İkinci məbəd

İkinci məbəd
Herod məbədi
ivr.בית־המקדש השני‏‎
Herod məbədi də adlandırılan İkinci məbədin Yerusəlim Müqəddəs Torpaq modeli daxilində 1966-cı ildə yaradılmış və İsrail Muzeyində saxlanan modeli. Model İosif Flavinin məlumatları əsasında hazırlanmışdır.
Xəritə
31°46′41″ şm. e. 35°14′07″ ş. u.HGYO
Ölkə İsrail İsrail
Şəhər Yerusəlim
Yerləşir Məbəd dağı
Aidiyyatı Yəhudilik
Sifarişçi Zarovavel (Bibliyaya görə)
Böyük Herod tərəfindən yenidən qurulub
Əsas tarixlər E.ə. 537–516 - Zarovavel tərəfindən məbədin əsası qoyulur
E.ə. I əsr - I Herod tərəfindən yenidən qurma işləri aparılır
70-ci il - Roma İmperiyası tərəfindən dağıdılıb
Kəşf tarixi 1930, 1967, 1968, 1970–1978, 1996–1999, 2007
Hündürlüyü 45.72 metr
Material Yerusəlim daşı
Vəziyyəti dağıdılıb
Herod məbədi (Yerusəlim)
Herod məbədi
İkinci məbədin təməl planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herod məbədi (ivr.מקדש הורדוס‏‎) və ya İkinci məbəd (ivr.בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי‏‎: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir.

Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd)[1] yerində inşa edilmişdir.

Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur. Lakin, I Böyük Herodun hakimiyyəti dövründə ilkin sadə tikili əsaslı təmir edilərək genişləndirilmiş, onun ətrafında daha tanınan fasadlara malik, dəbdəbəli iri məbəd kompleksi qurulmuşdur. Babillilərin Birinci məbədi dağıtdıqları kimi, romalılar da b.e.-nın 70-ci ilində baş verən Yəhudi üsyanına görə İkinci məbədi və Yerusəlim şəhərini dağıtmışlar. İkinci məbəd ümumilikdə 585 il (e.ə. 516-cı ildən b.e.-nın 70-ci ilinə kimi) fəaliyyət göstərmişdir.

Yəhudi esxatalogiyasına aid olan inama görə gələcəkdə İkinci məbədin yerində Üçüncü məbəd inşa ediləcəkdir.

Zarovavelin məbədi

Bibliya məlumatları

Qustav DoreMəbədin yenidən inşa edilməsi, "La Sainte Bible" nəşri üçün çəkilmiş illüstrasiya, 1866

Böyük Kirin e.ə. 559-cu ildə Əhəmənilər imperiyasında hakimiyyətə gəlməsi Yerusəlim şəhəri və Yerusəlim məbədinin bərpasına imkan yaratmışdır.[2][3] Birinci məbədin dağıdılmasından sonra da onun yerində bəzi rudimental qurbanvermə mərasimləri həyata keçirilirdi.[4] İkinci Salnamələr kitabının son sətirlərində verilən məlumat, həmçinin EzraNehemiyanın məlumatlarına görə Böyük Kirin fərmanı ilə (Ezra 1:1–4, 2 Chron 36:22–23) yəhudilərin Yerusəlimə qayıtmasından sonra Solomon məbədinin altarı olan yerdə İkinci məbədin inşasına başlanılmışdır.[1] Yəhudilərin sürgünü zamanı baş verən fasilədən sonra (Ezra 4) e.ə. 521-ci ildə I Daranın hakimiyyəti dövründə (Ezra 5) məbədin yenidən inşasına başlanılmış və onun hakimiyyətinin altıncı ilində (təxm. e.ə. 516-cı ildə) inşaat işləri yekunlaşmışdır. Növbəti ildə məbədin ithaf mərasimi keçirilmişdir.

Bütün bu hadisələr Yəhudi Bibliyasının son fəsilində təsvir edilmişdir.[2]

Nehemiyanın kitabının özəyi, ilkin memuar hissəsi təxm. e.ə. 400-cü illərdə Ezranın kitabının özəyi ilə birlşdirilmişdir. Sonradan, Ellinizim dövründə kitabın redaktəsi ehtimal ki, davam etdirilmişdir.[5]

Kitabda Suzda hökmdar sarayında olan Nehemiyanın Yerusəlim şəhərinin divarlarının olmaması barədə öyrənməsi və divarları bərpa etdirmək qərarı olması xəbər verilir. Hökmdar onu Yəhud Medinata əyalətinə qubernator təyin edir və Nehemiya Yerusəlimə səfər edir. Burada o, İsrail düşmənlərinin etirazına baxmayaraq Yerusəlim divarlarını bərpa etdirir və Moşenin qanunları əsasında ictimai dəyişikliklər həyata keçirir. 12 ildən sonra o, Suza qayıdır, lakin, sonradan bir daha Yerusəlimi ziyarət edir. O, görür ki, israillilər qanunu pozaraq qeyri-yəhudi qadınlarla evlənirlər və qanuna riayət edilməsini təmin etmək üçün Yerusəlimdə qalır.

Bibliya məlumatına görə, Babil sürgünündən qayıtdıqdan sonra, İudey krallığının süqutu ilə yetmiş il ərzində tərk edilmiş Yehud əyalətinin yenidən təşkil edilməsinə qərar verilir.[6] Fərat sahillərindən Yerusəlimə uzun və yorucu səfər edən 42.360 nəfərdən ibarət zəvvarlar dəstəsi güclü dini motivlə ilhamlanmışdılar və vətəninə gələn bu insanların ilk işi dağıdılmış məbədin yenidən qurulması ilə ibadət yerinin bərpa olunması və korbanot adlandırılan qurbanvermə ayinin icrası olmuşdur.

