Amrat mədəniyyəti

Amrat mədəniyyəti və ya I Naqada mədəniyyəti - Qədim Misirdə sülalədən öncəsi dövrə aid olan arxeoloji mədəniyyət. Təxminən eramızdan əvvəl 4000 və 3500 il əvvəl mövcud olmuş və enolit mərhələsinə aid edilir.

Amrat mədəniyyəti
Terrakota qabları
Terrakota qabları
Coğrafi region Misir
Lokallaşdırılması Yuxarı, Aşağı Misir və Nubiya
Başlama tarixi e.ə. 4000
Bitmə tarixi e.ə. 3500
Təmsil edən qədim misirlilər
Sonrakı Gerzey mədəniyyəti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Bu mədəniyyət adını ilk aşkar olunduğu yerdən, yəni tarixi Yuxarı Misir ərazisində yerləşən əl-Amradan götürmüşdür.

Naqada (Nakada) arxeoloji qazıntı arealında həm Amrat, həm də ondan sonrakı dövrdə mövcud olan Qerzey mədəniyyətinə aid olan artefaktlar tapılmışdır. Buna görə onlar həmçinin I Naqada və II Naqada adlandırılırlar.[1][2] Amrat insanları əkinçilik, maldarlıq və ovçuluqla məşğul olmuş, qonşularla ticarət aparmışlar.

Amratlılar qədim misirlilərin əcdadları hesab olunurlar.[3].

Arxeoloji abidələr

Aparılan tədqiqatlar nəticəsində amrat kəndlərinidə gildən ev qalıqları tapılmışdır. Qerzek mədəniyyətində bu cür tikinti qaydası daha da inkişaf edəcəkdi.

Ən çox əldə edilən tapıntı saxsı qablar idi ki,onların üzərində naxışlara rast gəlinir. Ancaq bu işlər hələki ibtidai və sadə idi.

Qazıntılar zamanı tapılan amuletlər əhalinin dini inanclarından xəbər verir.

Qəbirlərdə tapılan heyvan sümükləri, yemək, silah, bəzək əşyaları, heykəlciklər insanların dəfn mədəniyyəti və axirət barədə görüşləri haqqında fikir bildirməyə imkan verir.

İstinadlar

  1. Gardiner, Alan. Egypt of the Pharaohs. Oxford: University Press. 1964. səh. 390.
  2. Newell, G.D. The relative chronology of PNC I. A new chronological synthesis for the Egyptian Predynastic. ex.cathedra Press. 2012.
  3. "Религия Древнего Египта". 2012-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-29.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!