İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə (həmçinin İvan Qroznı öz oğlunu öldürür adı ilə də tanınır (rus.Иван Грозный убивает своего сына) - rus rəssamı İlya Repinin 1883-1885-ci illərdə çəkdiyi rəsm əsəridir.[1]. Əsərdə İvan Qroznının həyatından ən əfsanəvi epizodu təsvir edilib; qəzəb tutmasında olan çar öz oğluna, yəni şahzadə İvana öldürücü zərbə vurur (bu hadisənin tarixi əsası indiyə kimi tam olaraq qəbul edilməyib). Qroznının üz cizgilərində olan peşmançılıq iztirabı və göz yaşları içərisində dərddən ağlını itirmiş atasını bağışlayan mülayim şahzadə rəsm əsərində çox aydın və ekspressiv formada göstərilir[1]. Əsər, MoskvanınDövlət Tretyakov qalereyasının toplusunda saxlanılır.
3 iyul1583 və yaxud 16 noyabr1581-ci ildə (bəzi tarixçilər güman edirlər ki, hadisə 1581-ci ilin noyabrında baş verib, digər tədqiqatçılar 1582-ci ilin noyabr ayına istinad edirlər) Çar palatalarında bu vaxta qədər Avropanın heç bir hakimsülaləsi arasında görünməyən XVI əsrin ən müəmmalı qətl hadisəsi baş verir[2]. İvan Qroznı emosiyalarını cilovlaya bilməyərək, var gücü ilə öz əsasını oğlu çareviç İvanın gicgahına vurur. Zərbə güclü və dəqiq idi - yazıq şahzadə yerindəcə dünyasını dəyişir. Deyilənlərə görə, İvan Qroznı baş verənlər barədə çox həyəcan keçirirdi, axı bu onun böyük və ən sevimli oğlu idi. İkinci oğlu ölkəni idarə etmək üçün elə əvvəlcədən hazır deyildi[3]. Yeri gəlmişkən, ötən bu andan yəni 450 ildən artıq bir müddət ərzində, hadisə barədə bir neçə maraqlı versiya yaranmışdı.
Birinci versiya. Siyasətlə bağlı. Şahzadə Livoniya müharibəsi zamanı aparılan hərbi əməliyyatlar ilə bağlı öz narazılığını bildirdiyinə görə əl çubuğu ilə gicgahına zərbə almışdı[4]. Livoniya ordeni ilə müharibə 1561-ci ildə başlanmış və 1583-cü ildə başa çatmışdı. İki dövlət arasında yaranmış bu sülh, sonra məlum olduğu kimi, Rusiyanın ərazi itkiləri ilə nəticələndi (İvanqorod, Yam və Koporye şəhərləri İsveç krallığının ərazisinə keçmişdi)[5]. Ola bilər ki, şahzadənin konkret olaraq bu savaş və ərazi itkisi barədə dediyi hansısa bir söz, onun qüdrətli atasını lap azğınlaşdırdı. Bu ehtimalı istisna etmək olmaz. Məsələ ondadır ki, may ayında tarixə Plüss müqaviləsi kimi daxil olmuş danışıqların birinci mərhələsi keçirilmişdi[6]. Bunun nəticəsində, iki ay müddətinə (iyun-iyul) barışıq imzalanmışdı. Avqust ayında danışıqların ikinci mərhələsinin keçirilməsi nəzərdə tutulurdu, buna qədər isə Rusiya düşmənçilik edən tərəfə hansı ərazilərin verilməsi barədə dəqiq seçim etməli idi (həmin dövrdə İsveç öz şərtlərini hər kəsə diktə edirdi)[2]. Çox güman ki, bunları bilən şahzadədə rus xalqı və vətəni üçün qürur hissi və düşman skandivlara bir qarış torpağı verməmək istəyi yaranmışdı. Üstəlik, bir il əvvəl Rusiya qonşu Polşa krallığı ilə rüsvayçı sülh müqaviləsini imzalayaraq, öz tərəfindən Livoniya ərazilərinə olan bütün hüquqlardan imtina etmişdi. Gələcək varisin bu cür inadcıllığı İvan Qroznını özündən çıxarır. Oğul İvan, atasına olan sədaqətini israrla təkrar edir, lakin müharibə ilə əlaqədar olaraq, Pskov şəhərinin azad edilməsinin ən əsas məqsəd olduğunu bildirir. Oğlunun bu mövqeyinə acıqlanan ata İvan, əsası ilə oğlunun başına vurur. Hadisəyə şahid olan baş nazir Boris Qodunov, araya girməyə çalışmış və özü də çardan bir zərbə almışdı[7]. Bütün bunlar tarixçilər tərəfindən fərziyyə kimi qəbul olunur və bu versiyanın həqiqətən də baş verməsi yalnız şahzadənin 1583-cü ilə qədər sağ-salamat yaşaması təqdirində mümkün ola bilərdi.