Böyük əliaçıqlıq göstərməklə 1000 qızıl dari və digər bir çox hədiyyələr bəxşiş edən qubernator Zerovavelin çağırışından sonra insanlar böyük həvəs ilə müqəddəs xəzinəyə külli miqdarda bəxşişlər göndərməyə başlayırlar.[7] İlk öncə onlar əvvəl olduğu yerdə Tanrı qurbangahını bərpa edərək ucaltdılar, daha sonra qədim məbədin yerini tutan yanmış zibil təpəsini təmizləyə başlamışlar; və ikinci ilin ikinci ayında (e.ə. 535) böyük ictimai həyəcan mühitincə İkinci məbədin təməli qoyulur. İzləyicilər bu hadisəyə hər nə qədər qarışıq hisslər bəsləsələr də, böyük maraqla müşahidə edirdilər (Haggai 2:3, Zechariah 4:10).[8]

Sebastyano KonkaMakedoniyalı İsgəndərin Yerusəlim məbədinə daxil olması, 1736, Prado muzeyi
Jan FukePompeyin Yerusəlim məbədinə daxil olması, 1470, "Les Antiquités judaïques" kitabına illüstrasiya

Samaritanlar bu işdə köməklik göstərməyə çalışsalar da, yəhudilərin məbədin inşasını müstəqil şəkildə həyata keçirməli olduqlarını düşünən Zerovavel və böyüklər köməkdən imtina edirlər. Bundan sonra yəhudilər haqqında pis şaiyələr yayılır. Ezra 4:5-də verilən məlumata görə, samaritanlar inşaat işinə maneə olmaq üçün Ekbatan və Suza səfirlər göndərirlər; nəticədə inşaat işləri dayandırılır.[8]

Yeddi il sonra yəhudilərin vətənə qayıdaraq məbədi bərpa etmələrinə icazə vermiş Böyük Kir vəfat edir (2 Chronicles 36:22–23) və hakimiyyətə onun oğlu Kambiz gəlir. Onun ölümündən sonra Bardiya özünü hökmdar elan edərək yeddi və ya səkkiz ay müddətinə taxtı zəbt edir. Daha sonra isə I Dara hökmdar olur (e.ə. 522). Onun hakimiyyətinin ikinci ilində məbədin inşasına yenidən başlanılır (Ezra 5:6–6:15) və peyğəmbərlər HaqqaiZaxariyanın səmimi məsləhətləri və göstərişləri ilə işlər tamamlanır. E.ə. 516-cı ildə, yəhudilərin qayıdışından iyirmi il sonra məbəd ithafa hazır olur. Böyük Daranın hakimiyyətinin altıncı ilində xalqın böyük sevinci ilə, Adar ayının üçüncü günündə məbədin inşası tamamlanır (Ezra 6:15,16), lakin, yəhudilər artıq müstəqil yox vassal xalq idilər. Haqqainin kitabında deyilir ki, İkinci məbədin məşhurluğu, Birinci məbəddən daha çox olacaq (Haggai 2:9).[8]

Solomon məbədinin 586-cı ildə dağıdılmasından sonra, məbəddə olmuş bir sıra orijinal artefaktlar mənbələrdə xatırlanmır və itirilmiş hesab edilirlər.

İkinci məbəddə aşağıdakı müqəddəs artefaktlar çatışmırdı:

İkinci məbəddə Kodeş Hakodaşim (Müqəddəslərin müqəddəsi) Birinci məbəddə olduğu kimi divarla yox, pərdə ilə ayrılmışdı. Buna baxmayaraq Tabernakl kimi ikinci məbəddə də aşağıdakı artefaktlar var idi:

Mişnaya görə[10], Təməl daşı vaxtilə Əhd sandığının dayandığı yerdədi və həmin yerdə Ali Kahin büxurdanı Yom-Küpürdə qoymuşdur.[3]

İkinci məbəddə də babillilər tərəfindən talan edilmiş və Böyük Kir tərəfindən qaytarılmış çoxsaylı qızıl qablar vardı.[8][11] Lakin, Babil Talmuduna görə[12], Birinci məbəddə olmuş ŞxinaRuax HaKodeş İkinci məbəddə çatışmırdı.

Ravvin ədəbiyyatında

Ənənəvi ravvin ədəbiyyatı İkinci məbədin 420 il fəaliyyət göstərdiyini qeyd edir və II əsrə aid "Seder Olam Rabba" salnaməsinə istinadən məbədin inşasını e.ə. 350-ci ilə (Anno Mundi təqvimi ilə 3408-ci il), Miladi təqvimdən 166 il gecə aid edilir, dağıdılması isə b.e. 70-ci ilinə (Anno Mundi təqvimi ilə 3829) aid edilir.[13]

Mişnanın Kodaşim kimi tanınan beşinci fəslində dini qanunların ətraflı təsviri və təfsiri verilir, qurbanvermə, Məbəd və onun quruluşu, dini ayinlər və mərasimləri həyata keçirən məbəd xidmətçiləri ilə bağlı qaydalar dəqiqliklə izah edilir. Maşeketdə heyvanlar, quşlar və Minxa qurbanları qeyd edilir, qurbanvermə qanunları, Xatat və Aşam, həmçinin müqəddəs əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı qanunlar göstərilir. Bundan əlavə qaydalarda İkinci məbədin təsviri (Middot traktatı) və Məbəddə gündəlik qurbanvermə qaydalar (Tamid traktatı) yer almışdır.[14][15][16]

Makkaveylər tərəfindən yenidən ithaf edilməsi

İudeyanın Makedoniyalı İskəndər tərəfindən fəth edilməsindən sonra ərazi Misir Ptolomey krallığının tərkibinə qatılır və e.ə. 200-cü ildə firon V Ptolomey Epifanın Selevkilərdən III Antiox tərəfindən Panium döyüşündə məğlub edilməsinə kimi krallığın tabeliyində qalmışdır.[17] Bundan sonra İudeya Selevkilər imperiyasının tərkibinə qatılır. İkinci məbədin talan edilib, dini ibadətin dayandırılmasından sonra imperiya ərazisində İudaizm faktiki olaraq qanunsuz elan edilir.

E.ə. 167-ci ildə IV Antiox Epifan Məbəddə Zevs altarının inşasını əmr edir. O, həmçinin sünnəti qadağan edir və Məbəd altarında donuzların qurban kəsilməsini buyurur.[18]

Makkaveylərin Selevkilər imperiyasına qarşı üsyan qaldırmasından sonra İkinci məbəd kafirlərdən təmizlənir və yenidən ithaf edilmə mərasimi keçirilir. Bundan sonra məbəd yəhudi Haşmonaim krallığının dini mərkəzinə çevrilir və mədəni baxımdan yəhudi bayramı olan Hanukka ilə əlaqələndirilir.

