Yəhudilərin romalılara qarşı müharibəsinin tarixi (yun. Φλαυίου Ἰωσήπου ἱστορία Ἰουδαϊκοῦ πολέμου πρὸς Ῥωμαίους βιβλία) və ya qısaca Yəhudi müharibəsi — yəhudi tarixçisi İosif Flavinin yeddi cildlik kitabı. Bu, onun yunan dilində yazılmış ilk əsəri idi. Kitab b.e. 75-ci ilində, Birinci Yəhudi müharibəsinin bitməsindən dörd il sonra yazılmışdır. Kitab iki versiyada – arami və yunan dillərində mövcud idi.