2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 8-ci baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2010-cu il tarixində Belarusun paytaxtı Minsk şəhərində keçirilmişdir. Bu Belarusun müsabiqəyə ikinci (2005) ev sahibliyi olmuşdur. Müsabiqədə 14 ölkə iştirak etmişdir. Bu ölkələrdən Moldova müsabiqəyə ilk dəfə qatılmışdır. Latviya 4 illik və Litva isə 1 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Lakin 2009-cu ildə müsabiqədə iştirak edən Kipr və Rumıniya 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Minskdə keçirilən 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mama" mahnısı ilə Ermənistan təmsilçisi Vladimir Arzumanyan qalib gəlmişdir.