Haşmonaim sülaləsi və Roma imperiyasının qələbəsi

Arxeoloji tədqiqatlar göstərmişdir ki, Haşmonaim sülaləsinin hakimiyyəti dövründə Məbədin strukturunda və ətraflarında dəyişikliklər edilmişdir. Haşmonaim krallığının kraliçası Salomeya Aleksandra böyük oğlu II Hirkanı İudeyanın Ali Kahini elan edir. Onun kiçik oğlu II Aristobul hakimiyyətə gəlmək üçün hazırlaşırdı və anasının vəfatından sonra taxtda onun yerini tutur. Anasını taxtda əvəz etməli olan Hirkan Ali Kahin vəzifəsi ilə kifayətlənməli olur. İdumeya hakimi Antipatr Hirkana çağırış edərək, hüququndan imtina etməməli olduğunu bildirir. Nəticədə Nəbati kralı III Areta Filellinin yanına qaçan Hirkan, taxtı ələ keçirmək üçün böyük bir ordu ilə qayıdır. O, II Aristobulu məğlub edərək Yerusəlimi mühasirəyə alır.

Suriyada III Mitridat müharibəsi çərçivəsində ermənilərə qarşı döyüşən Pompey, İudeyadakı mübahisənin aydınlaşdırılması üçün leytenantını əraziyə göndərir. Həm Hirkan, həm də Aristobul dəstək üçün Pompeyə müraciət edirlər. Pompey bu məsələ ilə bağlı qərar vermir və bu Aristobulu uzaqlaşdırır. Pompey onu izləyir və Aristobul təslim olur, lakin, onun arıdıcılları Pompeyin ordusunu Yerusəlimə buraxmır. Romalılar şəhəri mhasirə edərək e.ə. 63-cü ildə ələ keçirirlər. Mühasirə zamanı kahinlər Məbəddə ibadəti davam etdirirlər. Romalılar məbədi talan etmir və zərər vurmurlar. Ehtimal ki, Pompey özü təsadüfən Müqəddəslərin müqəddəsinə girir və növbəti gün məbəddə təmizlik işlərinin aparılmasından sonra ibadətə yenidən başlanmasını buyurur.[19]

Herodun məbədi

Ceyms Tisso tərəfindən çəkilmiş Herodun məbədinin bərpa edilmiş ümumi görünüşünü təsvir edən rəsm əsəri, 1886–1894, Bruklin muzeyi

Böyük Herodun hakimiyyəti dövründə məbədin yenidən qurulması işlərinə Məbəd dağının genişmiqyaslı genişləndirilmə işləri ilə başlanılmışdır. Herodun məbəddə yenidənqurma işlərini aparması adətən e.ə. 20/19-cu ildən 12/11-ci ilə kimi olan dövrə aid edilir. Tədqiqatçı Bike Mahye Məbəd ətrafında işlərin aparılmasını e.ə. 25-ci ilə, Məbəd binasının özündə inşaat işlərinin aparılmasını e.ə. 19-cu ilə, hər ikisinin ithaf edilməsini isə e.ə. 18-ci ilə aid edir.[20] İnşaat işləri zamanı Məbəddə ibadət və ayinlər davam etdirilmişdir.[21] Roma imperatoru Kaliqula Məbəddə öz heykəlini yerləşdirmək istədikdə, Herodun nəvəsi I Aqrippa onu fikrindən döndərə bilmişdir.

İnşası

Herodun məbədi e.ə. I əsrin ən iri inşaat layihələrindən biridir.[22] İosif Flavi qeyd edir ki, Herod inşaat işləri vasitəsiylə adını əbədiləşdirmək istəyirdi, onun həyata keçirdiyi bütün inşaat işləri genişliyi və yüksək ödənişləri ilə seçilirdi, lakin, Herodun şah əsəri Yerusəlim məbədi idi.[22]

İnşaat işləri nəticəsində Zarovavel tərəfindən ucaldılmış köhnə məbəd, yeni, möhtəşəm məbəd binası ilə əvəz edilmişdir. Herod və yəhudi dini liderləri arasında razılıq əldə edilmişdir: inşaat işləri zamanı bütün dini ayinlər və qurbankəsmə mərasimləri davam etdirilmiş, inşaat işləri isə Məbəd xidmətçiləri tərəfindən həyata keçirilmişdir. Çıxış 30:13-də qeyd edilir ki, Məbədin saxlanılması üçün "Məbəd şekeli" vergisi tətbiq edilmişdir.

Meydan

Məbəd dağı ərazisinin ümumi görünüşü, 2007

Moriya dağının şimal qurtaracağında meydança, cənubunda isə yamac yerləşirdi. Herodun planına görə dağın üstü böyük bir meydana çevrilməli idi. İlkin plana görə Məbəd dağı 488 metr uzunluğa və 275 metr enə malik olmalı, hündürlüyü doqquz mərtəbəyə, divarların qalınlığı 5 metrə çatmalı idi; lakin, bu plan yarımçık qalır. Planın həyata keçirilməsi üçün böyük xəndəklər qazılır və böyük "kərpic"lərlə doldurulur. Onlardan bəzilərinin çəkisi 100 tona qədər çatır, ən böyük daş isə 13.4 m uzunluğa, 3.3 metr enə, 4.8 metr hündürlüyə və təxminən 567–628 ton çəkiyə malikdir[23][24]; lakin həmin daşlar əsasən 0.6x0.9 metr ölçüyə və təxminən 28 ton çəkiyə malikdir. Kral Herod Yunanıstan, Roma və Misirdən gəlmiş memarlara inaatın planlaşdırılmasını həvalə edir. Ehtimal ki, bloklar kanal qazılması üçün istifadə edilən alətlərlə kəsilmişdir. Daha sonra daş blokların altına ağac şalbanlar qoyulmuş və su axıdılaraq bir-birinə sıxılmışdır. Daha sonra kəsilərək kvadrat formasına salınmış və hansı ardıcıllıqla yerləşəcəyi aydın olması üçün nömrələnmişdir. Son yonma və cilalama işləri daha sərt daşdan hazırlanmış alətlər vasitəsiylə həyata keçirilmişdir. Daşların daşınması üçün öküzlər və xüsusi arabalardan istifadə edilirdi. Karxana Məbəd dağından hündürdə yerləşdiyinə görə cazibə qüvvəsi onların tərəfində idi, lakin, enişə nəzarət edilməsi üçün ehtiyyatlı olmaq lazım idi. Son yekunlaşdırma şkiv və ya kranların istifadəsi ilə həyata keçirilmişdir.[25] Roma şkivləri və kranları daşı qaldırmaq üçün kifayət qədər güclü olmadığından bir neçə qurğunun bir daşın qaldırılmasında istifadə edilmiş olması ehtimal olunur. Yamacın hörgü vasitəsiylə meydan səviyyəsinə qaldırılmasından sonra, qərb tərəfi vertikal divara uyğun kəsilmiş və divarın virtual davamı yaradılması üçün şimal tərəfin yer səthinə qaldırılmasına kimi davam etdirilmişdir. Moriya dağından şimalda yerlşən Antoni təpəsinin bir hissəsi də kompleksə birləşdirilmiş, onlar arasındakı boşluq hissə isə inşaat tullantıları ilə doldurulmuşdur.

