Əziz Mahmud Xudayi |
|
Doğum tarixi |
1541 |
Doğum yeri |
|
Vəfat tarixi |
1628 |
Vəfat yeri |
|
Atası |
Fədlullah bin Mahmud |
Həyat yoldaşı |
Aişə Hümaşah Sultan |
Uşaqları |
Ümmügülsüm, Zeynəb, Fatma Zəhra və daha 8 övlad |
Dini |
İslam |
Əziz Mahmud Xudayi (1541, Şərəfliqoçhisar, Ankara ili – 1628, İstanbul) — 948-ci ildə (1541) Şərəfliqoçhisarda anadan olub. Qanuninin nəvəsi Mehrimah Sultandan olan nəvəsi Aişə Sultan(ö. 1598) ilə də evləndiyi rəvayət edilən Əziz Mahmud Xudayi hicri Səfər ayı 1038-ci ildə (Oktyabr 1628) vəfat edib. Altısı qız olmaqla on bir övladı var idi və nəsli qızları Ümmügülsüm (ö. 1641), Zeynəb(ö. 1642) və Fatma Zəhra (ö. 1675) vasitəsilə davam edib.[1]
Əsl adı Mahmuddur. "Xudayi" adı və "Əziz" sifəti ona sonradan ona verilib. Cüneyd əl-Bağdadinin nəslindən olub "Seyyid"dir.[2]
Həyatı
1541-ci ildə Şərəfliqoçhisarda anadan olan şair mütəsəvvif, Cəlvətiyyə təriqətinin qurucusu Mahmud Xudayi uşaqlığını keçirdiyi Sivrihisarda ilk təhsilini almağa başladı. Sonra İstanbula gəlib və Kiçikayasofya mədrəsəsinə daxil oldu.
Mədrəsədə təhsilini başa vurduqdan sonra müəllimi Nazirzadə Ramazan əfəndinin köməkçisi oldu. Təhsil aldığı və oxuduğu illərdə Xəlvətiyyə təriqətinə mənsub olan Kiçikayasofa məscidinin şeyxi Nurəddinzadə Müslixuddin əfəndi ilə ünsiyyət qurmağa davam etdi. Müəllimi Nazirzadə Ədirnədəki Səlimiyyə mədrəsəsinə müəllim, Misirdə və Dəməşqdə Qazı təyin olunduğu illərdə belə onu yanından ayırmadı.
Mahmud Xudayi Misirdə müəllimi ilə birlikdə olduğu dövrdə, Xəlvətiyyə təriqətinin Dəmirdaşiyyə qolundan Kərimuddin əl-Xəlvətidən "üsül-i əsma" təhsili aldı. 1573-cü ildə Misirdən qayıtdıqdan sonra Bursadakı Fərhadiyə mədrəsəsinə müəllim və Cami-Ətiq məhkəməsinə naib kimi təyin edildi. Onun müəllimi Nazirzadə Bursa mövləviyətinə gətirildi. Bursaya gəlişinin üçüncü ilində müəllimi vəfat etdi.
Tələbəlik və müridlik illərindən bəri təsəvvüf çevrəsi ilə sıx təmasda olan Xudayi, müəlliminin ölümünə göstərdiyi dərin təsir səbəbiylə rəsmi vəzifələrini tərk etdi və əvvəllər xütbələrində və söhbətlərində iştirak etdiyi Mühyəddin Üftadəyə müraciət etdi. Onun Seyri-sülukunu cəmi üç ildə başa vurdu.
Şeyx Üftadə onu məmləkəti Sivrihisara xəlifə təyin etdi. Yalnız altı ay burada qalan Xudayi şeyxi Üftadəni ziyarət etmək üçün təkrar Bursaya geri qayıtdı, lakin bu vaxt şeyxi vəfat etdiyi üçün Rumelinə qayıtdı. Bir müddət Trakya və Balkanlarda qaldıqdan sonra İstanbula gəldi.
