Zıonq Van Min (vyet. Dương Văn Minh, tı-nom 杨文明) (16 fevral 1916 – 6 avqust 2001, Pasadena, Kaliforniya[1][2]) — Vyetnam Respublikasının hərbi və siyasi xadimi.
O, Vyetnamda hündürboylu şəxs sayılırdı. Bu səbəbdən "Böyük Min" ləqəbini almışdı.[3]
Həyatı
1963-cü ildə prezident Nqo Din Zyemin ölümünə səbəb olan hərbi çevriliş həyata keçirmişdir. Bundan sonra o, iki ay Vyetnam Respublikasının diktatoru olmuşdur. 1975-ci ildə prezident Nquyen Van Thieu ölkədən qaçdıqdan iki gün sonra çox qısa müddətə ölkəyə yenidən rəhbərlik etmişdir. 1983-cü ildə ailəsi ilə birlikdə Fransaya getməyə icazə almış, daha sonra ABŞ-yə köçmüşdür. O, Pasadenada yaşamış, 2001-ci ildə vəfat etmişdir.
Sürgündə Zıonq Van Min heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb və heç bir xatirə qoyub getməmişdir.[4]
İstinadlar