Məbədin inşasına üzərində bina ucaldılacaq nəhəng yeraltı tağların tikilməsi ilə başlanmışdır ki, tikili Moriya dağı üzərində səthi qurğuya çevrilməsin. Yer səviyyəsi həmin dövrdə indikindən ən azı 6 metr dərinlikdə olmuşdur və Qərb divarının tunellərində gəzməklə bunun şahidi olmaq mümkündür. Əfsanəyə görə Məbəd dağında bütün inşaat işlərinin tamamlanmasına cəmi üç il sərf edilmişdir; lakin, İosif Flavi kimi bir çox mənbələr inşaat işlərinin daha uzun müddət davam etdiyini, buna baxmayaraq, Məbəd binasının özünün inşasının üç ilə tamamlanmış ola biləcəyini yazırlar. İsanın Pasxa səfəri zamanı yəhudilər ona Məbədin 46 ilə inşa edildiyini söyləyirlər.[26] Ehtimal ki, Mənbədin inşası imperator Titin b.e.70-ci ilində onu dağıtdrımasından cəmi bir neçə il əvvəl tamamlanmışdır.

Xalqlar həyəti

Bu ərazi bazar rolunu oynatırdı: həyətdə suvenirlər, qurbanlıq heyvanlar, yemək satılır, həmçinin yəhudilərə sikkə zərb etmək icazəsi verilmədiyindən Roma pulları Tir pullarına dəyişdirilirdi; Roma pulları iyrənc hesab edildiyindən Rəbbə nəzir verilə bilməzdi.[27] Əhdi-Cədiddə İsanın məbədi alverçilərdən təmizləməsindən bəhs edilərkən məlumat verilir ki, Pesax zamanı yəhudilərin hər yerdən Yerusəlimə gəldiyi zaman zəvvarların zayı 300.000-dən 400.000-ə qədər çatırdı.[28][29] Həmçinin çoxlu sayda bələdçilər məbəd ərazisində fəalyyət göstərərk turlar təşkil edirdilər. Yəhudi kişilərə məbədin içinə daxil olmağa imkan verilirdi.

Ağ kətan geyimdə olan kohanimlər bütün məbəd ərazisində fəaliyyət göstərəək zəvvarları istiqamətləndirir və qurbanlıq seçməkdə köməklik edirdilər.

Cənubdan Hulda qapısı vasitəsiylə Xalqlar həyətinə daxil olanlar Kral qanadı ilə üzləşirdi; Kral qanadında bazar, inzibati tikililər və sinaqoq var idi. Yuxarı mərtəbələrdə böyük yəhudi müdrikləri dinləmə təşkil edirdi, kohanim və levitlər xor şəklində ifa edirdilər, ziyarətçilər isə bütün baş verənləri müşahidə edirdilər. Kral qanadı hissəsi də adətən Herodun işləri sırasına aid edilir; lakin, Qərb divarının tunellərində həyata keçirilən son arxeoloji tədqiqatların nəticələrinə əsasən demək olar ki, Kral qanadı e.ə. I əsrdə Aqripasın hakimiyyəti dövründə inşa edilmişdir[30]; İosif Flavinin Herodun Kral qanadında həyata keçirdiyi inşaat işləri ilə bağlı məlumatı isə daha çox siyasi xarakter daşıyır. Herodun hakimiyyəti dövründə qanad hələ xalq üçün açılmamışdı.

Xalqlar həyətindən şərqdə Solomon qanadı, şimalda Soreq – "orta ayırıcı divar"[31] – yerləşirdi. Soreq Məbədin müqəddəs hissəsini ayırırdı. İosif Flavinin təsvir etdiyinə görə, daş divarla ayrılmış bu hissəyə yalnız yəhudilərin girməsinə icazə verilirdi.[32]

Pinakl

Məsihin vəsvəsələri ilə bağlı MatfeyLukanın verdiyi məlumatlardan İkinci məbədin bir və ya daha çox pinakla malik olduğu aydın olur:"Sonra o [ Satan ] onu Yerusəlimə gətirdi, məbədin pinaklına qaldırdı və dedi: "Əgər sən həqiqətən də Tanrının oğlusansa özünü burdan at."[33]

Burda istifadə olunan yunan sözü "πτερυγιον" (pterugion) hərfi tərcümədə qüllə, rampart və ya pinakl mənasınıı verir.[34] Stronq konkordasiyasına görə bu, kiçik qanad, dişli bina və parapet anlamını verə bilər.[35] Arxeoloq Benyamin Mazar hesab edir ki, Məbədin Kendron vadisinə açılan cənub-şərq küncünə aiddir.[36]

Soreqin içi

İosif Flavinin məlumatına görə daxili həyətə aparan on qapı var idi ki, onlardan da dördü cənubda, dördü şimalda, biri şərqdə, biri isə şərqdən qərbə — Qadınlar həyətindən Nikanor qapısı yanında yerləşən İsraillilər həyəti arasında yerləşirdi.[37] Qapılar belə sıra ilə düzülmüşdü: Cənub tərəfdə (Qərbdən Şərqə istiqamətdə) Yağ qapısı, Zadəganlar qapısı, Su qapısı. Şimal tərəfdə (Qərbdən Şərqə istiqamətdə) İexoniya qapısı, Qurbanlıq qapısı, Qadınlar qapısı və Nəğmə qapısı. Şərq tərəfdə yəhudi zəvvarların daha çox istifadə etdiyi Nikanor qapısı Soreqin çox az hissəsi dövrümüzə çatmışdır.

Müasir dövrdə Qübbətüs-Səhranın içində yerləşən Təməl daşının İkinci məbəddə Kodeş HaKodaşimin yerləşdiyi ərazi olduğu güman edilir.

Bu rayonda bütün yəhudi qadınlar və kişilər üçün açıq olan Qadınlar həyəti yerləşirdi. Hətta ritual baxımdan təmiz olmayan kohenlər belə, müxtəlif məişət işlərini görmək üçün bura girə bilirdilər.

