Zaman səyahəti

Zaman səyahəti — zaman daxilində müəyyən nöqtələr arasında soxulcan dəliyi kimi vasitələrlə hərəkət etmək düşüncəsi. Zaman səyahəti haqda fəlsəfəfantastika sahələrində daha çox danışılır.[1][2][3]

Nəzəriyyə

Herbert Uellsin Zaman maşını kitabının ilk səhifəsi

Bəzi nəzəriyyələr xüsusilə, "xüsusiümumi nisbilik" nəzəriyyələri müvafiq məkan və zaman həndəsələri vasitəsilə zamanda keçmişə və yaxud gələcəyə getməyin mümkün olduğunu irəli sürür. Fiziklər texniki məqalələrdə əsasən zamanda "hərəkət etmək" və ya "səyahət etmək" ifadələrindən istifadə etmirlər.[4]

Nisbilik nəzəriyyələrinə əsasən, əgər bir insan Yerdən uzaqlaşıb nisbi sürətdə geri qayıdarsa, həmin insan üçün Yerdə daha çox vaxt keçmiş olar. Buna əsasən də "gələcəyə səyahət"in mümkün olduğu düşünülür. [5]

"Baba padoksu"nda isə bu deyilir:

" A şəxsinin zamanda keçmişə getdiyini və A-nın nənəsi A-nın atasına hamilə qalmadan əvvəl babasını öldürdüyünü fərz etsək, hadisələrin sonrakı hissəsi necə olar? "

Zaman turizmi

Stiven Hokinq gələcəkdə turistlərin olmamasının zamanda səyahətin varlığına qarşı bir ziddiyət olduğunu irəli sürmüşdür. Bu paradoks "Fermi paradoksu"nun başqa növ formasıdır. Amma bu paradoks zaman səyahətinin fiziki cəhətdən mümkün olduğunu sübut etmir. Çünki zaman səyahəti fiziki cəhətdən mümkün ola bilər, amma indiyə kimi istifadə edilə biləcək formada olmayıb. Zaman səyahəti inkişaf etmiş olsa belə, Hokinq başqa bir yerdə zaman səyahətinin ancaq düzgün istiqamətə yönləndirilmiş kosmos zamanınında baş verə biləcəyini və əgər gələcəyə qədər belə bir kosmos zamanı yaratmasaq zaman sərnişinlərinin o tarixdən keçmişə səyahət edə bilməyəcəklərini bildirmişdir. Bu halda biz zaman maşını ixtira edildiyi vaxta çatana qədər zaman sərnişinlərini görə bilməyəcəyik.[6]

Karl Saqan isə zaman sərnişinlərinin indiki vaxtda olduğunu amma özlərinin zaman sərnişinləri olduqlarını demədikləri ehtimalını və yaxud zaman sərnişinləri olduqlarının fərqinə varmadığımızı iddia etmişdir. Bu halda zaman sərnişinləri bilməyərəkdən bəzi hadisələri dəyişə bilər və beləcə mövcud olan keçmiş hadisələr də dəyişilər.[7]

Ümumi nisbilik

Ümumi nisbilik nəzəriyyəsinə əsasən bəzi qeyri-adi vəziyyətlərdə keçmişə səyahətin mümkün olduğu deyilir. Fiziklər kvant mexanikasını ümumi nisbilik ilə tam birləşdirən kvant cazibə nəzəriyyəsi olmadan mövzu ilə bağlı qəti qərara gələ bilməyiblər.[8]

Fizikada keçmişə səyahət

Zaman daxilində keçmişə səyahət nəzəri olaraq aşağıdakı üsullarla edilə bilər:

İşıqdan daha sürətli səyahət (FTL)

Əgər bir insan hansısa bir məlumatı və ya əşyanı işıqdan daha sürətli bir nöqtədən digər nöqtəyə apara bilsə, nisbilik nəzəriyyəsinə əsasən işarənin və ya əşyanın zamanda geriyə hərəkət etdiyi çərçivə yaranar.[9]

Soxulcan dəliyi

Albert Eynşteyn tərəfindən irəli sürülmüş kosmos zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətdir.[10]

Təcrübələr

Fizikada gələcəyə səyahət

İnsanın "gələcəyə səhayət" edə bilməsi üçün müəyyən məhdud üsullar mövcuddur:

  • Beləki bir insan Yerdən uzağa getsə və nisbi sürətdə geriyə qayıtsa, həmin insana görə bir neçə il, Yerdə isə minlərlə il keçmiş olacaq.
  • İşıq sürəti ilə uzaqdakı ulduza getmək daha sonra işıq sürətində geri - Yerə qayıtmaq (Əkiz paradoksu)
  • Zaman genişləməsi vasitəsi ilə