İkinci versiya. Məişətlə bağlı. Necə deyərlər, ot kökü üstə bitər. Çar İoann Vasilyeviç yalnız rəsmi nikahla azı yeddi dəfə evli idi. Gənc şahzadə də atasından geri qalmamağa çalışırdı[8]. Onun birinci həyat yoldaşı Daburovun qızı Yevdokiya Boqdanova idi ki, uğursuz nigahdan sonra saçları kəsilərək monastıra yerləşdirilmişdi, ikinci həyat yoldaşı isə, Solovovun qızı Feodosiya idi ki, onun da taleyi oxşar olmuşdu. 1583-cü ildə isə o, Şeremetyevlərin kiçik qızı Yelena ilə evlənir. Deyilənlərə görə, bir gün səhər çar şahzadə İvanın arvadı ilə sarayda qarşılaşır və onun xarici görünüşünü görüb çox gəzəblənir. Hamilə Yelenanın beli kəmərlə bağlanmamışdı, ərli qadının yaxasıaçıq gəzməsi çar sarayında yaraşılmaz bir hərəkət idi[9]. Bu biabırçılığı görən İvan Qroznı, gəlinə bir neçə möhkəm şillə vurdu. Zərbədən Yelena yerə yıxılır və artıq növbəti gecə o öz uşağını itirir. Oğul, çox güman ki, həyat yoldaşını müdafiə edən zaman gicgaha zərbə alır. İtaliyalı tarixçi Antonio Possevino özünün "Rusiya haqqında tarixi əsərlər" kitabında bu hadisə barədə bunları yazmışdı:
İvanın üçüncü arvadı Yelena alt paltarında bir gün skamyada uzanaraq istirahət edirdi, çünki hamilə idi və düşünmürdü ki, kimsə onun otağına daxil olacaq. Gözlənilmədən onun otağına Moskvanın Böyük knyazı baş çəkir. Qadın ona tərəf dərhal ayağa qalxdı, amma onu sakitləşdirmək artıq mümkün deyil idi. Knyaz onun sifətinə bir şillə vurdu, sonra isə özü ilə həmişə gəzdirdiyi çubuqla onun bədəninə elə zərbələr yetirdi ki, qız sabahısı öz uşağını itirdi. Bu zaman knyazın oğlu İvan içəri girdi və xanımını döyməməyi atasından xahiş etdi. O dedi: "Sən mənim ilk arvadını heç bir səbəb olmadan monastıra saldın, eyni şeyi ikinci arvadıma da etdin. İndi isə sən mənim üçüncü arvadımı döyərək, onun bətnindəki uşağı məhv etdin". Ancaq bu sözlər atanı daha da gəzəbləndirdi...[10]
Üçüncü versiya. Sevgi ilə bağlı. İvan Qroznı qadın cinsinə çox həvəsli idi və hər bir gözəl qadını görən zaman, onda şəhvət hissləri oyanırdı[2]. Bir dəfə o, palataların birində Yelena ilə qarşılaşır. Öz hisslərinə hakim ola bilməyən çar, qızı həm onunla, həm də oğlu ilə birgə yaşamaya və cinsi əlaqədə olmağa məcbur etmək istəyir[11]. Çarın daha sonralar snoxaç olması dəqiqi məlum deyil ("Snoxaç" - Rusiyada qadını öz oğlu ilə bölüşən qayınatalara verilən addır). Gənc şahzadə qız ərinə şikayət edir və o atası ilə sərt çəkişmələri etməyə qərara alır. Bunun nəticəsi isə artıq məlumdur - şahzadə İvan ölür, onun həyat yoldaşı isə, bir müddət sonra ömürlük monastıra göndərilir[2].
Dördüncü versiya. Təkziblə bağlı. Çar İvan və oğlu İvandan sonrakı illərdə yaşamış bəzi tarixçilər tərəfindən ehtimal olunmuşdu ki, oğlun ata tərəfindən öldürülməsi gözəl bir rəvayətdən və yaxud düzinformasiyadan başqa bir şey deyil. Hətta öz sözlərinin təsdiqi kimi bu əfsanənin yazarının adını da qeyd edirlər - deyilənə görə, bu bir yezuitrahibi idi. O, Stefan Batoriyə rus çarının nə qədər qəddar və öz oğluna belə necə amansız bir şəxs olduğunu vurğulamaq üçün bu əhvalatı uydurmuşdu. Yeri gəlmişkən, məhz bu rahib guya Rusiya əhalisinin katolik dinini qəbul etməsi və hakimiyyətin bütünlüklə Roma Papasının nəzarəti altında keçməsi üçün çar ilə danışıqlar aparmışdı. İvan Qroznı bu təklifi rədd edir və buna cavab olaraq tərs rahibi Polşa hakimi qarşısında bədnam edir.
İvan İvanoviçin məzarlığı açılan zaman tapılmış kəllə sümüyü parçalanma üzündən çox pis vəziyyətdə idi. Bu səbəbdən də, İvan Qroznının və Fyodor İoannoviçin heykəltəraşlıq portretlərini yaradan antropoloq Mixail Gerasimov şahzadə İvanın kəlləsini rekonstruksiya edə bilməmişdir[12][13][14][15].
Əsərin yaradılması üçün zəmin
Eyniadlı rəsm əsərinin DTQ-da saxlanılan eskizi (1885)
İvan Qroznının əlləri (etüd). Karandaş və akvarel texnikası ilə yaradılmış bu qrafik şəkil hal-hazırda Helsinki şəhərinin "Ateneum" muzeyində saxlanılır.
Qəhrəman problemi rus tarixi rəngkarlığında həmişə ən mühüm olub. Bununla belə, "qəhrəman" sözü ikili əhəmiyyət daşıyır: bir tərəfdən Qəhrəman - mənəvi dəyərləri özündə təcəssüm etdirən müsbət obrazdır, başqa tərəfdən isə, Qəhrəman - hansısa bir əsərin başlıca fəaliyyət göstərən şəxsidir. İvan Qroznının şəxsiyyəti rəssamları xüsusilə cəlb edirdi. Kimlər çar İvanın portretlərini bu günə qədər çəkməyib, kimlər onun keşməkeşli həyatının koloritli təfərrüatları araşdırmayıb! Hələ XIX əsrin 60-cı illərinin ortalarından başlayaraq, səyyarlar və akademik salonların iştirakçıları daim bu mövzu ilə rastlaşırdılar. Tanınmış sənətşünas N.M. Moleva hesab edir ki, А.К. Tolstoyun yazdığı dramatik trilogiyanın birinci hissəsi, rəssamlar arasında böyük ruh yüksəkliyinə səbəb olmuşdu[16]. O qeyd edir ki, "onda ölən insanın əfsanəvi şəxsiyyəti bütün ehtirası və zəiflikləri ilə görmək cəhdi var. Ata, ər, qadın gözəlliyi və gəncliyinin daimi axtarışçısı, hətta dövlət işləri qarşısında belə daxili sakitlik tapa bilməyən bir insan məhz həmin anda aşkarlanır."
Özünün avtobioqrafik "Uzaq - yaxın" povestində (rus.Далекое - близкое)[17] İlya Repin xatırlayır ki, şəkil barədə mülahizə və düşüncələr onda 1881-ci ilin mart hadisələri ilə əlaqədar yaranmışdı (burada xalqiradəçisi İ.İ. Qrinevetski tərəfindən partladılan bomba və onun qəlpələrindən qətlə yetirilən çar II Aleksandr nəzərdə tutulur)[18][19]. Günlərin birində, Nikolay Rimski-Korsakovun konsertindən qayıdarkən rəssamın ağlına "İvan Qroznı və oğlu İvan" əsərini yazmaq gəlir. Rəssam daha sonralar bunu bu cür izah etmişdi: "Onun musiqi trilogiyası və oradakı məhəbbət, hakimiyyət və qisas məndə elə böyük təəssürat hissi oyatmışdır ki, həmin musiqi gücünə bərabər bir rəsm əsərini təsvir etmək istəyi məndə durmadan çoxalırdı". Saray palatası "XVII əsr boyarının evi" muzeyinin otaqlarından biri əsasında hazırlanmışdır, çarın kreslosu, güzgü və çareviçin kaftanı Silah palatasında naturadan işlənmiş, sandığı isə rəssam Rumyantsev uzeyində tapmışdır. Xalça və çareviçin kaftanı rəssamın yaradıcılığı üçün nadir olan canlılıqla təsvir edilmişdir. İzləyici sanki xalçanın tüklülüyünü və ipəyin yumşaqlığını hiss edə bilir.
