Vərziqanda helikopter qəzası (2024)

Vərziqanda helikopter qəzası
Qəzaya uğramış helikopterin Xudafərindən ayrılan zaman çəkilmiş son fotosu.
Qəzaya uğramış helikopterin Xudafərindən ayrılan zaman çəkilmiş son fotosu.
Ümumi məlumatlar
Tarix
Qəza növü İlkin ehtimallara görə pis hava şəraiti səbəbindən təcili edilmiş qəza enişi
Qəza səbəbi Qəza enişi, hava şəraiti
Yer Vərziqan yaxınlığı, Şərqi Azərbaycan ostanı
Koordinatlar 38°44′34″ şm. e. 46°39′37″ ş. u.HGYO
Ölkə İran İran
Sərnişin sayı 4+
Komanda 4
Ölü sayı
Qurtulan sayı 0
Qalxma yeri Qız Qalası SES
İstiqamət Təbriz, İran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vərziqanda helikopter qəzasıİran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və digər dövlət rəsmilərinin içində olduğu helikopterin 2024-cü ilin 19 may tarixində yerli vaxtla günorta saat 13:30 radələrində qəzaya uğradığı hadisə. Hadisə Vərziqan yaxınlığında baş verib.[3] Bell 212 markalı helikopterin Xudafərin körpüsündən Təbriz şəhərinə doğru hərəkətdə olarkən baş verib.

Qəza enişi etmiş helikopterdə İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs olub.[4][5][6] İran Qızıl Aypara Cəmiyyətinin 20 may tarixində yerli vaxtla səhər saatlarında yaydığı məlumata görə helikopterdə olan 9 nəfər o cümlədən İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı briqada generalı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs həlak olublar.[7][8]

İran televiziya kanallarının verdiyi məlumata görə xilasetmə əməliyyatları güclü yağış, duman və güclü külək kimi əlverişsiz hava şəraiti səbəbindən çətinliklə aparılır. Ərazinin sıx meşə və dağlıq relyefli olması da axtarış-xilas etmə işlərini çətinləşdirən amillərdən hesab olunur. İranlı dövlət rəsmilərini daşıyan helikopterin axtarış işlərinə pilotsuz təyyarələr, axtarış-xilasetmə qrupları, xüsusi təlim keçmiş itlər və Kopernik peyk sistemi cəlb edilib.[9][10]

Helikopterin qəza enişi etməsindən sonra axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən bölgəyə göndərilən[11][12] Bayraktar Akıncı pilotsuz uçuş aparatı hadisə yerini müəyyən etmişdir.[13][14]

Arxa plan

İran Prezidenti İbrahim Rəisi (solda) Azərbaycan Prezidenti İlham Əliyevlə (sağda) birlikdə Qız Qalası su elektrik kompleksinin açılışında iştirak etmək məqsədilə Azərbaycan-İran sərhədində görüşərkən. Foto məlum qəzadan bir neçə saat əvvəl çəkilib. (19 may 2024)

2024-cü ilin 19 may tarixində İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qız Qalası su elektrik kompleksinin açılışında iştirak etmək üçün Azərbaycana rəsmi səfər edib.[15] Araz çayı üzərində yerləşən Qız Qalası su elektrik kompleksi İranAzərbaycanın birgə icra etdiyi sayca üçüncü layihədir.[5][16] Qəzadan bir gün əvvəl İran Milli Meteorologiya Agentliyi Şərqi Azərbaycan ostanı üçün elədə xarakterik olmayan narıncı hava xəbərdarlığı siqnalı verib və ərazidə hava şəraitinin əlverişsiz olacağını açıqlamışdı. [17]