Bunlardan başqa qış yuxusu vasitəsi ilə də gələcəyi görməyin mümkün ola biləcəyi düşünülür.[11]

Zamanın genişləməsi

Zamanın genişləməsi

Zaman genişləməsi Eynşteynin ümumi və xüsusi nisbilik nəzəriyyələri tərəfindən qəbul edilir. Bu nəzəriyyəyə əsasən izləyiciyə görə sürətlə hərəkət edən cisimlərin onlar üçün vaxtın daha yavaş keçdiyi düşünülür.[12]

Qış yuxusu

Yaşayan orqanizmlər üçün zaman qavrayışı canlının bədən istiliyinin və maddələr mübadiləsi sürətinin azaldığı qış yuxusu ilə sürətləndirilə bilər. Beləki canlı müəyyən müddət yaşamırmış kimi olacaq. Amma zaman öz axışında olacaq. Beləcə canlı müəyyən müddət sonra oyandıqda gələcəyə səyahət etmiş olacaq.[13]

Araşdırmalar

Güman edilir ki, superkütləli cisimlər əvəzinə sirkulasiyalı lazerlər vasitəsilə zamanda səyahət etmək mümkündür. Bu fərziyyənin təcrübələr əsasında həyata keçildiyi iddia edilir.[14]

Paradokslar

Fəlsəfədə zaman səyahəti

Zaman səyahəti haqda çox sayda müxtəlif sahələrdə nəzəriyyələr irəli sürülmüşdür. Həmçinin Qədim Yunanıstanda və digər qədim dövrlərdə müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.[15]

Fəlsəfədə zaman səyahəti haqda nəzəriyyələr irəli sürənlərə misal olaraq Kurt Hödel, Laurens Sklar, Tim Maudlin, David Levis və digər filosoflar göstərilə bilər.[16][17]

Ziddiyətlərin uyğunlaşması nəzəriyyəsi

David Levis ziddiyətlərin uyğunlaşması nəzəriyyəsində belə deyir:

" Timin babasına nifrət etdiyini və onu öldürmək istədiyini düşünək. Timin problemi odurki, babası illər əvvəl ölüb. Tim babasını öldürməyi o qədər çox istəyir ki, babasının gənc olduğu 1995-ci ilə getmək və onu orada öldürmək üçün zaman maşını hazırlayır. Timin babasının yaşadığı bir vaxta gedə biləcəyini fərz edək. Əsas sual budur ki, "Tim babasını öldürə bilər?".

Timin tüfəngi və illərlə aldığı silah təhsili olduğunu, açıq havada düzgün atəş edə bildiyini və Timin tətikdəki barmağına mane olacaq xarici bir təsirin olmadığını fərz edək. Bu amilləri nəzərə alsaq Tim babasını öldürə bilər.

"

"İndi isə Timin dünyasında babasının 1955-ci ildə yox 1993-cü ildə öldüyünü düşünün. Bu vəziyyətdə uyğunlaşma mövcud ola bilməz. Beləki Tim babasını öldürə bilməz. Çünkü babası gənc olanda yox 1993-cü ildə ölmüşdür." Buna əsasən Levis iki fərqli nəticəyə gəlir:

  • Tim babasını öldürmədi amma öldürə bilər. Çünkü lazım olan hər şeyə sahibdir.
  • Tim babasını öldürmədi və öldürə də bilməz. Çünkü keçmişi dəyişdirmək mümkün deyil.

Bəs Tim babasını öldürmək istəyəndə, ona nə mane olacaq? Levisə görə, güllənin qarşısına kiminsə çıxacağı və yaxud ən sadəsi, Timin banan qabığının üstünə basıb yerə yıxılacağını düşünür. Beləcə Timin babasını öldürməyinin qarşısını alacaq bir növ bəzi məntiqi kainat gecləri olacaqdır.[18]

Xəyali fikirlər

Zaman səyahəti haqda müxtəlif insanlar tərəfindən irəli sürülmüş "xəyali fikirlər" də mövcuddur. Misal olaraq, daha çox rast gəldiyimiz elmi fantastika filmləri göstərilə bilər.[19]

Bu janrda olan filmlərdə əsasən elmi cəhətdən sübut olunmamış müxtəlif növ zaman səyahətlərinin mümkün olduğu göstərilir.[20]