Mütəxəssislər artıq çoxdan müəyyən ediblər ki, şərq nağılının birinə əsaslanan N.A. Rimski-Korsakovun "Antar" simfonik süitası İ. Repini ən heyrətləndirən əsərlərdən biridir. Antar əsərinin bəstəkar tərəfindən "Qisas" adlandırılmış hissəsi rəssamın könlünü daha da silkələmişdi. Rəssamın xəyallarındakı əsərin konkret kompozisiyası dərhal yaranmayıbdır. Əvvəlcə kətan üzərində karandaşla çəkilmiş, bir qədər qeyri-müəyyən və qeyri-dəqiq ideyanı özündə birləşdirən sadə və ümumi eskiz mövcud idi (Görüləcək işlərin bütün miqyasını təsəvvür etmək və gələcək çalışmalar üçün, rəssam burada, ön planda İvan Qroznı və onun oğlunun eskizlərini yaratmışdı)[19][20]. Ancaq əvvəlcə burada səs küyə görə içəri daxil olmuş paytaxt boyarlarının və otağın küncündə gördüklərindən şoka düşmüş qadının eskizləri yaradılmışdır. İ.Repin özü bu işdən narazı idi və artıq sonrakı eskiz variantında boyarlar və qadın yox olur; axı onların tabloda olması o qədər də önəmli deyil. Əlbəttə, həqiqətdə zəhmli çarın qışqırıqları, qorxmuş saray əhlinin çaşqınlığı, əllərini tanrıya uzatmış ana və dayələr və "Yara dərindir. Ümid yoxdur, məgər ki, möcüzə olmazsa" deyən saray həkimi bütün bu hadisədə iştirak etmişdilər. Müasirlər gələcək hadisələri təxminən belə təsvir edirdilər, lakin bu elə məhz "sonrakı hadisələrdir". Və rəssama aydın oldu ki, tabloda yalnız çar və onun oğlunu təsvir etmək lazımdır.
Lakin onları necə təsvir etmək olar? Psixoloji cəhətdən İvan Qroznı və onun oğlu İvanın iştirak etdikləri həmin faciənin bütün dərinliyini necə daha doğru çatdırmaq olar?. Sırf insani faciəni və hakimiyyətdən sui-istifadə faciəsini necə aşkar etmək olar? Böyük əsərlər kiçik səylər bahasına yaradılmır. Böyük tablonu çəkmək fikrinə düşən rəssam, tarixi mühiti tədqiq etməyə başlayır[21].
Şahzadənin kaftanı və döşəmədəki xalça müstəsna gözəl ustalıqla çəkilib. Tamaşaçı sanki hiss olunan dərəcədə xalçanın xovluluğunu, əyindəki xalatın isə ipək kimi yumşaqlığını hiss edir. Öz məhvedilməz tələbkarlığı ilə, Repin artıq hazır olan və bir qədər əvvəl özünün belə xoşuna gəldiyi şəkil parçalarını beş-on dəfə amansızcasına məhv edir, ya da yenidən düzəldirdi. O, sonralar etdiyi əziyyəti xatırlayaraq bunları demişdi:
Tabloda şəkli bir nəfəsə çəkirdim. Əziyyət çəkir və həyəcan keçirirdim, artıq çəkdiyimi təkrar-təkrar düzəldirdim. Xəstə peşimançılıq hissi ilə çəkdiklərimi gizlədir, daha sonra isə şüurumun daxilindən yeni fantaziyanı çıxararaq kətanın üzərinə yenidən hücum edirdim.
Üç il belə davam etdi. Bədii obrazların həlli yolunda ilk addımları Repin öz yeganə müəllimi Pavel Çistyakovun köməyi ilə etdi. Repin tez-tez professorun Tsarskoye Selodakı bağ evinə gedirdi və onun növbəti ziyarəti zamanı, Pavel Petroviç çarın prototipini tabloda təsvir etmək üçün yaxınlıqda yaşayan qocanı ona göstərdi. Daha sonralar rəssamın təsadüfən Liqov bazarında qarşılaşdığı qara fəhlənin üz cizgiləri əvvəlki çar obrazının səthinə yerləşdirilmişdi (etüd birbaşa açıq səma altında yazılmışdır). Artıq kətan üzərində aparılan iş zamanı, çarın başını çəkmək üçün rəssam Repinə rəssam Qriqori Myasoyedov və bəstəkar P.İ. Blaramberq poza vermişdilər. Şahzadə İvan roluna Repin yazıçı Vsevolod Qarşini dəvət etmişdi[7][22]. Onda məhv olmağa məhkum insan sifəti var idi. Mənim şahzadəm üçün bu insan əsl tapıntı idi. Rəssamın bu əsərlə mübarizəsi, ağır xəstəliyə düçar olmuş insanın ölüm-dirim mübarizəsinə bənzəyirdi. Sonralar İ.Y Repin bu barədə bunları demişdi:
Bəzən bir neçə dəqiqə bu şəkil məndə dəhşət doğururdu. Mən üzümü bu şəkildən çevirir və ya bir müddət onu heç kəsin tapa bilməyəcəyi yerlərə gizlədirdim. Dostlarım üçün də o, eyni təsir bağışlayırdı. Amma hansısa bir güc məni onun yanına getməyə və onunla yenidən çalışmağa məcbur edirdi[23].
.
