Şəfibəyli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Kənd Qaraçayın hər iki sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə şuşalı İsabəyin oğlu Şəfibəy salmışdır. Şəfibəyin köhnə qəbiristandakı qəbrinin kitabəsindən onun XVIII əsrdə yaşadığı məlum olur.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 403 nəfər əhali yaşayır.[3]