Populyar mədəniyyətdə

  • Life Is Strange” videooyunun bəş qəhrəmanı olan Maks Kolfild zamanı geriyə doğru çəkə bilir.
  • Futurama” cizgi serialının başlanğıcında pizza sifarişi çatdıran Filip C. Fray mənzillərin birində ehtiyatsızlıqdan büdrəyərək dondurucu cihazın içərisinə yıxılıb min il donulu vəziyyətdə qalır. Fray gözünü 1999-cu ildə yumur və 3000-ci ilə saniyələr qalmış açır.
  • 1998-ci ildə Tobi MaquayrRiz Uizerspunun baş rol aldığı “Plezantvil” filmində qardaş-bacı televiziyada yayımlanan 1950-ci illərin ağ-qara sitkom serialına teleportasiya olunur.
  • 2020-ci ildə ekranlara çıxan “Palm-Sprinqs” filminin baş qəhrəmanları toy məclisi üçün ziyarət etdikləri şəhərcikdə eyni günü təkrar-təkrar yaşayırlar.
  • 2016-cı ildə istehsal edilmiş “11.22.63” teleserialında Ceyk Eppinq (Ceyms Franko) mərhum ABŞ prezidenti Con F. Kennedinin sui-qəsdini dayandırmaq məqsədilə zamanda səyahət edir.
  • 2012-ci ildə çəkilmiş “Güvənliyə zəmanət verilmir” filmində dəli olduğu düşünülən bir şəxs zaman səyahəti edəcəyini iddia edir.
  • 2015-ci ildə istehsal edilmiş “Project Almanac” filmində gənc oğlan atasının otağında gizli saxladığı həyata keçirməsi mümkün olan zaman maşını layihəsini aşkara çıxarır.
  • 2021-ci ildə ekranla çıxan “Keçən gecə Sohoda” filmindəki gənc tələbə qız 1960-cı illərə səyahət edə bilir.
  • 2013-cü ildə ekranlara çıxan “Free Birds” adlı cizgi filmində iki hind quşu Şükran günü ərəfəsində bütün hind quşlarını ənənəvi bayram yeməyinə çevrilməkdən xilas etmək üçün zamanda səyahətə baş vurur.

Zaman səyahəti iddiaları

İstinadlar

  1. "Zamanda dolaşmaq mümkündür?". news.milli.az (az.). 5 avqust 2015. İstifadə tarixi: 13 mart 2022.
  2. "Zamanda səyahət yolları – ELMİ BAXIŞ". azvision.az (az.). 11 fevral 2013. İstifadə tarixi: 13 mart 2022.
  3. ""Zaman maşını" ilə səyahət mümkündürmü?". azpost.info (az.). 2 yanvar 2020. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2022.
  4. "Black holes, Wormholes and Time Travel". vega.org.uk (ingilis). 2014-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-13.
  5. "SF Chronophysics". demon.co.uk (ingilis). 2020-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-03-13.
  6. "On the Net: Time Travel". asimovs.com (ingilis). Archived from the original on 2005-03-08. İstifadə tarixi: 2022-03-13.
  7. "Time Travel in Flatland?". caltech.edu (ingilis). Archived from the original on 2005-03-19. İstifadə tarixi: 2022-03-13.
  8. "NOVA Online: Time Travel". pbs.org (ingilis). 2014-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-13.
  9. "Professor Predicts Human Time Travel This Century". physorg.com (ingilis). 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-13.
  10. "Time Traveler Convention". mit.edu (ingilis). 28 oktyabr 2007 tarixində arxivləşdirilib.
  11. "Time Travel". utm.edu (ingilis). 2009-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-13.
  12. "Aparta Krystian: Conventional Models of Time and Their Extensions in Science Fiction" (PDF). net46.net (ingilis). 3 iyun 2013 tarixində arxivləşdirilib (PDF).
  13. "Time travellers from the future 'could be here in weeks'". telegraph.co.uk (ingilis). 2014-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-13.
  14. "Time machine". ac.ru (rus). 2015-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-13.
  15. "Time Travel impossible, Scientists say". foxnews.com (ingilis). 25 iyul 2011. 2014-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2022.
  16. "TIME TRAVEL IN THE GÖDEL UNIVERSE" (PDF). pitt.edu (ingilis). 2022-06-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-13.
  17. "Time Travel and Modern Physics". cambridge.org (ingilis). 5 may 2010. İstifadə tarixi: 13 mart 2022.
  18. "THE PARADOXES OF TIME TRAVEL" (PDF). csus.edu (ingilis). 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 mart 2022.
  19. "The 50 All-Time Best Time-Travel Films". imdb.com (ingilis). 21 sentyabr 2017. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2022.
  20. "20 Movies About Time Travel Ranked Worst To Best". slashfilm.com (ingilis). 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2022.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!