Əsərin müzmununu İlya Repin Aleksandrov qəsəbəsindəki Çar sarayının alaqaranlıq palatalarına köçürür; məhz burada ata və oğlun qaçılmaz toqquşması baş vermişdi. Burada o, Qroznının yenicə törədilmiş cinayətin ilk dərketmə anını təsvir etmişdi. Rəssamı tarixi fakt yox, cinayətin psixoloji məqamı və motivasiyası maraqlandırırdı[24]. Əbəs yerə İqor Qrabar qeyd etməmişdir ki, "Repinin bu cür uğur qazanmasının başlıca səbəbi, onun tarixi gerçəkliyin deyil, günahsız tökülmüş qanların bahasına yaranmış dəhşətli müasir gerçəkliyin kətanda təsvir olunması və insanlara nümayiş etdirməsidir".[24]
Əsərin yaradılması
...Bir an bundan əvvəl çarın əyləşdiyi kreslo kənara atılıb. Sonra isə o İvan Qroznı şiddətli qəzəb içərisində gələcək varisin başına qandallanmış dəmir əsanı vurdu...
İlya Repinin Qroznısı həqiqətən də qorxuludur. Bir ayağı artıq qəbirdə olan bu qaniçən, zalım qatilin əlləri qana bulanıbdır. O, nəinki öz oğlunun qanını, həm də Pskov, Novqorod, Tver və Polotsk sakinlərinin, ağlagəlməz ölümə məhkumların və bütün tanış "xainlərin" qanlarını axıtmışdı. Öz hüdudsuz mütləqiyyətində, o, özünü bütün əxlaqi qanunlardan çoxdan azad edibdir, o, heç kimin qarşısında cavabdeh deyil, insan həyatı isə, onun üçün heç bir önəm daşımır. Amma bu dəfə çar Qroznı özünün bütün işlərinin davamçısı olan oğlunu qətlə yetirir, onu əhatə edən qarşısıalınmaz qəzəb tutmasından sonra yaranan ata sevgisi, qorxu, kədər, peşmançılıq, hisslərinin tufanı - IV İvanın bütün bu mürəkkəb hissləri Repin tərəfindən ifrat ekspressiya ilə verilibdir[25].
Adətən qara rahib geyimini geyinən İvan Qroznı döşəmədə yıxılmış oğlunu bərk-bərk bağrına basaraq, qalın şırnaqla axan qanı əbəs yerə dayandırmağa cəhd göstərirdi, nahaq yerə öldürülənin həyatı isə axirətlik dünyasına aparılırdı. Çar İvanın sifəti solğundur, az qala hədəqəsindən çıxan geniş açılmış gözlər isə dəli baxışı təəssüratı yaradır.
Bütün ifrat gərginliklə dolu zəhmli atadan fərqli olaraq, şahzadə İvan burada gücsüz keçinmə prosesində təsvir olunmuşdu: onun sönmüş gözləri artıq ətrafda baş verənləri görmür, bədəni yumşalıb və ağırlaşıbdır. Yalnız sol əli son cəhddə xalçaya söykənir, artıq ağappaq-solğun yanağından isə acı göz yaşları axır. Şahzadənin şalvarlarının altından görünən açıq-çəhrayı kaftan və yaşıl güllü tumacdan tikilmiş çəkmələr atasının qara geyimləri ilə kəskin ziddiyyət yaradır. Repinin bu rəsm əsərindəki rəng quruluşunda intensiv qırmızı rəng üstünlük təşkil edir. O, heç bir qatışıq olmadan təmiz al-qırmızı rəngdən istifadə edirdi, buna görə də rəssamın istifadə etdiyi bu qırmızı rəng özünün fövqəladə çalar müxtəlifliyi ilə fərqlənir. Şahzadənin gicgahındakı yaradan axan al qan, onun geyim qatlarında qırmızı qana bənzəyən kölgələr, qırmızı xalçada yaranmış tünd-qırmızı qan gölməçəsi - bütün bunlar tabloda göstərilən faciə ilə harmoniyada olan gərginlik koloriti yaradır. Palatadakı göyümtül alaqaranlıq və kiçik pəncərədən daxil olan soyuq dağınıq işıq, göstərilən dramatik səhnənin gərginliyini daha da gücləndirir[26].
Fevralın 10-daknyaz YusupovlarınPeterburqunNeva prospektində yerləşən evində möhtəşəm bir sərgi açılmışdı və burada da ilk dəfə olaraq "İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə" şəkli ictimaiyyətə təqdim olunmuşdu[19]. Onun uğuru sadəcə olaraq sarsıdıcı idi. Mütərəqqi tənqidçilər tablonu tərifləyərkən, köhnəfikirli mühafizəkarlər onu tənqid etmişdirlər. Sərgidə tablonu görən bir tənqidçi, burada təsvir olunan hədsiz dəhşətin tamaşaçılara estetik zövqdən qane olmalarına mane olduğunu bildirmişdir. Digər bir tənqidçi, əsərin psixoloji cəhətini təqdir edərək, tablonun ən yüksək səviyyədə ifadə gücünə çatmış olduğunu bildirmişdir. Qəzet yazarları əsərin bir karikaturaya çevriləcəyini yazırdılar[27]. Tablodakı həddindən artıq "iyrəncilik" bir yana, göstərilən çoxlu qan səhnələri də digər bir tənqid mövzusu olmuşdur[28]. İmperiya Elmlər Akademiyasından olan anatomiya professoru belə bir yaradan o qədər çox qan çıxmayacağına dair bir nitq söyləmişdir[24]. Tablonun müdafiəçilərindən olan tənqidçi Vladimir Stasov və yayımcı Aleksey Suvorin bildirilən bu tənqidləri lağ etmiş və rəsm əsərindəki əsas mövzunun çarın emosional zorakılıq aktından sonra duyduğu peşmançılıq və özünü günahlandırma hissi olduğunu bildirmişdilər[24]. Tənqidçilərdən birisi, tabloda təsvir olunmuş cinayət aktı ilə yanaşı, eyni zamanda xristiyan üslubunda olan bir sevgisinin və ata ilə oğul arasında çözülməsi mümkün olmayan münaqişənin də göstərildiyini bildirmişdir[29].
İvan Qroznının kanonizasiya olunmasına uzun illər çalışmış Rus Pravoslav KilsəsiMüqəddəs Sinodunun başçısı Konstantin Pobedonostsev, bu tablonu görən zaman çox əsəbləşmişdi və imperator əlahəzrətlərinə bu barədə öz narazılığını bildirmişdi. İmperator III Aleksandr üzərində olan nüfuzundan istifadə edərək, şəklin sərgilərdə nümayişinin qadağan olunmasını təmin etmişdir[24]. Pobedonostsev, "bu günlərin sənəti heyrətamizdir: ən kiçik bir ideya və tematikadan yalqız və çılpaq realizm, tənqid və ifşa meylli əsərlər yaranır" demişdir[21].