Həmçinin xariclənmişlər (ritual olaraq təmiz hesab edilmirdilər) üçün yer və nazareylər üçün ritual saç kəsimi yeri var idi. Məbədin bu ən böyük həyətində tez-tez rəqslər izləmək, nəğmələr və musiqi dinləmək olurdu.

İsraillilər həyətinə giriş üçün yalnız yəhudi kişilərə icazə verilirdi; burada onlar Kahinlər həyətində həyata keçirilən qurbanvermə mərasimini müşayət edirdilər. Kahinlər həyəti Levit kahinləri üçün təxsis edilmişdi.

Məbəd ziyarətgahı

Binanın girişi və Müqəddəslərin müqəddəsini ayıran pərdə arasında Məbədin məşhur elementləri yerləşirdi: menora, büxur yandırma altarı və ibadət üçün lazım olan digər əşyalar.

Ziyarətlər

Roma imperiyasının müxtəlif yerlərindən olan yəhudilər gəmilərlə Yaffa limanına (hazırda Tel-Aviv şəhərinin bir hissəsidir) gəlir, burda insə karvana qoşularaq Müqəddəs şəhərə üç günlük səfərə çıxır, son olaraq şəhərdə qalmaq üçün çoxsaylı karvansaralarda yer axtarırdılar. Daha sonra onlar özləri ilə gətirdikləri adi RomaYunan pullarının bir hissəsini yəhudiTir sikkələrinə dəyişirdilər.[38][39] Ziyarətçilər Yerusəlimə çatdıqları ilk gündə qurban vermək üçün göyərçin və ya quzu alır və növbəti günün mərasimi üçün hazırlaşırdılar.

İlk növbədə ziyarətçilər Məbəd dağı kompleksinin cənubundakı qapıya gəlirdilər. Burda onlar qurbanlıq heyvanlarını yoxlayır, daha sonra mikvanı ziyarət edərək, ritual baxımdan təmizlənirdilər. Daha sonra qurbanlıqlarını da götürən zəvvarlar Hulda qapısına gedirdilər. Pilləkənlərlə üç mərtəbə yuxarı qarxan zəvvarlar qapıdan keçərək Xalqlar həyətinə daxil olurdular.

Dağıdılması

Titin Zəfər tağında Yerusəlim məbədinin yağmalanmasını göstərən relyef.

B.e. 66-cı ilində yəhudilər Roma imperiyasına qarşı üsyan qaldırırlar. Dörd il sonra, 4 avqust 70 ci ildə[40] (Avın 9-cu, Tişa-be-Av günü) və ya 30 avqust 70-ci ildə[41], Titin rəhbərliyi ilə Roma legionu üsyançıların müqavimətini qıraraq şəhəri ələ keçiri. Bundan sonra Yerusəlim şəhərinin böyük bir hissədi və İkinci məbəd dağıdılır. Titin İudeyada triumfu şərəfinə Romada inşa edilmiş Zəfər tağında, Yerusəlimdən əldə edilmiş qənimətləri, o cümlədən Menoranı daşıyan Roma əsgərləri təsvir edilmişdir. Kolizey kitabəsində binanın b.e. 79-cu ilində imperator Vespasian tərəfindən hərbi trofeylərdən inşa edildiyi – ehtimal ki, İkinci məbəddən ələ keçirilmiş qənimətlərin Kolizeyin inşası üçün xərcləndiyini göstərir.[42]

İkinci məbədin dağıdılmasından sonra Məbədə əsaslanan iudaizm sektaları, xüsusilə kəhanətsadukeylər əhəmiyyətini itirir.[43]

Yerusəlim məbədinin yerində indi Qübbətüs-Səhra məscidi yerləşir.[21] Məbəd dağının qapıları Əl-Əqsa məscidinin (xeyli sonra inşa edilmişdir) yanında yerləşir. Yerusəlimin ələ keçirilməsindən sonra yəhudilər dağıdılmış şəhərdə yaşamağa davam etsələr də, imperator Adrian Aelia Kapitolina adlı yeni şəhər saldırır. B.e. 135-ci ilində Bar-Koxba üsyanının sonunda əksər yəhudi icmaları qırğına məruz qalır və yəhudilərə Yerusəlimdə yaşamaq qadağan edilir. Herodun məbədinin yerində Roma tanrılarına məbəd inşa olunur.[19]

Arxeoloji tədqiqatlar

Kitabə hazırda İstanbul Arxeologiya Muzeyində nümayiş etdirilir.

Məbəd xəbərdarlığı kitabəsi

1871-ci ildə Yerusəlimin Məbəd dağı yaxınlığındakı həyətdə 60x90 sm ölçüyə malik, üzərində Yunan hərfləri ilə mətn yazılmış yonulmuş daşdan kitabə aşkarlanmış, fransız şərqşünası Şarl Simon Klermon-Qanno isə həmin kitabəni "Məbəd xəbərdarlığı kitabəsi" adlandırmışdır. Kitabədə yəhudi olmayanların Soreq ərazisinə daxil olmaları və sair ilə əlaqəli qadağanları ümumi şəkildə təsvir edir. Kitabədə yeddi sətir vardır:

Xaricilərin parapet və məbədi əhatə edən çəpər ərazisinə girməsi qadağandır. Qaydanı pozarkən aşkar edilən şəxslər ölümlə cəzalandırılacaq.

Kitabə hazırda İstanbul Arxeologiya Muzeyində saxlanılır.[44] 1935-ci ildə bu kitabəyə oxşar məzmunlu daha bir kitabə aşkar edilmişdir.[44]

Trubaçılar yeri

Hazırda İsrail Muzeyində saxlanılan Truba yeri kitabəsi

Digər qədim bir kitabə Herod dağının cənub qərbində daş üzərində aşkarlanmışdır; kitabədə yazılır: "truba səsi gələn yerə…". Daşın formasına görə, onun, İosif tərəfindən təsvir edilən "kahinlərdən birinin dayanıb truba səsindən sonra işarə etdiyi" yerə aid kitabənin qalığı olduğu güman edilir. Bu məlumat, Talmudda verilən informasiya ilə oxşardır.