Qəza

19 may tarixində İran PrezidentiAzərbaycan Prezidenti Azərbaycan–İran sərhədi boyunca yerləşən Qız qalasıXudafərin SES elektrik kompleklərinin açılışı məqsədilə görüşüblər.[18] Elektrik kompleklərinin açılışlarından sonra İbrahim Rəisi, Hüseyn Əmir Abdullahiyan, Məhəmməd Əli Əl-Haşimi[19]Malik Rəhməti Təbriz yaxınlığında yerləşən neft emalı zavodunun açılışında iştirak etmək üçün Təbrizə[20] doğru yola düşüb. İbrahim Rəisinin yanında onun mühafizə xidmətinin rəhbəri olan İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Məhəmməd Mehdi Musəvidə olub.[21]

İranlı rəsmilər İran İslam İnqilabından əvvəl İran Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilmiş Bell 212 markalı ABŞ istehsalı helikopterlə hərəkət ediblər. Qəzaya uğramış helikopter İran Hərbi Hava Qüvvələrinin iki polkovnik rütbəli pilotu və bir mayor rütbəli uçuş texniki tərəfindən idarə olunub.[22] İran rəsmilər üç eyni markalı helikopter konvoyu ilə hərəkət ediblər. İran Prezidenti olan helikopterlə əlaqə kəsildikdən sonra digər iki helikopter yaxınlıqda yerləşən mis anbarının həyətinə təcili eniş edib.[23]

Helikopter yerli vaxtla saat 13:30 radələrində İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan Uzi[24] kəndindən təqribən 2 kilometr cənub-qərbdə, Dizmar meşə zolağının ərazisində qəzaya uğrayıb.[20][25]

Digər vertolyotlardan birində səyahət edən Prezident Aparatının rəhbəri Qulam-Hüseyn İsmaili ifadə edib ki, helikopterlər yerli vaxtla 13:00 radələrində havaya qalxıblar. Aparat rəhbərinin sözlərinə görə uçuşun əvvəlində və qəza xəbəri alıb, təcili eniş edənə qədər hava şəraiti normal olub. Uçuşun 45-ci dəqiqəsində helikopter konvoyuna rəhbərlik edən və İran Prezidentinin olduğu helikopterin pilotu yaxınlaşmaqda olan buluddan yayınmaq üçün digər helikopter pilotlarına hündürlüyü artırmaq barədə əmr verib. Müvafiq əmrdən təxminən 30 saniyə sonra digər helikopter pilotları konvoyun aparıcı pilotu ilə əlaqənin kəsildiyini görüblər.

Digər iki helikopter itkin düşmüş helikopterlə bir necə dəfə əlaqə saxlmağa cəhd göstərsələrdə heç bir cavab ala bilməyiblər. Konvoyda olan digər helikopterlər İran Prezidenti olan helikopteri axtarmaq üçün geri qayıdıb, yenidən əlaqə qurmağa cəhd göstəriblər. Ərazinin bulud qatı ilə əhatə olunması və müşahidə məsafəsinin aşağı düşməsi səbəbindən digər helikopter pilotları yaxınlıqdakı mis mədəninin ərazisinə təcili eniş etmək barədə qərar qəbul ediblər. Mis anbarının ərazisinə eniş etdikdən sonra pilotlar Rəisinin helikopterini idarə edən kapitan pilotla əlaqə saxlamağa cəhd ediblər, ancaq zənglər cavabsız qalıb.

Prezident Aparatının rəhbəri Qulam-Hüseyn İsmaili İran KİV-lərinə sonradan verdiyi müsahibəsi zamanı Məhəmməd Əli Əl-Haşimi ilə telefon əlaqəsi yarada bildiyini bildirib. Qulam-Hüseyn İsmailinin dediklərinə görə Məhəmməd Əli Əl-Haşimi yaralı olduğunu, ətrafında heç kimin olmadığını və nəyin baş verdiyini xatırlamadığını deyib. Qısa müddət sonra Qulam-Hüseyn İsmaili və Məhəmməd Əli Əl-Haşimi arasında ikinci telefon danışığı baş tutub. Həmin danışıq zamanı Məhəmməd Əli Əl-Haşimi vadi bənzəri bir ərazidə olduğunu qeyd edib və vəziyyətinin yaxşı olmadığını yenidən vurğulayıb. Ehtimal olunur ki, qəzaya uğramış helikopterdə olan şəxslərin hər biri qəza anında həlak olublar, bir tək Məhəmməd Əli Əl-Haşimi bir necə saat yaşaya bilib, ancaq aldığı yaralar səbəbindən xilasedicilər gələnə qədər vəfat edib.[26]