Səkkiz il Şeyxülislam Xoca Sadəddin əfəndinin göstərişi ilə təyin olunduğu Kiçikayasofya məscidinin Təkkəsində Şeyx vəzifəsini icra etdi. Digər tərəfdən, Fateh Məscidində təbliğçi olub, təfsir və hədis oxuyurdu. Daha sonra 1589-cu ildə Üsküdarda Xudayi Dərgahın yerləşdiyi yeri satın aldı.
Dərgahın tikintisində daha yaxından iştirak etmək üçün iqamətgahını Rum Mehmet Paşa Məscidinin ətrafına köçürdü. 1595-ci ildə dərgachın inşası başa çatdı. 1599-cu ildə Fatih Məscidində vaizlikdən çıxıb, Üsküdar Mehrimah Sultan məscidində cümə axşamları vəz verməyə başladı. Əziz Mahmud Xudayi Sultan Əhməd məscidinin açılışında (1616) ilk xütbəsini oxudu və hər ayın ilk bazar ertəsi burada vəz razı oldu.
Əziz Mahmud Xudayi 1628-ci ilin oktyabrında vəfat etdi.[3]
Qalereya
-
Mahmud Xudayi Came içərisi
-
Mahmud Xudayi Came həyəti
-
Mahmud Xudayi Came
-
Mahmud Xudayi Came köməkçi tikilisi
-
Mahmud Xudayi Came dəstəmaz yeri
İstinadlar
Xarici keçidlər
|
---|
Sufi anlayışlar | |
---|
Sufi fəaliyyəti |
Nəşid • Zikr • Hədra • Müraqəbə • Qəvvali • Səma • Ziyarət
|
---|
Təriqətləri | |
---|
Tanınmış erkən sufi və mistiklər | |
---|
Tanınmış müasir sufi və mistiklər |
Baba Rexheb • Abdal Hakim Murad • Əbdülqdir as-Sufi • Əhməd Kayhan Dədə • Abdula ah Nəqşibəndi • Əhməd Ələvi • Əbdürrəhman əl-Şaquri • Aşfaq Əhməd • Qələndər Baba Auliyə • Xoca Şəmsəddin Əzimi • Məhəmməd Muhaiyəddin • Feysəl Abdul Rauf • Riaz Əhməd Gövhər Şahi • Qalib Həsən Quşçuoğlu • Qulam Mustafa Xan • Hafiz Qamaruddin Çişti Sabiri • Hişam Kabbani • Həzarat Mai Safura Qəiriyyə • Məhər Əli Şah • Məhəmməd Ələvi l-Maliki • Nazim əl-Haqqani • Seyid Vahid Əşrəf • Nuh Ha Mim Keller • Nurəddin Durki • Ömər Əli Şah • Osman Nuri Topbaş • Pir Zülfiqar Əhməd • Məhəmmd Əbdülqədir Siddiqi Qədri • Əhməd Rza Xan Bərləvi • Rəşad Fild • Sahib Qiblə Fültli • Səid Əfəndi əl-Çirkaşi • Qüdrətullah Şəhab • Sufi Bərkat Əli • Seyid Şücaət Əli Qədri • Məhəmməd Tarhir-ül-Qədri • Tahir Allauddin • Tacəddin Məhəmməd Bədrəddin • Varis li Şah • Vasif Əli Vasif • Zahin Şah Taci
|
---|
Sufizm tədqiqatçıları |
İvan Aqueli • Kurt Almqvist • Titus Burkhardt • Uilyam Çittik • Korbin • Karl Ernst • Robert Freycer • Genon • Leks Hikson • Teyc Lindbum • Linqs • Hüseyn Nasr • Annmari Şimmel • Maykl Sells • İdris Shah • Fritof Şuon • Reynold A. Nikolson • Zakir Məmmədov
|
---|
Sufizm mövzuları | |
---|