Bu tablo qadağan edilməsi ilə, Rus İmperiyasındasenzuraya məruz qalan ilk rəsm əsəri oldu[20]. Qatil çarın portretləşdirilməsi Rus monarxiya sisteminə qarşı bir hücum kimi şərh olundu. Sənət kolleksiyaçısı Pavel Tretyakov sərgidən dərhal sonra tablonu satın almışdı, lakin 1 aprel1885-ci ildə onun özünə "tablonun digər şəxslərə verilməsi və ya hər hansısa bir formada xalqa nümayiş olunmasının qadağan edildiyi" bildirilmişdi[19]. Sarayda çalışan sənətkar Aleksey Boqolyubovun xahişi ilə, bu qadağa, üç ay sonra, yəni 11 iyun1885-ci ildə aradan qaldırıldı[19][20]. Sonrakı illərdə tabloya olan qarşıdurma və neqativ ifadələr azalaraq tədricən bitmişdir. İlya Repin Rus incəsənətinin dahisi, bu tablo da onun ən mühüm əsərlərindən biri sayılmışdır[24].
Təsvir
Rəssam Repinin bundan daha məşhur əsərini tapmaq yəqin ki, çox çətin olar[30]. Onun tamaşaçıya bağışladığı təəssürat son dərəcə sarsıdıcıdır. Vəziyyət özü müdhiş və eyni zamanda da dəhşətlidir. Çar İvan Qroznı oğlu İvanı qətlə yetirir və bununla da IX əsrdən bəri Rus torpaqlarına başçılıq etmiş Rürikov sülaləsinə son qoyur. Birdən ayılma və dəhşətli hərəkətin dərk etmə anı tamaşaçı qarşısında bütün tragizm formasında durur. Çar təşviş içindədir, qarşımızda mütləqiyyətə əsaslanan hökmdar yox, dəhşət və dərddən ağlını itirmiş qoca durur. Artıq ölməkdə olan oğlunun bədəninə bərk-bərk yapışan çar, onun gicgahındakı yaranı bağlamağa və sürətlə axan al qanı dayandırmağa çalışır. O, çarəsiz şəkildə düzəldilməsi mümkün olmayanı düzəltməyə çalışır[30].
Rəsm əsərində hər iki fiqur - ölü oğul və diri ata bir-birinə tutuşdurulur. Şəkil kompozisiya cəhətdən elə işlənilib ki, əvvəlcə seyircinin diqqəti hələ bir an öncə tam qüvvə, enerji, həyatla dolu cansız bədənə yönəlir. Sonra tamaşaçı qatil-atanın dəli gözlərini görür. Zəhmli çarın arıq əlləri və sifətin meyit sarılığı, onun artıq çoxdan ölmüş mənəvi mahiyyətindən danışır[27][31]. Onlar sanki öz yerlərini dəyişblər: ölü İvan-oğul və hələ canlı İvan-ata. Dəhşət saçan və kədər doğuran atmosferi çar otağındakı tərtibat tamamlayır: qırmızı xalçalar, yıxılmış kreslo, ölüm aləti (çarın əl aləti) və qırmızı divarlar. Təəssürat yaranır ki, qan hər yerdədir. Qapı arasında cinayət şahidinin kölgəsi nəzərə çarpır. Daha bir an və cinayətin bütün izlərini ört-basdır etmək üçün otağa çarın ən yaxın adamları daxil olacaqdır.
Maraqlı bir detal divardakı çərçivədir. Rəssam tamaşaçıya bu çərçivənin təyinatını müstəqil şəkildə düşünməyi təqdim edir. Qaranlıq fonda onu görmək mümkün deyil. Şəkil, güzgü, ikona - bu sirrdir və onu müəyyənləşdirmək mümkün deyil. Çox güman ki, bu baş verənləri əks etdirməyən güzgüdür. Çünki məhz güzgüdə şeytan əks olunmur - buna slavyanlar hələ qədim zamanlardan inanırdılar[32].
Tabloya vandalizm
Rəsm əsərinə 30 (16) yanvar 1913-cü ildə edilən vandalizm aktı hər kəs üçün gözlənilməz bir addım idi; deyilənlərə görə, Tretyakov qalereyasının mühafizi Georgi Xruslov tabloya edilən hücum barədə xəbər tutan kimi, dərddən özünü qatarın altına atmışdı[33][34]. Sənətkarlar tərəfindən bu, daimi diskussiyaların mövzusuna çevrilmişdi. Həmçinin, o dövrün bütün qəzet icmalları hadisə gedişatını ətraflı şəkildə təsvir etmişdirlər:
İvan Qroznı və oğlunun zolaq-zolaq kəsilmiş üzləri Rəsm əsərinə hücum edən şəxs (A.A. Balaşov)
Bu gün Tretyakov qardaşlarının adına şəhərin məşhur rəsm qalereyasında dəli-manyak tərəfindən törədilmiş vəhşi vandalizm aktı baş verib. Səhər saat 10:12-də dəfələrlə qalereyaya baş çəkən bir ziyarətçi, Repinin məşhur "İoann Qroznı öz oğlunu öldürür" ya da ki, kataloqa istinadən - "İoann Qroznı və oğlu İvan" rəsm əsərini kəsmişdir. Həmin dəli oraqvari bağ aləti ilə (bıçaqla) tablonun üzərində hər biri 8-8.5 misli bərabərində olan üç uzununa kəsim etmişdir. İoann Qroznı və oğlu İvanın üzləri tabloda bir-birinə çox yaxın yerləşdiyindən, edilən kəsim hər iki fiquru ciddi zədələmişdir. Bütün bunlar beş saniyədən də az bir müddətdə baş vermişdir və aydındır ki, əvvəlcədən baş verəbiləcək bu hadisəni xəbərdarlıq etmək mümkünsüz idi, yaxınlıqda gözətçilik edən növbətçinin dəlinin əlindən soyuq silahı almasına baxmayaraq, onun vandalizm hərəkəti artıq həyata keçirilmişdir. Bu vəhşi hərəkətin təfərrüatı barədə qalereya qulluqçularının ifadələri kifayət qədər ziddiyyətlidir, yəqin ona görə ki, hər şey çox tez bir zamanda baş verdi. Bu mənasız cinayəti törədən divanə, qalereyanın administrasiyası və qulluqçuları tərəfindən yaxşı tanınan, 28 yaşlı ikonayazar Abram Abramoviç Balaşovdur. O, Tretyakov qalereyasını tez-tez ziyarət edir və həmişə sərgilənən rəsm əsərlərinə baxırdı, amma heç kim güman etməzdi ki, o adam dəlidir, çünki başqalarının yanında özünü həmişə sadə və çox nəzakətli şəkildə aparırdı. Bir neçə zalı keçdikdən sonra, o, Boyarınya Morozova əsərinin qarşısında duraraq, ona nəsə pıçıldayırdı, Repinin "İoann Qroznı" şəklinin yerləşdiyi zala daxil olanda isə, o, birdən şiddətli çığırtı ilə onun yanına qaçdı, rəsm əsərini hasarlayan səddi və qaytanı aşaraq "Qanın axıdılmasına son!" sözləri ilə şəkli iti bıçaqla üç dəfə kəsdi. Muzey işçiləri dəlini dərhal saxlayaraq, polisin gəlişinə qədər qalereyanın kontorasına apardılar. İdarədə (yəni kontorada) o, son dərəcə məyus vəziyyətdə oturaraq, "İlahi, mən nə etdim" ifadəsini təkrarlayır və əlləri ilə üzünü örtürdü. Novoye vremya qəzeti (17 yanvar 1913-cü il)[35][36]
.
