Şahbuz dövlət təbiət qoruğu |
---|
|
Sahəsi |
3139 ha |
Mütləq hündürlüyü |
2200-2400 m |
Yaradılma tarixi |
16 iyul 2003 |
İdarəetmə orqanı |
AETSN |
Dağ |
Biçənək aşırımı |
Çay |
Zorbulaq |
Göl |
Batabat gölü |
Florası |
Palıd, ardıc, Araz palıdı |
Faunası |
Avropa tüvüyü, oxuyan silvi, adi kəklik, sarıköynək, enliquyruq bülbül, meşə xoruzu, hop-hop, qonur ayı, porsuq, vaşaq |
39°33′13″ şm. e. 45°44′24″ ş. u.HGYO |
Ölkə |
Azərbaycan |
Vilayət |
Naxçıvan MR |
Rayon |
Şahbuz rayonu |
Şahbuz dövlət təbiət qoruğu |
Vikianbarda əlaqəli mediafayllar |
Şahbuz dövlət təbiət qoruğu — Naxçıvan Muxtar Respublikasında qoruq. 16 iyul 2003-cü ildə yaradılmışdır, rəsmi açılışı 18 sentyabr 2004-cü ildə olmuşdur.
Qoruğun əsas torpaq sahələri dəniz səviyyəsindən 2200–2400 m hündürlükdəki dağlıq sahələri, Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşir.Naxçıvan MR-sının arid iqlim şəraitində çox zəngin təbii ehtiyatlara malikdir. Dərələyəz silsiləsinin cənub və zəngzur silsiləsinin qərb yamaclarını əhatə edir. Yüksək dağlıq hissəsində alp, subalp, çəmənlikləri formalaşmışdır. Eyni zamanda məşhur Qanel göl, Batabat göllərinin ərazisidə bu qoruğa daxildir.
Ərazidə 2899 bitki növü yayılmışdır. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə məskunlaşmasına imkan yaranmışdır. Qoruğun ərazisi geoloji cəhətdən Təbaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə xarakterizə olunur. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin inkişaf tapması landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayır.
Şahbuz dövlət təbiət qoruğunun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaqlarından ibarətdir: Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m yüksəklikdə yerləşirlər.
Batabat su anbarı eyniadlı üç göldən ibarətdir. Batabat-1 (hövzəsinin sahəsi 0,18 km²), Batabat-2 (0,7 km²) və Batabat-3 (0,18 km²). Ümumi su tutumu təqribən 3 milyon m³-dir. Anbarın suyu əsasən Zorbulaq çayı və qismən atmosfer çöküntüləri hesabına formalaşır.
Zəif parçalanmış dağlıq ərazilərdə inkişaf etmiş dağ-çəmən çimli torpaqlar üzərində çəmən və qismən bataqlıq bitkiləri yayılmışdır. Biçənək aşırımından cənub-qərbə Batabat gölü ətrafında sürüşmələrin geniş yayıldığı ərazilərdir. 2100–2200 m mütləq yüksəkliyə malik bu sahələrdə torf və torflu torpaqlar yayılmışdır. İkinci Batabat gölü üzərində əmələ gəlmiş torf qatı geniş sahəni əhatə etməklə, qalınlığı 2 m-ə çatır. "Üzən ada" adlandırılan bu kütlə küləyin təsiri ilə gölün üzərində hərəkət edir.
Batabat ərazisində əsasən dağ-çəmən landşaftı inkişaf etmişdir.
Şahbuz dövlət təbiət qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Qoruğun ərazisində çoxlu bəzək bitkiləri də mövcuddur. Bunlardan aran yerlərində bitən qəşəng, müxtəlif rəngli və ətirli endemik süsən növləri, dağlarda yayılmış şərq laləsi, ətirli yabanı qərənfil növləri, dağ lalələri, səhləb, paradoksal süsən və başqalarına rast gəlmək mümkündür. Ərazi həm də dərman bitkiləri ilə zəngindir. Ərazinin relyefi və fiziki-coğrafi xüsusiyyətləri qoruğun müasir faunasının formalaşması üçün mühüm rol oynamışdır.
Belə ki, Azərbaycan Respublikasında qeydə alınmış 366 quş növündən Şahbuz dövlət təbiət qoruğunun ərazisində Avropa tüvüyü, oxuyan silvi, adi kəklik, sarıköynək, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları məskunlaşmışdır.
Qoruğun ərazisində qonur ayı, porsuq və vaşaqa rast gəlinir.
Landşaftı, iqlim və relyef xüsusiyyətlərinə görə Şahbuz dövlət təbiət qoruğunun ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər mövcuddur. Naxçıvan Muxtar Respublikası ərazisində sürünənlərin çoxalması üçün də əlverişli şərait vardır. Azərbaycanda olan 50 növ sürünənlərin hamısına – 3 növ tısbağaya, 22 növ ilana və 25 növ kərtənkələyə qoruğun ərazisində rast gəlinir.
Şahbuz dövlət təbiət qoruğunda Biçənək meşəsindəki bataqlıqlarda və s. sahələrdə Selkovnikov ağac qurbağasına rast gəlinir. Bundan başqa ərazidə suda-quruda yaşayan heyvanlardan Suriya sarımsaqiyli qurbağası, adi ağac qurbağası, yaşıl quru qurbağası, Cənubi Qafqaz qurbağası və Kiçik Asiya qurbağası da qeydə alınmışdır.
Mənbə
http://www.eco.gov.az/b-qoruqlar-shahbuz.php Arxivləşdirilib 2015-04-25 at the Wayback Machine