Əhməd Ağdamski

Əhməd Bədəlbəyli
Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski)
Ümumi məlumatlar
Doğum tarixi 5 yanvar 1884(1884-01-05) və ya 1884[1]
Doğum yeri
Vəfat tarixi 1 aprel 1954(1954-04-01) və ya 1954[1]
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, opera müğənnisi, pedaqoq, musiqi pedaqoqu
Janr opera
Səs tembri tenor
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) (5 yanvar 1884 və ya 1884[1], Şuşa1 aprel 1954 və ya 1954[1], Ağdaş) — Azərbaycan opera müğənnisi, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1943). Üzeyir Hacıbəylinin xalası oğludur.[2]

XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri də Əhməd Ağdamski idi. Xalqın qəlbində teatra, peşəkar musiqiyə maraq oyatmaq, bu musiqinin yayılması və inkişafı yollarını tapmaq onu və o dövrün ziyalılarını mütəmadi düşündürən vacib məsələlərdən ən başlıcası idi.

Həyatı

1884-cü ilin soyuq qış günü, yəni yanvar ayının 5-də Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Əhməd Bəşir oğlu Bədəlbəyli hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Teatrda çalışdığı illərdə o, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, H. Hacıbababəyov və sair sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi. Üzeyir Hacıbəyov teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildir. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi.

"Leyli və Məcnun" operasının 1909-cu ildəki proqramı. Ağdamskinin adı "Leyli" rolunda "Miri" kimi qeyd olunub

Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy xalası oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarır. O illərdə Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını "Miri" yazdırır.[3] Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür.

1915-ci il 116 saylı "Kaspi" qəzetində:

"Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar".

Ağdamski "Leyli" rolunu ifa edərkən

Dəfələrlə səhnədən düşməyən "Leyli və Məcnun" operasında baş rolların ifaçılarının ifasını 1916-cı il 22 dekabr tarixli "Kaspi" qəzeti öz səhifələrində belə yazır: "Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi".

Onun çıxışı Üzeyir Hacıbəyovun xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. Beləliklə o, inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediya teatrı səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınmışdır. O, qadın rollarını elə aktyorluq məharətilə ifa edirdi ki, hətta tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də az olmurdu. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. Bu obrazların hər birini tamam ayrı səpkidə oynayırdı. Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi. O, düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxdı. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər və arvad"da Minnət, "Rüstəm və Söhrab"da Təhminə, "Şah Abbas və Xurşudbanu"da kəndli qızı və s. onun əsas rolları kimi opera tarixinə düşmüşdür.[4]

Onun bir artist kimi yüksək keyfiyyətlərindən biri də oynaya bilməyəcəyi roldan bacarıqla imtina etməsi idi. Üzeyir bəy istəyirdi "Şeyx Sənan"da Xumarı Əhməd oynasın, lakin opera sırf muğam operası olmadığı üçün oxumaqda çətinlik çəkəcəyini əvvəlcədən hiss edən Ağdamski Xumardan boyun qaçırdı.

20-ci illərin əvvəllərində, artıq oxumadığı vaxtlarda belə Ə. Ağdamski bekar dayanmırdı. O zamanlar Əhməd bəy orkestrdə tar çalırdı. Sonralar Leyli rolunun daha bir kişi ifaçısı yarandı – Hüseynağa Hacıbababəyov idi.

thumbnail

1934-cü ildən başlayaraq ömrünün sonunadək, yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində tardan dərs verirdi. Ağdaşa gəldiyi gündən rayon ziyalıları arasında hörmət qazanaraq və el məclislərində yaxından iştirak edirdi. Rayona gəldiyi gündən Ə. Ağdamski kaman ustası, gözəl musiqiçi Habil Əliyevgilin evində kirayənişin qalmışdır. Uşaqlıq çağlarından Habil Əliyev onu "Əhməd əmi" deyə çağırmış, indi də xatirələrində "Əhməd əmi" kimi qalıb. Sirr deyil ki, Habil Əliyevin musiqiyə gəlişində, müşayiətçi kimi yetişməsində də Əhməd müəllimin faydalı məsləhətləri və tövsiyələri çox böyük rol oynamışdır. Onun fədakar əməyinin bəhrəsi olaraq hökumətimiz tərəfindən 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Onu da qeyd edim ki, müraciət etdiyim bəzi əlaqədar təşkilatlarda Ə. Adamskinin həyat və yaradıcılığını, pedaqoji fəaliyyətini əks etdirən materiallar demək olar ki, yox səviyyəsindədir. Onun ailə üzvlərilə əlaqə yaratmaq mümkün olmadığı üçün Habil Əliyevə müraciət edib və o illərlə bağlı söylədiyi xatirələri qələmə alıram. Habil Əliyev sənətə gəlişini belə xatırlayır.

