2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi "#LightUp""#Aydınlat"
2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2018) — sayca 16-cı ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 25 noyabr 2018-ci il tarixində "#LightUp" devizi altında Belarusun paytaxtı Minsk şəhərində keçiriləcəkdir. Bu Belarusun Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ikinci ev sahibliyi olmuşdur. Müsabiqəyə Yevgeni Perlin, Zinaida Kupriyanoviç və 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu təmsil etmiş Helena Meraai aparıcılıq etmişdir.
2 avqust 2018-ci il tarixdə Avropa Yayım İttifaqı 20 ölkənin Minskdə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir[1]. Bu ölkələrdən Qazaxıstan və Uels müsabiqə tarixində ilk dəfə iştirak edəcəklər. Bundan əlavə 13 illik fasilədən sonra Fransa, dörd illik fasilədən sonra Azərbaycan və bir il sonra İsrail müsabiqəyə geri dönmüşdür. 2017-ci ildə müsabiqədə iştirak etmiş Kipr isə maliyyə çətinlikləri səbəbi ilə iştirakdan imtina etmişdir.
Minskdə keçirilən 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Anyone I Want To Be" mahnısı ilə Polşa təmsilçisi Roksana Veqel qalib gəldi. Bu Polşanın müsabiqədə ilk qalibiyyəti oldu.
15 oktyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı (AYİ) Belarusun növbəti 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini açıqlamışdır[2]. Bu 2010-cu ildən sonra Belarusun uşaq Avroviziyasına ikinci ev sahibliyi olmuşdur.
18 mart 2018-ci il tarixində paytaxt Minskdə baş tutacaq müsabiqənin 15,000 nəfər izləyicini qəbul edə biləcək olan Minsk Arenada keçiriləcəyi açıqlandı.[3]
25 iyul 2018-ci il tarixdə Avropa Yayım İttifaqı 19 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. İlkin olaraq maliyyə problemlərini səbəbindən Ukraynanın müsabiqədə iştirak etməyəcəyi bildirilsədə, daha sonra AYİ Ukrayna ilə birlikdə 20 ölkənin yer aldığı iştirakçı ölkələr siyahısını təqdim etmişdir[1]. Bu iştirakçı sayına görə müsabiqə tarixindəki rekord göstəricidir.
Aşağıda adları göstərilən ölkələr daha öncə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etsələr də, 2018-ci ildə müsabiqədə iştirak etməmişdirlər.