Digər iki helikopterdə səyahət edən energetika naziri Əli Əkbər Mehrabian və Mənzil və Nəqliyyat Naziri Mehrdad Bəzrpaş qəzaya uğramış helikopterlə əlaqə kəsildikdən sorna geri qayıdıb on beş-iyirmi dəqiqə havadan uğursuz axtarışlar aparıblar.[27] Mis anbarının həyətinə edilmiş təcili enişdən bir müddət sonra konvoyda olan digər iki helikopter Təbriz şəhərinə doğru istiqamətlənib və qısa müddətdə təyin olunmuş yerə çatıb.[28] Qəza zamanı helikopterdə 8 nəfər olub.[29]

Axtarış və xilasetmə

İran Prezidenti İbrahim Rəisinin içində olduğu helikopterin qəzaya uğraması ilə bağlı ilk xəbər İrandakı KİV-lər tərəfindən yerli vaxtla saat 16:00-da yayımlanıb. İran İslam Respublikasının Daxili İşlər Naziri Əhməd Vahidi tərəfindən verilmiş ilk açıqlamaya görə İbrahim Rəisinin olduğu helikopter pis hava şəraiti və qatı duman səbəbindən təcili qəza enişi etmək məcburiyyətində qalıb.[27][30]

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Baqir İranın bütün hərbi qüvvələrini axtarış-xilasetmə əməliyyatlarına cəlb olunması barədə əmr verib. Ərazidə olan güclü duman axtarış-xilasetmə işlərini vaxtında aparılmasına ciddi təsir göstərib. İran KİV-lərinin verdiyi məlumata görə ilk xilasetmə qrupu hadisə yerinə qəzadan 7 saat sonra təqribən 20:00-da çata biliblər.[31] İran Qızıl Aypara Cəmiyyətinin 40 nəfərdən ibarət xilasedici qrupu və naməlum sayda pilotsuz uçuş aparatları[32] hadisə yerinə göndərilib.[33]

Qəza nəticəsində helikopterdə olan səkkiz nəfərdən yeddisi qəza anında həlak olublar, bir tək İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi bir necə saat sağ qalmağı bacarıb. Haşimi İran Prezident Aparatının rəhbəri Qulam-Hüseyn İsmaili ilə iki dəfə, bir dəfə isə İran Qızıl Aypara Cəmiyyətinin rəsmisi ilə telefon əlaqəsi saxladıqdan sonra qəza nəticəsində aldığı xəsarətlərdən vəfat edib.[34][35]

Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Yanes Lenarçiç bəyan edib ki, Avropa İttifaqı İranın xahişi əsasında Kopernik Fövqəladə İdarəetmə Xidmətini aktivləşdirib.[36] Azərbaycan, İraq, Qətər, Ermənistan, TürkiyəRusiya axtarışların aparılması ilə bağlı İran tərəfinə öz köməkliyini təklif ediblər.[37][38][39] Rusiya Federasiyası axtarış-xilasetmə işlərində iştirak etmək məqsədilə İrana iki təyyarə, axtarış-xilasetmə helikopteri və 50-yə yaxın şəxsi heyət göndərib.[40] Amerika Birləşmiş Ştatları rəsmiləri İran tərəfindən yardım göstərilməsi ilə bağlı xahiş aldıqlarını, lakin maddi-texniki səbəblərdən bu yardımın mümkün olmadığını ifadə ediblər.[41]

