2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing.Junior Eurovision Song Contest 2017) — sayca 15-ci ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 26 noyabr 2017-ci il tarixində "Shine bright" devizi altında Gürcüstannın paytaxtı Tbilisi şəhərində keçirilmişdir. Bu Avroviziya Uşaq Mahnı Müsabiqəsində bundan öncə üç dəfə qələbə qazanan Gürcüstanın müsabiqəyə ilk ev sahibliyi olmuşdur. Müsabiqəyə Helen Kalandadze və 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı təmsil etmiş Lizi Caparidze aparıcılıq etmişdir.
9 avqust 2017-ci il tarixdə Avropa Yayım İttifaqı 16 ölkənin Tbilisidə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir[1]. Bu ölkələrdən Portuqaliya doqquz illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. 2016-cı ildə müsabiqədə iştirak etmiş Bolqarıstan və İsrail isə müsabiqəyə hazırlıq üçün zamanın çox az olduğunu səbəb göstərərək, 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 10 yaşlı Maryam Mamadaşvilinin "Mzeo" mahnısı ilə Gürcüstana qələbə qazandırmasının ardınca Avropa Yayım İttifaqı (AYİ) 2017-ci ilin fevral ayında Gürcüstanın növbəti müsabiqəyə ev sahibliyi edəcəyini açıqlamışdır[2]. İndiyədək müsabiqədə üç dəfə qalibiyyət əldə etməsinə baxmayaraq, bu Gürcüstanın müsabiqəyə ilk ev sahibliyidir. 9 avqust 2017-ci il tarixdə paytaxt Tbilisidə baş tutacaq müsabiqənin 4000 nəfər izləyicini qəbul edə biləcək Tbilisi Olimpik Sarayında keçiriləcəyi açıqlandı.