Ziançurinski rayonu (başq. Ейәнсура районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayonun inzibati mərkəzi İsayqulova kəndidir. Yaşayış məntəqəsi Ufadan 337 km aralıda yerləşir.
Coğrafisı
Ziançurinski rayonu Orenburq vilayəti ilə sərhəddə yerləşir. Rayonun ərazisi 3342 km² təşkil edir. Zilair platosunun qərbində yerləşir. Reylefi qəliz formalıdır. Ərazisində neft, qum, dolomit və əgəng daşı ehtiyatlarına sahibdir. Ərazisindən Bolşoy İk, Bolşaya Suren, Malaya Suren, Assel, Kasmarka, Kazanbulak, Kuruil, Uskalık çayları axır. İqlimi kontinentaldır və rütubət azlığı vardır. Torpaq örtüyü əsasən qaradır. Bitki örtüyü meşə-çöl bitkilərindən ibarətdir. Meşələr rayon ərazisinin 35% təşkil edir. Burada əsasən cökə, palıd, Qovaq, ağcaqayın, tozağacı, Əsməqovaq kimi ağaclar yayılmışdır.
Tarix
Ziançurinski rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Əhali
Rayonda hər 1 km² əraziyə 8 nəfər düşür.
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Ziançurinski rayonu ərazisin milli tərkibi: başqırdlar — 70,6 %, tatarlar — 15,1 %, ruslar — 11,8 %, çuvaşlar 1 %, digər millər — 1,5 %[3].
Milli tərkib[4]
il
|
Başqırdlar
|
Tatarlar
|
Ruslar
|
1970
|
58,6 %
|
|
12,5 %
|
1989
|
65,7 %
|
|
12,9 %
|
2002
|
71,5 %
|
15,5 %
|
10,5 %
|
2010
|
70,6 %
|
15,1 %
|
11,8 %
|
İnzibati-ətazi vahidləri
Ziançurinski ayonunda 15 kənd inzibati vahidliyinə 78 yaşayış məntəqəsi daxildir[5].
İqtisadiyyat
Rayon iqtisadiyyatının əsasını kənd tərərrüfatı təşkil edir. Rayon ətlik-südlük maldarlıq və qoyunçuluq üzrə ixtisaslaşmışdır. Burada taxılçılıq, yem və qarğıdalı istehsalı inkişaf etmişdir.
Nəqliyyat
Rayonla əlaqə Ufa, Sterlitamak, Maqnitaqorsk və Orenburq yolu ilə təmin edilir.
Sosial sfera
Rayon ərazisində 70 ümumtəhsil mərkəzi, 22 orta məktəb, 34 kütləvi kitabxana, 49 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada rus və başqırd dilində «Ziançurinski zori» — «Eyəsura tandarı».
Mənbə
İstinadlar
|
---|
İnzibati mərkəz: Ufa
| | |
---|
İnzibati-ərazi bölgüsü:
| |
---|
Məqalələr: | |
---|