Təcili qalereyaya gələn qəyyum İ.S.Ostrouxov, əsərə baxdıqdan sonra yırtıqların uzununa olmasına görə əsərin restavrasiyasının mümkünlüyünə əmin oldu, bundan sonra təcili məşhur rəssam İlya Repinə teleqraf göndərərək dəyərli rəsm əsərinin restavrasiyasına kömək etməyi xahiş etdi[24]. İ.S. Ostrouxov həmçinin Peterburqdan məşhur bərpaçı Boqoslavskini dəvət etmişdim.
Saxlanılan Balaşov polis-axtarış sisteminin rəis köməkçisi Andreyev tərəfindən dindirilmişdi; onun verdiyi cavabların bir hissəsi sağlam düşüncəli və idraklı, bir hissəsi isə tamamilə mənasız və məntiqsiz idi, buna görə də, onu dindirən mütəxəssislər ümumi nəticəyə gəlirlər ki, o, hər halda anormal bir insandır. Onun əqli qabiliyyətinin tədqiqi məqsədi ilə, polis işçiləri Balaşovu dərhal Ruhi Xəstələr üçün Dispanserə yerləşdirirlər. Qeyd etmək lazımdır ki, Balaşovun bacısı İyevleva da eyni sindromla Alekseyev Şəhər Psixiatrik Xəstəxanasında saxlanılırdı. Dindirmə zamanı Balaşovun bildirdiyinə görə, o, həmin əsəri çoxdan kəsmək fikrində idi. Balaşovun görkəmi çox müəmmalı idi: onu dindirən şəxslərin gözlərinə baxmır, onlarla yavaş-yavaş, sanki söz axtarırmış kimi danışırdı.
Yanvarın 17-də İlya Repin Kuokkaladan təcili şəkildə Moskvaya dönür və dərhal Tretyakov qalereyasını ziyarət edərək, İvan Qroznı və şahzadə İvanın zədələnmiş başlarını bərpa etməyə başlayır. Tretyakov qalereyasının müdiri təyin olunmuş İqor Qrabarın sözlərinə görə, Repin qalereyaya baş çəkən zaman, ona bu barədə əvvəlcədən xəbər verilməmişdi, buna görə də Moskvanın bir kənarından geriyə, yəni şəhərin mərkəzinə o, yalnız günün sonunda qayıda bilmişdi[33]. Amma rəsm əsərinin yaranmasından artıq demək olar ki, üç onillik keçmişdir; bu müddət ərzində Repinin həm bədii üslubiyyatı, həm də rəng traktovkası ciddi dəyişikliyə uğramışdır. Rəssam heç nəyi bərpa etmir və o dövr üçün ona olan tərzdə çarın və şahzadənin başlarının yenidən çəkir. Repinin bu rəsm parçası, bir yamaq kimi köhnə əsərin üzərinə yerləşmişdir. Bir neçə saatdan sonra emalatxanaya daxil olan İqor Qrabar kətan üzərindəki hələ təzə rəngləri və dəyişiklikləri görür və əsəbləşir. Onun (yəni Repinin) qərarı öz cəsarəti ilə sadəcə olaraq kobud və ədəbsiz idi. Və Qrabar rəssamın qoyduğu rəngləri qupquru silir (Repin o vaxt Moskvanı artıq tərk etmişdi) və akvarellə əvvəlcə itirilmiş yerləri yenidən doldurur, daha sonra isə lak boyaları ilə tamamlayır.
Bir neçə aydan sonra rəssam Tretyakov qalereyasına geri dönür; xeyli müddət özünü yaratdığı rəsm əsəri qarşısında durur lakin heç bir dəyişiklikləri görmür[33].
Faktlar
2013-cü ilin oktyabr ayında bir qrup tarixçi, çar İvanın qədim apologetunun müdafiəçiləri olan pravoslav fəal və Böyük Boyko tərəfindən İvanın kanonizasiyasının tərəfdarları, Rusiya Federasiyasının Mədəniyyət naziri Vladimir Medinskiyə "rəsm əsərinin Tretyakov qalereyasından yığışdırılması" barədə müraciət etmişdilər və bunu "rəsm əsərinin rus xalqının vətənpərvərlik hisslərini təhqir etməsi" ilə əsaslandırmışdılar[37]. Tretyakov qalereyasının direktoru İrina Lebedeva rəsm əsərinin daimi ekspozisiyadan götürülməyəcəyini bildirmişdir[38]. Bundan sonra "Mitki" art-qrupu, toplanmış ərizələrə istehza ilə bildirmişdilər ki, onlar "Zəhmli İvana yeni oğlun bağışlanması adı ilə məşhurlaşacaq yeni rəsm əsəri üzərində çalışır və bütün işlər tamamlandıqdan sonra, onlar lazım gəlsə Repinin çəkdiyi şəkli bu tablo ilə əvəz edəcəklər"[39].
