Xudaverdiyev Əlibala Mürtəzaqulu oğlu (1901, Navahı k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.[1]
Həyatı
1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Bonn (Almaniya) İnstitutuna göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi.
Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Həmçinin bax
İstinadlar
|
---|
Almaniya | | |
---|
Fransa | |
---|
İngiltərə | |
---|
İtaliya | |
---|
Rusiya | |
---|
Türkiyə | |
---|
Ukrayna | |
---|