Bu adın digər istifadə formaları üçün bax:
Nərimanlı.
Nərimanlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Nərimanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Goranboy rayonunun Cinli Boluslu kənd inzibati ərazi vahidinin tərkibindəki Leninkənd kəndi Nərimanlı kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Nərimanlı kəndi Çinli Boluslu kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.[3]
Toponimikası
Kənd XX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlib rəncbərlik edənlərin və 1918-ci ildə Ermənistandan qovulmuş azərbaycan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1921—ci ildə N.Nərimanovun (1870-1925) şərəfinə Nərimanov, 1932-ci ildən sonra isə Leninkənd adlandırılmışdı. 1997-ci ildən kəndin adı Nərimanlı kimi rəsmiləşdirilmişdir.[4]
Tarixi
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 994 nəfər əhali yaşayır.[5]
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|