25 may2018-ci ildə Voronejdən olan turist dəmir əşya ilə əsərə zərbələr endirərək onun ciddi zədələr almasına səbəb olmuşdur.[40]
↑Mgr. Petra Dofková. "Ukrutný car Ivan"(çex). 9. 4. 2012. 2014-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
↑Женская одежда того времени обычно состояла из двух сорочек: нижней (рубашка) и верхней (платье), и телогреи. Верхняя сорочка (платье) была одеждой чисто домашней, показаться в ней перед посторонними людьми, особенно перед мужчинами, считалось очень неприличным. См.: Забелин И. Домашний быт русских цариц. М., 1901, с. 515—516.
↑ŠVANKMAJER, Milan. a kol. Dějiny Ruska. Praha : Nakladatelství Lidové noviny. ISBNISBN 80-7106-183-2.
↑Евгений Сусманович. "Илья Репин «Иван Грозный и сын его Иван 16 ноября 1581 года»". Художник Илья Ефимович Репин во время написания картины «Иван Грозный убивает своего сына» (так картину называл и сам Репин) принадлежал к группе художников-передвижников, своеобразной оппозиции тогдашней официальной живописи. Капля света - блог о философии красоты. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
↑ 12Bazylow, L. Historia nowożytnej kultury rosyjskiej (polyak). Państwowy Instytut Wydawczniczy. 1986. ISBN83-01-05684-3.
↑Platt, K. Marcus C. Levitt, Tatyana Novikova (redaktor). On Blood, Scandal, Renunciation, and Russian History. Times of Trouble: Violence in Russian Literature and Culture (ingilis). Univ of Wisconsin Press. 2007.
Karpenko, Maria / Jelena Kirillina / Galina Pribulskaja: Ilja Repin. Malerei, Graphik, Leningrad: Aurora-Kunstverlag, 1984
Kridl Valkenier, Elisabeth: Ilya Repin and the World of Russian Art, New York: Columbia University Press, 1990
Van Os, Henk / Sjeng Scheijen: Ilja Repin. Het Geheim van Rusland. Ausstellung Groninger Museum, Groningen vom 15.12.2001 bis 07.04.2002, Zwolle, 2001
Jensen, Jens Christian: Malerei des 19. Jahrhunderts aus Russland und Polen. Kunsthalle zu Kiel der Christian-Albrechts-Universität. Verzeichnis der neuerworbenen 12 Gemälde russischer Maler und des Gemäldes eines polnischen Künstlers zur Wiedereröffnung der Kunsthalle Juni 1986., Kiel: Kunsthalle zu Kiel, 1986
Bhattacharya-Stettler, Therese (Hrsg.): Nox Mentis. Die Darstellung von Wahnsinn in der Kunst des 19. Jahrhunderts, Bern: Benteli Verlag, 1989
Jensen, Jens Christian (Hrsg.): Kunsthalle zu Kiel. Neuerwerbungen 1986-1990. Gemälde, Objekte, Zeichnungen, Druckgraphik, Video, Kiel, 1991
Schmidt, Hans-Werner (Hrsg.): Das Jubiläum. Schleswig-Holsteinischer Kunstverein 1843-1993. Eine Festschrift zum 150jährigen Jubiläum des Schleswig-Holsteinischen Kunstvereins, Kiel: Kunsthalle zu Kiel, 1993
Luckow, Dirk (Hrsg.): SEE history 2003. Eine Sammlung wird ausgestellt. Ausstellung Kunsthalle zu Kiel, 12.04.2003-04.2004., Kiel: Kunsthalle zu Kiel, 2004
У этого термина существуют и другие значения, см. Горхон. ПосёлокГорхон 51°33′31″ с. ш. 108°47′11″ в. д.HGЯO Страна Россия Субъект Федерации Бурятия Муниципальный район Заиграевский Сельское поселение «Горхонское» История и география Основан в 1899 году Часовой по...
The ReverendMargaret CourtAC MBECourt in 1964Kebangsaan AustraliaTempat tinggalPerth, Australia BaratLahir16 Juli 1942 (umur 81)Albury, New South WalesTinggi5 ft 9 in (175 cm)Memulai pro1960Pensiun1977Tipe pemainTangan kanan (one-handed backhand)Int. Tennis HoF1979 (member page)TunggalGelar192 (92 during the Open Era)Peringkat tertinggiNo. 1 (1962)Hasil terbaik di Grand Slam (tunggal)Australia TerbukaW (1960, 1961, 1962, 1963, 1964, 1965, 1966, 1969, 1970, 1971, 1973)...
American automobile club Sports Car Club of AmericaSportRoad racingRallyingAutocrossJurisdictionUnited StatesAbbreviationSCCAFounded1944; 79 years ago (1944)HeadquartersTopeka, KansasPresidentMichael Cobb[1]Official websitewww.scca.com The Sports Car Club of America (SCCA) is a non-profit[2] American automobile club and sanctioning body supporting road racing, rallying, and autocross in the United States. Formed in 1944, it runs many programs for both amateur...
Pemilihan Presiden Indonesia 19991998200420 Oktober 1999700 suara anggota Majelis Permusyawaratan Rakyat Republik IndonesiaDitetapkan berdasarkan perolehan suara terbanyak untuk menang Calon Abdurrahman Wahid Megawati Soekarnoputri Partai PKB PDI-P Suara elektoral 373 313 Persentase 53,28% 44,72% Suara Majelis Permusyawaratan Rakyat Abdurahman Wahid: 373 kursi Megawati Soekarnoputri : 313 kursi Menyerah: 5 kursi Abstain: 9 kursi...
Mission to Escape Mission to EscapeMission to Escape Slogan The biggest and the most original Atividade Entretenimento, Escapologia Fundação 2015 (2015) Sede Lisboa, Benfica, Porto Portugal Área(s) servida(s) Europa Mission to Escape é uma empresa de jogos de escape localizada em Portugal. Historia e Expansão A empresa foi inaugurada em 2015, na Rua do Sol ao Rato, em Lisboa. As duas primeiras salas de escape criadas pela empresa foram O Mistério do Vinho do Porto e O Mistério dos...
يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (ديسمبر 2018) لمعانٍ أخرى، طالع العريف (توضيح). قرية العريف - قرية - تقسيم إداري البلد اليمن المحافظ
Forges et fonderies A. DalifolM. Dalifol & Cie. Rechtsform Gründung 19. Jahrhundert Auflösung 20. Jahrhundert Sitz Paris, Frankreich Leitung A. Dalifol M. Dalifol Branche Metallbearbeitung, Produkte aus Schmiedeeisen, Eisengießerei, Kraftfahrzeuge Forges et fonderies A. Dalifol, später M. Dalifol & Cie. war ein französisches Unternehmen zur industriellen Metallbearbeitung und -gießerei. Sein Name wird mehrfach im Zusammenhang mit bedeutenden Erfindungen um frühe Motorfahrzeuge ...
