Zeynal bəy Əlizadə |
---|
Zeynalabdin bəy Hacağa oğlu Əliyev |
|
Doğum tarixi |
24 aprel (6 may) 1894 |
Doğum yeri |
|
Vəfat tarixi |
11 avqust 1968(1968-08-11) (74 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti |
heykəltaraş, rəssam, müəllif |
Təhsili |
Moskva Kommersiya İnstitutu (1916-18)[1] |
Əliyev Zeynalabdin bəy Hacağa oğlu (24 aprel (6 may) 1894, Bakı – 11 avqust 1968, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) milli mədəniyyətin tərəqqisində yaxından iştirak etmiş mədəniyyət xadimi.[2]
Həyatı
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Roma Kral Rəssamlıq Akademiyasına (İtaliya) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır".
Zeynal Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, hərbi orden-medalların və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak etmişdir.[2] Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk olunmuşdur.[2]
Haqqında yazılanlar
"Azərbaycan Yurd bilgisi" dərgisindəki məqalələr "Heykəltəraş Zeynal A. Saray" və "Zeynal Akkoç" imzaları ilə çap olunmuşdur.
"1919-cu ildə, avqust ayının 27-ci günündə verilib şəhadətnamə xüsusunda ki, Ağa Zeynalabdin bəy Hacı Ağabəy oğlu Əliyev Bakı şəhərinin sakini, Hacı Qasımbəy məscidinin camaatına mənsubdur. Təvəllüdü vaqe olub 1894-cü ildə aprel ayının 24-cü günündə, necə ki, təvəllüdü sübut olunub məscidin metrik dəftərində
İmzanı təsdiq edirəm.
Hacı Qasımbəy məscidinin mollası Molla Ruhulla Hacı Abdulla oğlu."
Mövsüm Əliyevin yazmış olduğu məqalələrdə, Zeynal Hacıağa oğlu Əlizadənin 1895-ci ildə Bakı şəhərində anadan olduğu qeyd olunub.
Belə ki, şəhadətnaməni əsas götürsək, "Əliyev Zeynalabdin bəy Hacı Ağabəy oğlu 1894-cü il aprel ayının 24-də" anadan olmuşdur.
Həmin yazılarda məlumat verilirdi ki, Zeynal Əlizadə orta təhsilini bitirdikdən sonra (1915-ci ildə) Moskva Kommersiya institutuna daxil olmuş, burada üç il təhsilini davam etdirmiş, 1918-ci ilin payızında Bakıya qayıtmışdır?. Azərbaycan Xalq Cümhuriyyətinin poçt və teleqraf nazirliyində xüsusi tapşırıqlar üzrə baş məmur vəzifəsinə təyin olunan Zeynal Əlizadə eyni zamanda rəssamlıq sənəti üzrə də öz yaradıcılığını davam etdirmişdir. Poçt markalarının rəssamı olmuşdur.
Zeynal Əlizadənin İtaliyada təhsil alması haqqındakı faktlar, akademiyanı 1923-cü ildə bitirmiş Zeynal bəyin Parisdə yaşayan Ceyhun Hacıbəyli ilə yazışmalarında da təsdiqlənir. N. Abutalıbova bununla bağlı yazır: "1919-cu ilin ortalarında (1920-ci ilin yanvarında – M. S.) Rusiyanın və Avropanın ali məktəblərində oxumaq üçün 99 azərbaycanlı gənc göndərilmişdir. Onlardan ikisinin intihar etdiyini bilib qalanların həyatı ilə maraqlanmağa başladıq. Bu, çox mürəkkəb bir iş idi. Bununla belə, bəzi şeyləri aydınlaşdırmaq mümkün oldu. Budur, əlimizdə Parisdə çəkilmiş şəkil vardır. Tələbələr Avropa ölkələrinə yola düşməzdən qabaq çəkdiriblər?. Heykəltəraş Zeynal Əliyevin Ceyhun Hacıbəyliyə üç məktubu da bizdədir. Bunlardan ikisi 1922-ci ildə yazılmışdır və Z. Əliyev xəbər verir ki, Perucada Akkademia di Bella Artidə oxuyur, maddi yardıma görə minnətdardır. Sərgilərindən də söhbət açır. Eyni ünvana göndərdiyi sonuncu (27 avqust 1927-ci il) məktubunda yazır ki, Akademiyanı bitirib, iş tapa bilmir, korluq çəkir, buna görə də Braziliyaya köçmək istəyir. Məktubunda Bakıdan gəlmiş bacısı Saranı və Berlində tələbə olan İbad Əliyevi xatırlayır. Burada siz Zeynal Əliyevin İtaliyada poçt otkrıtkaları şəklində buraxılmış fotoşəkilləri ilə tanış ola bilərsiniz".
Kitabları
- Rusça-Türkçe sözlük. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi, 1947.
- Okuma kitabı. İstanbul: İstanbul Üniversitesi Edebiyat Fakültesi, 1947.
Tərcümələri
- Giuseppe Achille. Şüphe. Çeviren: Zeynel Akkoç; derleyen: Avni Dilligil. Ankara: Cumhuriyet Halk Partisi, 1940.
- A. S. Puşkin. Boris Godunov. Tercüme eden: Zeynel Akkoç, Oğuz Peltek. Ankara: Maarif Vekâleti, 1943.
- Aeschylus. Prometheus, Çeviren: Zeynel Akkoç, İstanbul: Maarif Basımevi, 1955.
İstinadlar
Həmçinin bax
|
---|
Almaniya | | |
---|
Fransa | |
---|
İngiltərə | |
---|
İtaliya | |
---|
Rusiya | |
---|
Türkiyə | |
---|
Ukrayna | |
---|