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata görə İran tərəfi onlardan gecə görüşlü axtarış-xilasetmə helikopteri istəyib.[42] ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə oxşar tələb ABŞ tərəfindən də istənilib, ancaq logistik səbəblərdən tələbin icra edilməsi mümkün olmayıb.[43] Türkiyənin Bayraktar Akıncı pilotsuz uçuş aparatı qəzaya uğramış helikopterin dəqiq yerini təyin edib. Bayraktar Akıncı qəza yeri kimi Azərbaycan-İran sərhədindən 20 kilometr cənubda, sıldırım dağ yamacında olduğu ərazini işarə edib.[44][45] Türkiyə tərəfinin göndərmiş olduğu pilotsuz uçuş aparatı İran tərəfinin tələbi əsasında silahsız şəkildə axtarış-xilasetmə prosesini icra ediblər.[46]

Qəzadan bir neçə saat sonra İran kütləvi informasiya vasitələri helikopterin dəniz səviyyəsindən 2.200 metr hündürlükdə yerləşən ərazidən tapıldığını və hadisə yerində heç bir həyat əlamətinin olmadığını bildiriblər.[47] Helikopterin quyruq hissəsi istisna olmaqla, gövdə hissəsi toqquşmanın təsirindən tamamilə yanıb.[48] 20 may tarixində helikopterdə olan şəxslərə məxsus cəsədlərin aşkarlanmasından sonra axtarış-xilasetmə işləri başa çatdırılıb.[49] Qismən və ya tamamilə yanmış cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizanın identifikasiyası prosesi keçirilməyib.[50] Qəza nəticəsində həlak olan iranlı dövlət və hərbi xadimlərinin cənazə Təbriz şəhərinə aparılıb.

Qəzadan sonra

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi 1981-ci ildə baş vermiş partlayış zamanı həlak olmuş Məhəmmədəli Rəcaidən sonra İranda vəzifədə olduğu müddətdə həlak olmuş ikinci dövlət başçısıdır.[51] İran Konstitusiyasına görə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edə bilmədikdə səlahiyyətlər birinci vitse-prezidentə keçir. Bu səbəbdən 20 may tarixində İbrahim Rəisinin dövründə birinci vitse-prezident vəzifəsini icra etmiş Məhəmməd Müxbir məlum qəzadan sonra İran prezidentinin səlahiyyətlərinin icraçısı kimi tanınıb. İran Nazir Kabineti tərəfindən 20 may tarixində verilmiş açıqlamada hökumətin işində heç bir fasilə olmadan fəaliyyətə davam ediləcəyi vurğulanıb.

Reaksiyalar

Daxili

İranlılar arasında reaksiyalar qarışıq olub.[52] İbrahim Rəisinin ölümünün təsdiqlənməsindən əvvəl ölkənin müxtəlif yerlərində onun üçün dualar oxunurdu.[53] Eyni zamanda İranda insanların bayram atəşfəşanlığı keçirən, musiqi çalan, rəqs edən və s. kimi videoları da sosial şəbəkələrdə yayılmağa başladı.[54] Həmçinin sosial mediada İbrahim Rəisinin prezidentliyi dövründə baş vermiş Məhsa Əmini etirazları zamanı insanların öldürülməsi və yaralanması ilə bağlı görüntülər paylaşıldı.[55] Tehran polisi Rəisinin ölümünə ictimaiyət arasında sevinənlərə mühakimə olunacaqları ilə bağlı xəbərdarlıq edib.[54]

İbrahim Rəisinin ölümünün təsdiqlənməsindən sonra Əli Xamenei tərəfindən ölkədə 5 günlük milli matəm elan edildi.[56] Yüzlərlə insan Vəliye-əsr meydanında prezidentin matəmi üçün toplaşdı.[56] İran Ekspertlər şurasının 21 may, 2024 tarixində keçirilən iclasında Rəisinin çiçəklə halqalanmış portreti kreslosu üzərinə qoyuldu.[57] Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qəzada ABŞ-ni günahlandıraraq qeyd etdi ki, ABŞ-nin İrana təyyarə və aviasiya hissələrinin satışına embarqo qoyması "ABŞ-nin İran xalqına qarşı cinayətləri siyahısında qeyd ediləcək".[56]

