Nuriman rayonu (başq. Нуриман районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
İnzibati mərkəzi Krasnaya Qorka kəndidir.
Coğrafiyası
Rayon Ufa çayının aşağı axınının sol sahilində, Ufa şəhərinin şimal-şərqində yerləşir. Başqırdıstan Respublikasının İqlin, Blaqoveşensk və Karaidel rayonları, cənub-şərqdə Çelyabinsk vilayəti ilə həmsərhəddir. Rayonun sahəsi 2 634 km²-dir.
Rayonun şimal hissəsi Ufa yaylasında, cənub hissəsi Pribelskaya təpəli düzənliyində yerləşir. Meşələr ərazinin 78% -ni (205,5 min ha) tutur. Rayonda küknar, şam, ağcaqayın, cökə, palıd ağacları ilə örtülü meşələr vardır. Hidroqrafik şəbəkə Ufa çayı tərəfindən meydana gətirilir. Torpaqları: boz meşə, açıq boz, tünd boz meşə. Rayonda dolomit, əhəng daşı, qum və çınqıl, kərpic gilinin yataqları müəyyən edilmişdir.
Tarixi
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarına əsasən kantonlara bölünmə ləğv edildikdə, rayon 20 avqust 1930-cu ildə qurulur.
Əhalisi
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:
2024 - 20,27 min nəfər.
2035 - 19,58 min nəfər.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 37,4 %, tatarlar - 28%, ruslar - 22,7%, marilər – 10,2 %, digər millətlərdən olanlar - 1,7%[3].
Yerli özünü idarəetmə
Nuriman rayonu ərazisinə 12 kənd inzibati vahidliyinə ümumilikdə 52 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
Nuriman rayonu meşə və kənd təsərrüfatı ürə ixtisaslaşmışdır. Kənd təsərrüfatı torpaqları 44,6 min hektar ərazini (rayonun 16,9% -i) əhatə edir. Bura 27,8 min hektar əkin sahələri, 6,8 min hektar biçənək və 10.0 min hektar otlaq sahələri daxildir. Kənd təsərrüfatı müəssisələrinin əsas sahələri: ətlik və südlük maldarlıq, donuzçuluq, taxılçılıq, kartofçuluq. Arıçılıq da inkişaf etdirilir.
Təhsil
Rayonda 35 ümumtəhsil məktəbi, o cümlədən 12 orta məktəb, musiqi məktəbi, lisey və peşə məktəbi, 25 kütləvi kitabxana, 33 klub müəssisəsi, mərkəzi rayon və 3 kənd xəstəxanası fəaliyyət göstərir. "Qırmızı açar" adlı qəzet nəşr olunur.
İstinadlar
|
---|
İnzibati mərkəz: Ufa
| | |
---|
İnzibati-ərazi bölgüsü:
| |
---|
Məqalələr: | |
---|