Welsh politician Cledwyn Hughes redirects here. For the author, see Cledwyn Hughes (author). The Right HonourableThe Lord Cledwyn of PenrhosCH PCHughes in 1965Leader of the Opposition in the LordsShadow Leader of the House of LordsIn office4 November 1982 – 18 July 1992LeaderMichael Foot Neil KinnockPreceded byThe Lord PeartSucceeded byThe Lord RichardMinister of Agriculture, Fisheries and FoodIn office5 April 1968 – 19 June 1970MonarchElizabeth IIPrime MinisterHarold Wi...
Community radio station in San Miguel Xaltepec, Palmar de Bravo, Puebla XHPXA-FMSan Miguel Xaltepec, PueblaFrequency97.9 MHzBrandingRadio XalliOwnershipOwnerComunicadores Filo de Tierra Colorada, A.C.HistoryFirst air date19852010 (with permit)Call sign meaningPuebla XAltepecTechnical informationERP.25 kW[1]LinksWebsiteradioxalli979.com.mx XHPXA-FM is a community radio station on 97.9 FM in San Miguel Xaltepec, Puebla. XHPXA is owned by Comunicadores Filo de Tierra Colorada, A.C. and i...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Your Mother's Got a Penis – news · newspapers · books · scholar · JSTOR (May 2016) (Learn how and when to remove this template message) 2004 single by Goldie Lookin' ChainYour Mother's Got a PenisCensored coverSingle by Goldie Lookin' Chainfrom the album Greate...
Toto UtaraDesaNegara IndonesiaProvinsiGorontaloKabupatenBone BolangoKecamatanTilongkabilaKode Kemendagri75.03.06.2003 Luas-Jumlah penduduk-Kepadatan- Kantor Desa Toto Utara Toto Utara adalah salah satu desa di Kecamatan Tilongkabila, Kabupaten Bone Bolango, Gorontalo, Indonesia. Pranala luar (Indonesia) Keputusan Menteri Dalam Negeri Nomor 050-145 Tahun 2022 tentang Pemberian dan Pemutakhiran Kode, Data Wilayah Administrasi Pemerintahan, dan Pulau tahun 2021 (Indonesia) Peraturan Menteri...
Indian actress Sri DivyaSri Divya at Eetti film audio launchBorn (1993-04-01) 1 April 1993 (age 30)Hyderabad, Andhra Pradesh (now in Telangana), IndiaOccupationActressRelativesSri Ramya Sri Divya (born 1 April 1993) is an Indian actress who works primarily in Tamil and Telugu films. Early life Sri Divya was born in Hyderabad of present-day Telangana on 1 April 1993.[1] Divya has an elder sister, Sri Ramya who also acts in Telugu and Tamil films.[2][3] Sri Divya st...
Меліхова Тетяна Іванівна Народилася 7 квітня 1954(1954-04-07) (69 років)Луцьк, Українська РСР, СРСРКраїна СРСР УкраїнаДіяльність політична діячкаAlma mater Національний університет харчових технологійПартія Всеукраїнське об'єднання «Батьківщина»Нагороди Медіафайл...
Kedutaan Besar Republik Indonesia di LisabonEmbaixada da República da Indonésia em LisboaKoordinat38°41′59.659″N 9°13′27.931″W / 38.69990528°N 9.22442528°W / 38.69990528; -9.22442528Koordinat: 38°41′59.659″N 9°13′27.931″W / 38.69990528°N 9.22442528°W / 38.69990528; -9.22442528Lokasi Lisbon, PortugalAlamatAvenida Dom Vasco da Gama 40Belem, LisboaDuta BesarRudy AlfonsoYurisdiksi PortugalSitus webkemlu.go.id/lisbon/id...
New Zealand sprinter and long jumper Chantal BrunnerBrunner in 2020Personal informationBirth nameChantal Margarita BrunnerNationality New ZealandBorn (1970-11-05) 5 November 1970 (age 53)Wellington, New ZealandSportSportAthletics Medal record Women's athletics Representing New Zealand Oceania Championships 1990 Suva 200 m 1990 Suva Long jump Updated on 19 April 2013. Chantal Margarita Brunner OLY[1] (born 5 November 1970) is a New Zealand sprinter and long jumper....
Hế thống bầu cửĐây là một phần của loạt bài về Chính trị và Bầu cử. Hệ thống đầu phiếu một người thắng Đầu phiếu đa số tương đối Bầu cử hai vòng Exhaustive ballot Phương pháp ưu tiên Satisfy Condorcet criterion Phương pháp Condorcet Phương pháp Copeland Phương pháp Kemeny-Young Minimax Condorcet Phương pháp Nanson Ranked Pairs Phương pháp Schulze Các hệ thống khác Bucklin voting Phương pháp Coombs B...
Exhibit at the Franklin Institute in Philadelphia The Giant Heart exhibit Built in 1953, the Giant Heart exhibit, originally called the Engine of Life exhibit, is one of the most popular and notable exhibits at the Franklin Institute.[1] The exhibit is roughly two stories tall and 35-feet in diameter. A walk-through exhibit, visitors can explore the different areas of the heart.[2] History The original idea for the walk-through heart exhibit came from Dr. Mildred Pfeiffer, a p...
This article relies largely or entirely on a single source. Relevant discussion may be found on the talk page. Please help improve this article by introducing citations to additional sources.Find sources: List of co-princes of Andorra – news · newspapers · books · scholar · JSTOR (July 2014) Politics of Andorra Constitution Executive Co-Princes (list) Emmanuel Macron Joan Enric Vives Sicília Representatives Patrick Strzoda Josep Maria Mauri Executive ...
Thomas LorenzoLorenzo performing Frankston Performance Center 2014Background informationBorn (1964-01-11) 11 January 1964 (age 59)Wollongong, New South Wales, AustraliaGenresJazz, World Music, Latin Jazz, FlamencoOccupation(s)Musician, composer, Music ProducerInstrument(s)GuitarYears active1989–presentLabelsBarcelona, Ottomani, TL MusicWebsitewww.thomaslorenzo.comMusical artist Thomas Lorenzo (born 11 January 1964) is a guitarist, composer, record producer, and music theorist. Biog...