Mühacirətdə olan İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcavi, Rəisi irsinin 1988-ci ildə iranlı siyasi məhbusların edam edilməsindəki rolu ilə əlamətdar olduğunu söylədi və əlavə edərək Rəisinin ölümünün "mollaların ali lideri Əli Xamneiyə və bütün rejimə monumental və düzəlməz strateji zərbə" olduğunu, Xamneinin rəhbərliyində "bir sıra əks-səda və böhranlara" səbəb olacağını qeyd etdi.[52] Həbsdə olan aktivist Nərgiz Məhəmmədinin həyat yoldaşı Tağı Rəhmani, Rəsinin ölümünün sistemin sturukturunda heçbir dəyişikliyə səbəb olmayacağını bildirdi.[54] İranın diaspora üzvlərindən bəziləri bu hadisəni bayram kimi qeyd ediblər, bəziləri isə sosial şəbəkələrdə İran hökumətindən narazılıqlarını ifadə ediblər.[58][59]

Xarici

Axtarışlar zamanı Azərbaycan Prezidenti İlham Əliyev,[60] Kuba Prezidenti Migel Dias-Kanel,[61] Hindistanın Baş naziri Narendra Modi,[62] Maldiv Prezidenti Məhəmməd Muizzu,[63] Pakistanın Baş Naziri Şahbaz Şərif,[64] Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,[65] Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş,[66] İraq hökuməti[67] və Əfqanıstan,[68] İordaniya,[69] Küveyt, Oman,[70] Qətər, Rusiya və Səudiyyə Ərəbistanının xarici işlər nazirlikləri tərəfindən dəstək təklifləri gəldi.[71]

Rəsinin və helikopterdəki digər şəxslərin ölümünün təsdiqlənməsindən sonra bir çox ölkənin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən başsağlığı verildi. Həmçinin Banqladeş,[72] Kuba,[73] Hindistan,[74] Livan,[75] Pakistan, Şri-Lanka,[76] Suriya,[77] Tacikistan,[78] Tailand[79]Türkiyə[80] matəm günləri elan edildi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Rəisi bir dəqiqəlik sükutla yad edildi.[81]

İranın dəstəklədiyi bütün islamçı silahlı qruplar tərəfindən başsağlığı verildi. Yəməndəki Husi qüvvələrinin Xarici İşlər Naziri Məhəmməd əl-Husi İran xalqına, hökümətinə və həlak olanların ailələrinə başsağlığı verdi.[82] Həmas rəhbərliyi açıqlamasında "şərəfli bir tərəfdarın" yasını tutduqlarını qeyd etdi.[83] Həmas rəsmisi İsmayıl Haniyə Tehranda Rəsinin dəfn mərasimində iştirak etdi.[84] Hizbullah da Rəisi üçün yas tutaraq onu Müqavimət Oxunun hamisi kimi təsvir etdi.[85]