Xoşbəxt o insandır ki, ölümündən sonra onu həmişə xoş xatirələrlə xatırlasınlar. Onun səhnəmizə, mədəniyyət tariximizə fədakar, minnətsiz xidmətləri nəsildən-nəslə ötürüləcəkdir. O, "Leyli" rolunun ilk ifaçısı olmasa da, bu rolun ən məşhur ifaçısı olur.

Ağdamski ailəsi ilə, 1935-ci il

Filmoqrafiya

  1. Arşın mal alan (film, 1917)Gülçöhrə (tammetrajlı bədii film)

Nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bəşir bəy
Bədəlbəyli
 
 
 
Əzizə xanım
 
 
 
 
 
 
 
 
 
 
 
Şirinbəyim
xanım
(1853–1939)
 
Əbdülhüseyn bəy
Hacıbəyov

(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bədəl bəy
Bədəlbəyli

(1875–1932)
 
 
 
Rəhimə xanım
 
 
 
Əhməd bəy
Bədəlbəyli

(1884–1954)
 
 
 
 
 
 
 
 
Zülfüqar bəy
Hacıbəyov

(1884–1950)
 
Üzeyir bəy
Hacıbəyov

(1885–1948)
 
Ceyhun
Hacıbəyli

(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfrasiyab
Bədəlbəyli

(1907–1976)
 
Davud
Bədəlbəyli
 
Turqut
Bədəlbəyli
 
Məsturə
Bədəlbəyli
 
Şəmsi
Bədəlbəyli

(1911–1987)
 
 
Məmməd
Ağdamski

(d. 1934)
 
Telman
Ağdamski

(d. 1936)
 
 
 
 
Niyazi
Hacıbəyov

(1912–1984)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fərhad
Bədəlbəyli

(d. 1947)


Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 Ağdamski, Əhməd // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Arxivlənmiş surət". 2018-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-08.
  3. Xəzər TV. "Teatrın Tarixi / Səhər Mərkəzi" (az.). Youtube.com. 10.03.2021. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-10.
  4. "Qadın psixologiyasının teatr metaforası". Əbdül Əlizadə. Qadın psixologiyası. Bakı: Təhsil, 2015. — səh. 235–236.

Mənbə

Read other articles:

Food and drink Template‑class Food portalThis template is within the scope of WikiProject Food and drink, a collaborative effort to improve the coverage of food and drink related articles on Wikipedia. If you would like to participate, please visit the project page, where you can join the discussion and see a list of open tasks.Food and drinkWikipedia:WikiProject Food and drinkTemplate:WikiProject Food and drinkFood and drink articlesTemplateThis template does not require a rating on Wikipe...

 

江戸川競艇場 施設所在地 東京都江戸川区東小松川三丁目[1][2]座標 北緯35度41分33.6秒 東経139度51分41.5秒 / 北緯35.692667度 東経139.861528度 / 35.692667; 139.861528座標: 北緯35度41分33.6秒 東経139度51分41.5秒 / 北緯35.692667度 東経139.861528度 / 35.692667; 139.861528開場 1955年(昭和30年)8月12日所有者 関東興業株式会社施行者 東京都六市競艇事業

 

Sekolah Menengah Atas Negeri 1 Bogor Data Sekolah Berdiri: 28 Oktober 1948 Provinsi: Jawa Barat Alamat Lengkap: Jalan Ir. H. Juanda nomor 16 Bogor Tengah. Nomor Telepon: 0251-8321758 Fax: 0251-8337532 Kepala Sekolah: Drs. Atip Suherman, M.Si. Jumlah Kelas: 9-10 kelas setiap tingkat Program Jurusan: IPA dan IPS Rentang Kelas: X MIPA, X IPS, XI IPA, XI IPS, XII IPA, XII IPS Kurikulum: Kurikulum Tingkat Satuan Pendidikan & Kurikulum 2013 Jumlah Siswa: 1050 siswa (35 siswa per kelas) Status s...

