Xaspolad bəy İsmayıl bəy oğlu (21.1.1900, Şuşa — ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı
1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1]
Mənbə
- Ənvər Çingizoğlu, Hacıyevlər: Hacı Allahverdi bəyin törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, №4, səh.8–11.
Həmçinin bax
|
---|
Almaniya | | |
---|
Fransa | |
---|
İngiltərə | |
---|
İtaliya | |
---|
Rusiya | |
---|
Türkiyə | |
---|
Ukrayna | |
---|
- ↑ "Cümhuriyyət tələbələri Fransada". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.