Zaqatala Dövlət Təbiət Yasaqlığı |
Zaqatala Dövlət Təbiət Yasaqlığı — Azərbaycan Respublikasında yasaqlıq.
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, Zaqatala dövlət qoruğunun və onunla həmsərhəd yay otlaqlarında bioloji resurslarının zənginliyinin qorunması, həmin ərazidə ekosistemin bütövlüyünün təmin edilməsi məqsədilə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Balakən və Zaqatala rayon icra hakimiyyətləri ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 263 nömrəli Qərarına əsasən yaradılmışdır[1].
Balakən rayonunun inzibati ərazisində yerləşən yay otlaq sahəsindən 1609 hektar ( o cümlədən 6 nömrəli — 460,0 ha, 8 nömrəli — 344,0 ha, 9 nömrəli — 228,1 ha, 10 nömrəli — 576,9 ha), Balakən meşə mühafizəsi və bərpası müəssisəsinin meşə fondu torpaqlarından 4068 hektar (o cümlədən 2 kvartal — 193 ha, 3 kvartal — 150 ha, 4 kvartal — 264 ha, 5 kvartal — 186 ha, 9 kvartal — 258 ha, 10 kvartal — 143 ha, 11 kvartal — 221 ha, 14 kvartal — 150 ha, 15 kvartal — 105 ha, 16 kvartal — 126 ha, 17 kvartal — 126 ha, 18 kvartal — 138 ha, 19 kvartal — 154 ha, 24 kvartal — 187 ha, 25 kvartal — 106 ha, 29 kvartal — 225 ha, 30 kvartal — 92 ha, 31 kvartal — 111 ha, 32 kvartal — 130 ha, 33 kvartal — 181 ha, 40 kvartal — 146 ha, 41 kvartal — 214 ha, 42 kvartal — 183 ha, 43 kvartal — 141 ha, 44 kvartal — 138 ha) və Zaqatala rayonunun inzibati ərazisində yerləşən yay otlaq sahəsindən 880 hektar ( o cümlədən 33 nömrəli — 328,5 ha, 39 nömrəli — 332,0 ha, 40 nömrəli — 219,5 ha) olmaqla, cəmi 6557 hektar torpaq sahəsində yerləşir.
İstinadlar