Bu debatda sərvətlərin oğurluğu və əldə olunma ilə ixracatı ilə bağlı hüquqi məsələlər qaldırılır.[14]

İstinadlar

  1. "p. 68". 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-24.
  2. Refugee Repatriation: Justice, Responsibility and Redress by Megan Bradley, p.1
  3. Refugee Repatriation: Justice, Responsibility and Redress by Megan Bradley, p.3
  4. "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04.
  5. "p. 9" (PDF). 2022-03-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-12.
  6. Yakobson, Alexander; Rubinstein, Amnon. "Democratic Norms, Diasporas, and Israel's Law of Return" (PDF). ajc.org. 2010-11-26 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  7. Lie, Birgit. "The psychological and social situation of repatriated and exiled refugees: a longitudinal, comparative study". Scandinavian Journal of Public Health. 32 (3). 2004: 179–187. JSTOR 45142734.
  8. "Arxivlənmiş surət". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  9. "Arxivlənmiş surət" (PDF). 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-04.
  10. Scarre and Scarre (2006). The ethics of archaeology : philosophical perspectives on archaeological practice, p. 206–208. Cambridge University Press, Cambridge. ISBN 0-521-54942-6.
  11. "Arxivlənmiş surət". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  12. "Arxivlənmiş surət". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  13. https://environs.law.ucdavis.edu/volumes/28/1/cohan.pdf Arxivləşdirilib 2021-08-17 at the Wayback Machine pp. 4–5
  14. Shapiro, Daniel. "Repatriation: A Modest Proposal". New York University Journal of International Law and Politics. 31. 1998–1999: 95. 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!