Məbəd kompleksinin divarları və qapıları

1967-ci ildən sonra arxeoloqlar müəyyən etmişlər ki, divarlar Məbəd dağı boyunca keçmiş və Şir qapısı yanındakı divarlar da onun bir hissəsi olmuşdur. Buna görə də, Qərb divarı Yerusəlim məbədinin dövrümüzə çatmış yeganə hissəsi deyildir. Hazırda, Robinzon tağı (amerikan tarixçi Edvard Robinzonun şərəfinə adlandırılmışdır), platformanın zirvəsi və daha uzaqda yerləşən yüksəklik arasında yerləşən tağın başlanğıcı olaraq qalmaqdadır. Ziyarətçilər və zəvvarlar da saxlanılmış, lakin hazırda qapalı olan qapılar vasitəsiylə cənubdan keçir və kollonada vasitəsiylə platformanın yuxarısına qalxırdılar. Cənub divarı parad girişi kimi nəzərdə tutulmuşdur.[45] Son arxeoloji qazıntılar zamanı ziyarətçilərin ritual təmizlənməsi üçün nəzərdə tutulmuş çoxsaylı mikvalar (ritual vannaları) və hazırda qapalı olan girişlərdən birinə aparan möhtəşəm pilləkən aşkar edilmişdir.[46][45]

Yeraltı qurğular

Solomon tövlələrinin görünüşü

Divarların içindəyerləşən platformanın altında Solomon tövlələri kimi tanınan çoxtağlı tavana malik zallar yerləşir. Dövrümüzə yaxşı qorunmuş vəziyyətdə çatmış həmin tikililər, yəhudi tərəfinin etirazlarına baxmayaraq Vəqf tərəfindən qismən dəyişdirilərək Əl-Mərvan məscidi kimi istifadə edilir. Bu hadisə hələ də mübahisə mövzusu olaraq qalır.[47]

Karxana

28 sentyabr 2007-ci ildə İsrail Əntiqlər İdarəsindən olan arxeoloq Yuval Barux bəyan edir ki, aşkarladıqları karxana, ehtimal ki, Herod məbədinin inşası zamanı daşın əldə edildiyi karxanadır. Aşkarlanmış sikkələr, saxsı və metal məmulatlarına əsasən müəyyən edilmişdir ki, karxana e.ə. 19-cu ildə istismar edilmişdir. Arxeoloq Ehud Natzer təsdiq edir ki, kəsim yerləri göstərir ki, karxana yüzlərlə qulun çalışdığı nəhən ictimai layihə üçün istismar edilmişdir.[48]


Həyətlərin mozaik döşəməsi

Son dövrlərdə aparılan arxeoloji tədqiqatlar zamanı İkinci məbəd dövrünə aid çoxlu sayda mozaik döşəmə qalıqları aşkar edilmişdir.[49]

Maqdala daşı

Ehtimal edilir ki, Maqdala daşı kimi tanınan artefakt üzərində 70-ci ildə İkinci məbədin dağıdılmasından əvvəlki görünüşü əks edilmişdir.[50]

İstinadlar

  1. 1 2 Understanding Second Temple and Rabbinic Judaism Arxivləşdirilib 2021-06-24 at the Wayback Machine, KTAV Publishing House, Lawrence H. Schiffman, page 48–49
  2. 1 2 Albright, William. The Biblical Period from Abraham to Ezra: An Historical Survey. HarperCollins College Division. 1963. ISBN 0-06-130102-7.
  3. 1 2 3 4 5 Şablon:Jewish Encyclopedia
  4. The Hebrew Bible: New Insights and Scholarship Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine, New York University Press, chapter by Ziony Zevit, page 166
  5. Paul Cartledge, Peter Garnsey, Erich S. Gruen (editors), Hellenistic Constructs: Essays In Culture, History, and Historiography, p. 92 (University of California Press, 1997). ISBN 0-520-20676-2
  6. Ezra 2:65
  7. Ezra 2
  8. 1 2 3 4 5 6 7 8 9 10 Sitat səhvi: Yanlış <ref> teqi; Temple, the Second adlı istinad üçün mətn göstərilməyib
  9. Maimonides. "Mishneh Torah, Sefer Avodah, Beis Habechirah, Chapter 4, Halacha 1". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-20.
  10. Middot 3:6
  11. Ezra 1:7–11
  12. Yoma 21b Arxivləşdirilib 2022-01-07 at the Wayback Machine
  13. Goldwurm, Hersh. History of the Jewish people: the Second Temple era Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine, Mesorah Publications, 1982. Appendix: Year of the Destruction, p. 213. ISBN 0-89906-454-X
  14. Birnbaum, Philip. Kodashim // A Book of Jewish Concepts. New York, NY: Hebrew Publishing Company. 1975. 541–542. ISBN 088482876X.
  15. Epstein, Isidore, redaktorIntroduction to Seder Kodashim // The Babylonian Talmud. vol. 5. Singer, M.H. (translator). London: The Soncino Press. 1948. xvii–xxi.
  16. Arzi, Abraham. Kodashim // Encyclopedia Judaica. 10 (1st). Jerusalem, Israel: Keter Publishing House Ltd. 1978. 1126–1127.
  17. De Bellis Antiquitatis (DBA) The Battle of Panion (200 BC) Arxiv surəti 23 dekabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-12-23 at the Wayback Machine
  18. Flavius Josephus, The Wars of the Jews Jewish War i. 34
  19. 1 2 Lester L. Grabbe. An Introduction to Second Temple Judaism: History and Religion of the Jews in the Time of Nehemiah, the Maccabees, Hillel, and Jesus. A&C Black. 2010. 19–20, 26–29. ISBN 9780567552488.
  20. Mahieu, B., Between Rome and Jerusalem, OLA 208, Leuven: Peeters, 2012, pp. 147–165)
  21. 1 2 Secrets of Jerusalem's Temple Mount, Leen and Kathleen Ritmeyer, 1998
  22. 1 2 Flavius Josephus: The Jewish War
  23. The History Channel tərəfindən yayımlanmış "Lost Worlds of King Herod" sənədli filmində daşın 16.5 metr hündürlüyə və 567 ton çəkiyə malik olduğu qeyd edilir
  24. Dan Bahat: Touching the Stones of our Heritage, Israeli ministry of Religious Affairs, 2002
  25. Modern Marvels: Bible tech, History channel
  26. İohannın İncili, 2:20
  27. Beasley-Murray, G. (1999). Word Biblical Commentary: John (2 ed., Vol. 36). Nashville, Tennessee: Thomas Nelson.
  28. Sanders, E. P. The Historical Figure of Jesus. Penguin, 1993. p. 249
  29. Funk, Robert W. and the Jesus Seminar. The Acts of Jesus: The Search for the Authentic Deeds of Jesus. HarperSanFrancisco. 1998.
  30. "Israel Antiquities Authority". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-10.
  31. In verse 14 of Ephesians 2:11–18
  32. Flavi, 5.5.2 [3b] 6.2.4
  33. Luke 4:9
  34. Kittel, Gerhard, redaktorTheological Dictionary of the New Testament: Volume III. Bromiley, Geoffrey W. tərəfindən tərcümə olunub. Grand Rapids, Michigan: Wm. B. Eerdmans. 1976 [1965]. səh. 236.
  35. Strong's Concordance 4419
  36. Mazar, Benjamin (1975). The Mountain of the Lord, Doubleday. p. 149.
  37. Josephus, War 5.5.2; 198; m. Mid. 1.4
  38. Sanders, E. P. The Historical Figure of Jesus. Penguin, 1993.
  39. Ehrman, Bart D.. Jesus, Interrupted, HarperCollins, 2009. ISBN 0-06-117393-2
  40. "Hebrew Calendar". www.cgsf.org. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
  41. Matthew Bunson A Dictionary of the Roman Empire p.212 Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine
  42. Bruce Johnston. "Colosseum 'built with loot from sack of Jerusalem temple'". Telegraph. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
  43. Alföldy, Géza. "Eine Bauinschrift aus dem Colosseum". Zeitschrift für Papyrologie und Epigraphik. 109. 1995: 195–226. JSTOR 20189648.
  44. 1 2 "Ancient Temple Mount 'warning' stone is 'closest thing we have to the Temple'". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-12.
  45. 1 2 Mazar, Eilat. The Complete Guide to the Temple Mount Excavations. Jerusalem: Shoham Academic Research and Publication. 2002. 55–57. ISBN 978-965-90299-1-4.
  46. Mikveh of the Priests
  47. Debris removed from Temple Mount sparks controversy Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine, MELANIE LIDMAN, JANUARY 1, 2013
  48. Gaffney, Sean. "USATODAY.com, Report: Herod's Temple quarry found". USA Today. 2007-09-24. 2010-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2020.
  49. "Second Temple Flooring restored". Haaretz. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2020.
  50. Kershner, Isabel. "A Carved Stone Block Upends Assumptions About Ancient Judaism". New York Times. 8 December 2015. 6 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2020.