Down in the DeltaTheatrical release posterSutradara Maya Angelou Produser Rick Rosenberg Bob Christiansen Victor McGauley Wesley Snipes Ditulis oleh Myron Goble PemeranAlfre WoodardAl Freeman, Jr.Esther RolleMary AliceLoretta DevineWesley SnipesPenata musikStanley ClarkeSinematograferWilliam WagesPenyuntingNancy RichardsonDistributorMiramax FilmsTanggal rilis 05 Agustus 1998 (1998-08-05) (Urbanworld Film Festival) 17 September 1998 (1998-09-17) (Toronto Film Festival) ...

 

Kata Majlis Raja-Raja dalam abjad Jawi dari seni kaligrafi 'diwani', yang dapat dilihat di gerbang utama kantor Penjaga Meterai Raja-Raja. Malaysia Artikel ini adalah bagian dari seri Politik dan KetatanegaraanMalaysia Pemerintahan federal Konstitusi Malaysia Hak asasi manusia Hukum Kontrak sosial Rukun Negara Monarki Yang di-Pertuan Agong Abdullah dari Pahang Majelis Raja-Raja Legislatif Parlemen Malaysia Parlemen ke-15 Dewan Rakyat Ketua Johari Abdul Kepala Pemerintahan Anwar Ibrahim Pemimp...

 

US Navy Gato-class submarine in service 1943-1946, 1951-1952, 1953-1968 For other ships with the same name, see USS Cavalla. USS Cavalla (SS-244) Cavalla, possibly making her way to the International Naval Review in Norfolk, Va., 1957. She is in hunter-killer submarine (SSK) configuration, with a streamlined sail and large bow sonar housing for the BQR-4 sonar system. History United States NameCavalla NamesakeCavalla BuilderElectric Boat Company, Groton, Connecticut[1] Laid down4 Marc...

Наука про мережі Теорія Граф Складні мережі Світ тісний Безмасштабна мережа Перколяція Структура спільноти Еволюція[en] Керованість[en] Візуалізація графів Соціальний капітал Аналіз зв’язків Оптимізація Транзитивність Теорія балансу Ефект мережі Соціальний вплив Види...

 

Gedung Thales Nederland di Hengelo Thales Nederland adalah sebuah cabang untuk Thales Group yang terlibat dalam peralatan pertahanan laut seperti radar, sensor, dan sistem inframerah. Selain itu mereka juga membuat peralatan pertahanan udara, komunikasi, dan navigasi. Sejarah Perusahaan ini dibuat pada tahun 1922 di Hengelo sebagai NV Hazemeyer's Fabriek van Signaalapparaten oleh Hazemeyer dan Siemens & Halske.

 

The Tenterfield StarCityTenterfield, New South WalesCountryAustraliaWebsitewww.tenterfieldstar.com.auMedia of AustraliaList of newspapers The Tenterfield Star, also published as The Tenterfield Star and New England Chronicle and The Tenterfield Record and Border Advertiser, is a semi-weekly English language newspaper published in Tenterfield, New South Wales, Australia. History Publication of The Tenterfield Star began 10 August 1871, published by Duncan M'Master Cameron. It continues The Ten...

Four integers where the sum of the squares of three equals the square of the fourth All four primitive Pythagorean quadruples with only single-digit values A Pythagorean quadruple is a tuple of integers a, b, c, and d, such that a2 + b2 + c2 = d2. They are solutions of a Diophantine equation and often only positive integer values are considered.[1] However, to provide a more complete geometric interpretation, the integer values can be allowed to be negative and zero (thus allowing Pyt...

 

Stasiun Toyooka豊岡駅Stasiun Toyooka pada November 2009Lokasi114-1 Shinkai, Iwata-shi, Shizuoka-ken 438-0113JepangKoordinat34°50′14.25″N 137°50′23.31″E / 34.8372917°N 137.8398083°E / 34.8372917; 137.8398083Koordinat: 34°50′14.25″N 137°50′23.31″E / 34.8372917°N 137.8398083°E / 34.8372917; 137.8398083PengelolaTenryū Hamanako RailroadJalur■ Jalur Tenryū HamanakoLetak dari pangkal23.0 kilometer dari KakegawaJumlah pero...

