XIII sülalənin süqutundan sonra Misir çoxlu müstəqil nomlara bölündü.[2] Bu dövrdə mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Ksois sülaləsi (XIV sülalə) Nil deltasının yalnız kiçik bir hissəsinə nəzarət edə bilirdi.
İkinci aralıq dövrün başlaması iqtisadi tənəzzülün dərinləşməsi ilə bağlı idi. XIII və XIV sülalələrin dövründə aclıq bütün Misiri bürüyür.
e.ə. 1700-cü ildə Nubiya Misirdən ayrılır. E.ə. 1675-ci ildə Ərəbistan yarımadasında, Fələstin bölgəsində yaşayan hiksoslar Misirə hücum edərək Nil deltasını ələ keçirir. Burada onlar Avaris şəhərinin əsasını qoyurlar.[3] Hiksos hökmdarları firon titulunu götürərək Misirdə hakimiyyətə gəlirlər. XV və XVI sülalələrin hər ikisi bu xalqın nümayəndəlidirlər.[4] Ancaq hiksoslar öz təsirlərini bütün Nil sahilində yaya bilmədilər və yalnız Aşağı Misir onların fironlarına tabe oldu. Araşdırmalara görə XIV sülalədən olan firon III Neferhotepin dövründə Misirdə yenidən aclıq yaranır.
Yuxarı Misirdə isə bu illərdə Tebes dövləti qurulur. e.ə XVII əsrdə firon Xian Tebesi Aşağı Misirə birləşdirir. Amma onun ölümündən sonra bu ərazilər yenidən müstəqilləşirlər. Tebes hökmdarları özlərinə firon titulunu götürürlər (XVII sülalə). Tebes fironu Kamos Yuxarı Misirə hücum edərək hiksosları Avarisə sıxışdırır.[5] Ondan sonra taxta çıxan I Ahmos isə Avarisi də ələ keçirərək hiksosları deltadan qovur.
I Ahmos həm də XVIII sülalənin əsasını qoyur. e.ə. 1550-ci ildə Qədim Misirdə yeni padşahlıq dövrü başlayır.
İstinadlar
↑Schneider, Thomas. Periodizing Egyptian History: Manetho, Convention, and Beyond // Klaus-Peter Adam (redaktor). Historiographie in der Antike. Walter de Gruyter. 27 August 2008. 181–197. ISBN978-3-11-020672-2. 18 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
↑Shaw, Ian, ed (2000). The Oxford History of Ancient Egypt. Oxford University Press. p. 480.
↑Turin KinglistArxiv surəti 27 sentyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-09-27 at the Wayback Machine Accessed July 26, 1006 (line X.21 of the cited web link clearly provides this summary for the dynasty: "6 kings functioning 100+X years"). The surviving traces on the X figure appears to give the figure 8 which suggests that the summation should be read as 6 kings ruling 108 years.
↑James, T. G. H. "Egypt: From the Expulsion of the Hyksos to Amenophis I." Chapter 8, Volume II of The Cambridge Ancient History.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!