Ədəbiyyat

  • Grabbe, Lester. 2008. A History of the Jews and Judaism in the Second Temple Period. 2 vols. New York: T&T Clark.
  • Nickelsburg, George. 2005. Jewish Literature between the Bible and the Mishnah: A Historical and Literary Introduction. 2nd ed. Minneapolis: Fortress.
  • Schiffman, Lawrence, ed. 1998. Texts and Traditions: A Source Reader for the Study of Second Temple and Rabbinic Judaism. Hoboken, NJ: KTAV.
  • Stone, Michael, ed. 1984. The Literature of the Jewish People in the Period of the Second Temple and the Talmud. 2 vols. Philadelphia: Fortress.

Xarici keçidlər

Read other articles:

Isabel II (ou Elizabeth II) (1926 - 2022) foi chefe da Casa de Windsor e Rainha do Reino Unido e soberana dos demais Reinos da Commonwealth. Isabel II ascendeu ao trono em 1952, sucedendo a seu pai Jorge VI, e desde então, recebeu inúmeras condecorações e honrarias de monarquias e demais Estados estrangeiros. No Reino Unido, com sua ascensão ao trono, Isabel II assumiu automaticamente a maestria de todas as Ordens de cavalaria e condecorações outorgadas pelo monarca britânico.[1] Este...

 

Final Fantasy VIII character Fictional character Edea KramerFinal Fantasy characterConcept artwork of Edea Kramer for Final Fantasy VIII, as drawn by Tetsuya Nomura.First gameFinal Fantasy VIII (1999)Created byTetsuya Nomura Edea Kramer (Japanese: イデア・クレイマー, Hepburn: Idea Kureimā) is a character and a major antagonist in Final Fantasy VIII. Protagonist Squall is sent to assassinate her, though it is later discovered that the Sorceress Ultimecia had Edea under mind control. ...

 

Para otros usos de este término, véanse Picardías (desambiguación) y Baby Doll (desambiguación). Mujer con picardías. Un picardías (en España) o baby doll (en Hispanoamérica) es una camisola corta femenina de tirantes, normalmente escotada, que suele llegar hasta las caderas, de tejido ligero (tul, gasa, ...) y adornada generalmente con transparencias, encajes, lazos o bordados; a menudo se usa en combinación con bragas o tanga y medias a juego de diferentes formatos y tama...

Легка атлетика на Літній універсіаді 2017 Легка атлетика на Літній універсіаді 2017Загальна інформаціяМісто ТайбейКраїни-учасниці 115Кількість атлетів 1266Розігрується медалей 50 комплектівВідкриття 23 серпняЗакриття 28 серпняАрена Муніципальний стадіон[en]← 2015 Кванджу 2019 ...

 

Reserve Cavalry CorpsActive1805–1807Country First French EmpireBranch French Imperial ArmyTypeShock cavalrySizeCorpsEngagementsWar of the Third CoalitionWar of the Fourth CoalitionCommandersNotablecommandersJean-Baptiste BessièresJoachim MuratMilitary unit vteCorps of the Grande ArméeRegular I II III IV V VI VII VIII IX X XI XII XIII XIV Cavalry Reserve I II III IV V VI The Reserve Cavalry Corps or Cavalry Reserve of the Grande Armée was a French military unit that existed duri...

 

Untuk Tokoh Dinasti kedelapan belas lainnya dengan nama yang mirip, lihat Amenhotep disebut Huy dan Amenhotep-Huy. Patung balok Amenhotep, ditemukan di Abydos. British Museum. Amenhotep (Huy) adalah pelayan tinggi Memphis di bawah Amenhotep III pada Dinasti kedelapan belas Mesir. Dengan gelar ini dia adalah salah satu pejabat tertinggi di istana. Keluarga Prasasti menggambarkan Amenhotep dan putranya Ipy. Kedua Pelayan Memphis Amenhotep, dengan nama panggilan Huy, adalah anggota keluarga berp...

Kongres Nasional Partai Komunis Tiongkok ke-10 merupakan kongres penting Partai Komunis Tiongkok setelah jatuhnya Lin Biao dan kelanjutan dari Revolusi Kebudayaan. Kongres ini diadakan di Beijing pada 24-28 Agustus 1973 dan dihadiri oleh 1.249 perwakilan dari 28 juta anggota partai di seluruh Tiongkok.[1] Dalam kongres ini juga memilih anggota Komite Sentral Partai Komunis Tiongkok ke-10. Referensi ^ 党史百科--党史频道--人民网. dangshi.people.com.cn. Diakses tanggal 2016-11...