 

 1985年ポルトガルグランプリレース詳細 日程 1985年シーズン第2戦決勝開催日 4月21日開催地 エストリル・サーキットポルトガル エストリルコース長 4.350kmレース距離 67周(291.450km)決勝日天候 雨(ウェット)ポールポジションドライバー アイルトン・セナ タイム 1'21.007ファステストラップドライバー アイルトン・セナ タイム 1'44.121(Lap 15)決勝順位優勝 アイルト...

آيت منصور آيت علي تقسيم إداري البلد المغرب  الجهة مراكش آسفي الإقليم شيشاوة الدائرة مجاط الجماعة القروية أمزوضة المشيخة لزيفة السكان التعداد السكاني 204 نسمة (إحصاء 2004)   • عدد الأسر 40 معلومات أخرى التوقيت ت ع م±00:00 (توقيت قياسي)[1]،  وت ع م+01:00 (توقيت صيفي)[1]  ...

 

Shōjo manga by Arina Tanemura Mistress FortuneCover of the original Japanese volume featuring Kisaki and Giniro絶対覚醒天使ミストレス☆フォーチュン(Zettai Kakusei Tenshi Misutoresu Fōchun)GenreFantasy, romance[1] MangaWritten byArina TanemuraPublished byShueishaEnglish publisherNA: Viz MediaImprintRibon Mascot ComicsMagazineRibonDemographicShōjoOriginal runJuly 2008 – September 2008Volumes1 Mistress Fortune (絶対覚醒天使ミストレス☆フォ...

 

Artikel atau sebagian dari artikel ini mungkin diterjemahkan dari Hispanic di en.wikipedia.org. Isinya masih belum akurat, karena bagian yang diterjemahkan masih perlu diperhalus dan disempurnakan. Jika Anda menguasai bahasa aslinya, harap pertimbangkan untuk menelusuri referensinya dan menyempurnakan terjemahan ini. Anda juga dapat ikut bergotong royong pada ProyekWiki Perbaikan Terjemahan. (Pesan ini dapat dihapus jika terjemahan dirasa sudah cukup tepat. Lihat pula: panduan penerjemahan ar...

11th ASEAN Para Games XI ASEAN Para GamesHost citySurakarta, IndonesiaMottoStriving for Equality[a]Nations11Athletes1248Events455 in 14 sportsOpening30 JulyClosing6 AugustOpened byMa'ruf AminVice President of IndonesiaClosed byJoko WidodoPresident of IndonesiaAthlete's OathSuryo NugrohoJudge's OathRochana DwiningsihTorch lighterHanik Puji AstutiMain venueManahan StadiumWebsite2022 ASEAN Para Games← Kuala Lumpur 2017Philippines 2020Phnom Penh 2023 → The 2022 ASEAN...

 

Ця стаття не містить посилань на джерела. Ви можете допомогти поліпшити цю статтю, додавши посилання на надійні (авторитетні) джерела. Матеріал без джерел може бути піддано сумніву та вилучено. (липень 2014) У Вікіпедії є статті про інші значення цього терміна: Домен. Спів...

 

You can help expand this article with text translated from the corresponding article in Russian. (June 2011) Click [show] for important translation instructions. View a machine-translated version of the Russian article. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting machine-translated text into the English Wikiped...

Georgia Piedmont Technical CollegeFormer namesDeKalb Technical College, DeKalb Community College, DeKalb Area Vocational SchoolTypePublic community collegeEstablished1961 (1961)[1]Parent institutionTechnical College System of GeorgiaLocationClarkston, Georgia, United StatesCampusMultiple campusesColorsRed, Yellow and Blue    Websitewww.gptc.edu/ Georgia Piedmont Technical College (GPTC) is a public community college based in Clarkston, Georgia. It is part of the Te...

 

Polish-Lithuanian rabbi and Talmudist (1720–1797) HaGaonElijah ben Solomon ZalmanVilna GaonTitleVilna Gaon Elijah of VilnaGraPersonalBornElijah ben Solomon ZalmanApril 23, 1720Sialiec, Polish–Lithuanian CommonwealthDiedOctober 9, 1797 (aged 77)Vilnius, Vilna Governorate, Russian EmpireReligionJudaismNationalityPolish-LithuanianDenominationOrthodox JudaismYahrtzeit19 TishreiBuriedVilnius, Lithuania Elijah ben Solomon Zalman,[1] (Hebrew: ר' אליהו בן שלמה זלמן Rabbi E...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!