 

Systematic war crimes against Belgian civilians during World War I Not to be confused with Rape in Belgium. Rape of BelgiumPart of the German occupation of Belgium during World War IDepiction of the mass murder of civilians in Blégny by Évariste CarpentierLocation BelgiumDate4 August 1914 (1914-08-04)-23 November 1918 (1918-11-23)TargetBelgian civiliansAttack typeWar crime, mass murder, enslavementDeathsAt least 23,700 killedInjured33,100Victims120,000 ens...

 

Esta página cita fontes, mas que não cobrem todo o conteúdo. Ajude a inserir referências. Conteúdo não verificável pode ser removido.—Encontre fontes: ABW  • CAPES  • Google (N • L • A) (Outubro de 2019) Calúnia foi uma telenovela brasileira apresentada pela TV Tupi de março a abril de 1966, no horário das 20h, dirigida por Wanda Kosmo e escrita por Thalma de Oliveira, baseada no texto original da mexicana Caridad Bravo...

ريتيني تقسيم إداري البلد اليونان  [1] إحداثيات 40°17′30″N 22°17′00″E / 40.29166667°N 22.28333333°E / 40.29166667; 22.28333333  السكان التعداد السكاني 1138 (إحصاء السكان) (2011)  معلومات أخرى التوقيت ت ع م+02:00 (توقيت قياسي)،  وت ع م+03:00 (توقيت صيفي)  الرمز البريدي 601 00  الرمز الج...

 

141 feet (43 metres), 11-floor low-rise building in downtown Jacksonville Edward Ball BuildingLocation within Central JacksonvilleShow map of Central JacksonvilleEdward Ball Building (Florida)Show map of FloridaFormer namesFlorida National Bank buildingGeneral informationTypeGovernment officesArchitectural styleModernismLocation214 North Hogan Street Jacksonville, Florida, United StatesCoordinates30°19′48″N 81°39′34″W / 30.33000°N 81.65944°W / 30.33000; -81...

 

This article needs to be updated. The reason given is: Some of the more recent planets, such as the recently announced LP 791-18 d, are still missing.. Please help update this article to reflect recent events or newly available information. (May 2023) This is a dynamic list and may never be able to satisfy particular standards for completeness. You can help by adding missing items with reliable sources. This list of exoplanets discovered in 2023 is a list of confirmed exoplanets that were fir...

Canadian politician Ross RomanoMPPRomano speaking during the Members' Statements in 2018Ontario Chief Government WhipIncumbentAssumed office June 30, 2022PremierDoug FordPreceded byLorne CoeOntario Minister of Government and Consumer ServicesIn officeJune 18, 2021 – June 24, 2022PremierDoug FordPreceded byLisa ThompsonSucceeded byKaleed RasheedOntario Minister of Colleges and UniversitiesIn officeJune 20, 2019 – June 18, 2021PremierDoug FordPreceded byMerrilee Fuller...

 

В Википедии есть статьи о других людях с фамилией Мильнер. Макс Мильнер Имя при рождении Maximilien Jean-Baptiste Milner Дата рождения 18 июля 1923(1923-07-18)[1][2][…] Место рождения Mont-Cauvaire[d] Дата смерти 21 июня 2008(2008-06-21)[1][2][…] (84 года) Место смерти Кетиньи или Дижон[3] Страна ...

 

Danish golfer (born 1975) Søren KjeldsenKjeldsen at the 2011 BMW International OpenPersonal informationFull nameSøren Panum KjeldsenBorn (1975-05-17) 17 May 1975 (age 48)Aalborg, DenmarkHeight1.70 m (5 ft 7 in)Weight65 kg (143 lb; 10.2 st)Sporting nationality DenmarkResidenceFredensborg, DenmarkCareerTurned professional1995Current tour(s)European TourFormer tour(s)PGA TourChallenge TourProfessional wins6Highest ranking31 (12 July 2009)[1]Numbe...

Professional wrestling events in Japan Goodbye HayabusaThe entire tour centered around the farewell to the Hayabusa character, which was FMW's ace at the time.PromotionFrontier Martial-Arts WrestlingDateJuly 18, 1999–August 25, 1999[1][2]Attendance20,730 (combined)[1][2] Goodbye Hayabusa was the name of two professional wrestling series of events produced by Frontier Martial-Arts Wrestling (FMW) in 1999. The backstory of the series was that on-screen FMW ...

 

British TV series or programme Big DealGenreComedy dramaCreated byGeoff McQueenWritten byDavid CraneStarringRay BrooksSharon DucePamela CundellJames OttawayLisa GeoghanTheme music composerBobby GOpening themeBig DealCountry of originUnited KingdomOriginal languageEnglishNo. of series3No. of episodes30ProductionProducerTerry WilliamsRunning time50 minutesOriginal releaseNetworkBBC1Release14 October 1984 (1984-10-14) –4 November 1986 (1986-11-04) Big Deal is a British come...

 

Deputi Bidang Perkoperasian Kementerian Koperasi dan Usaha Kecil dan Menengah Republik Indonesia125pxSusunan organisasiDeputi-Kantor pusatJl. H.R. Rasuna Said Kav. 3-4, Kuningan, Jakarta 12940Situs webwww.depkop.go.id Deputi Bidang Perkoperasian merupakan unsur pelaksana pada Kementerian Koperasi dan Usaha Kecil dan Menengah Republik Indonesia yang berada di bawah dan bertanggung jawab kepada Menteri Koperasi dan Usaha Kecil dan Menengah.[1] Referensi ^ Peraturan Presiden Nomor 6...

Baku State University 100th anniversary medal The Jubilee medal of 100th Anniversary of Baku State University (1919-2019)” (Azerbaijani: Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı) is a state award of Azerbaijan dedicated to the 100th anniversary of the establishment of Baku State University. The award was established on October 22, 2019 in accordance with the amendments to the “Law on Establishment of Orders and Medals of Azerba...

 

TV show on breaking the record for toppling dominoes Domino DayGenreEntertainmentTelevision specialGame showCreated byRobin Paul WeijersPresented byInternational host:Linda de Mol (1999–2002)Frauke Ludowig (2004–06)Theme music composerRuud MulderCountry of originNetherlandsOriginal languagesDutch, German, EnglishNo. of seasons11No. of episodes11ProductionProduction companyEndemolOriginal releaseNetwork Netherlands SBS 6 Germany RTL Release28 August 1998 (1998-08-28) –present&#...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!