İstinadlar

  1. Pratap R. M. Iran President Ebrahim Raisi Among 9 Killed In Helicopter Crash. Times Now, 2024.
  2. Iran meldet Tod von Präsident Raisi. Frankfurter Allgemeine Zeitung, 2024.
  3. Fassihi, Farnaz. "Helicopter Carrying Iran's President Has Crashed, State Media Reports". The New York Times. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  4. "İran prezidentinin həlak olduğu helikopterdə 9 nəfər olub". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  5. 1 2 "Helicopter carrying Iran's president suffers a 'hard landing,' state TV says without further details". AP News. 2024-05-19. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  6. "Helicopter carrying Iran's president Raisi makes rough landing, says state TV". Reuters. 2024-05-19. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  7. "'No signs of helicopter's occupants being alive': Red Crescent". Al Jazeera. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  8. Taylor, Jerome. "Drone footage shows wreckage of crashed helicopter". CNN. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  9. Raice, Shayndi; Eqbali, Aresu. "Iran Says Helicopter Carrying Its President Is Missing After 'Difficult Landing'". The Wall Street Journal. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  10. "EU activates mapping service to aid search effort". BBC News. 19 May 2024. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  11. "Türkiyə İrana xilasedici qruplar göndərib". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  12. "Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  13. ""Bayraktar AKINCI" İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  14. ""Bayraktar AKINCI"nın İrandakı axtarış fəaliyyəti dünyada ən çox izlənən uçuş olaraq qeydə alınıb VİDEO". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  15. "Ceremony to commission "Khudafarin" hydroelectric complex and inaugurate "Giz Galasi" hydroelectric complex was held with participation of Azerbaijani and Iranian Presidents". Azerbaijan State News Agency. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  16. "Qiz-Qalasi Dam symbol of cooperation between Tehran, Baku". Mehr News Agency. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  17. "روایت خبرنگار تسنیم از منطقه سانحه بالگرد رئیس‌جمهور + فیلم" [Tasnim reporter's narration from the area of the president's helicopter accident + video]. Tasnim News Agency (fars). 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  18. "Ceremony to commission "Khudafarin" hydroelectric complex and inaugurate "Giz Galasi" hydroelectric complex was held with participation of Azerbaijani and Iranian Presidents". Azerbaijan State News Agency. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  19. Regencia, Ted. "Who was on the missing helicopter?". Al Jazeera. 19 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  20. 1 2 Fassihi, Farnaz. "Helicopter Carrying Iran's President Has Crashed, State Media Reports". The New York Times. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  21. "Ebrahim Raisi: What we know about deadly Iran helicopter crash". BBC. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  22. "Who died alongside Iran's President Raisi in the helicopter crash?". Al Jazeera. 20 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  23. "Sisin ardındaki sis... İran lideri Reisi, iç çekişmeye mi kurban gitti?". Türkiye Gazetesi. 21 May 2024. 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024.
  24. "اخبار حادثه سقوط بالگرد/ شهادت رئیس جمهور، وزیر خارجه و همراهان" [News of the collapse incident / testimony of the President, Foreign Minister and their companions] (fars). Mehr News Agency. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  25. "President Raisi's helicopter crashes in Iran: What we know so far". Al Jazeera. 20 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  26. "Official reveals more details of president Raisi's copter crash". IRNA. 21 May 2024. 22 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024.
  27. 1 2 Motamedi, Maziar. "Search under way after helicopter carrying Iran's president Raisi crashes". Al Jazeera. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  28. "What do we know so far about Iranian president's helicopter 'accident'". France 24. 20 May 2024. İstifadə tarixi: 20 May 2024.
  29. "Supreme Leader performs prayers over bodies of president Raisi, companions". IRNA. 22 May 2024. 22 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024.
  30. "Iran's hard-line president still missing after likely helicopter crash in foggy, mountainous region". Associated Press News. 20 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  31. "The dispatched rescue teams will reach the probable coordinates of president Raisi's helicopter within half an hour, state media is reporting". The Guardian. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  32. Radford, Antoinette; Andone, Dakin; Shen, Michelle; Almasy, Steve; Meyer, Matt. "Live updates: Iranian President Raisi involved in helicopter crash". CNN. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  33. Makoii, Akhtar; Abrahams, Jessica; Smith, Benedict; Zagon, Chanel. "Iranian president Ebrahim Raisi 'missing' after helicopter makes hard landing". The Telegraph. 19 May 2024. ISSN 0307-1235. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  34. Andrews, Hillary. "Thick fog hampers efforts to find Iran's president after reported helicopter crash". FOX Weather. 2024-05-19. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  35. "Iranian official: Contact made with passenger and crew member". The Guardian. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  36. Janez Lenarčič [JanezLenarcic]. "Upon Iranian request for assistance we are activating the EU's @CopernicusEMS rapid response mapping service in view of to the helicopter accident reportedly carrying the President of #Iran and its foreign minister. #EUSolidarity" (Tweet). İstifadə tarixi: 19 May 2024. Missing or empty |date= (help)
  37. "Turkey's Erdogan offers Iran 'all necessary support' in Raisi search". Al Arabiya. AFP. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  38. Ministry of Foreign Affairs Armenia [MFAofArmenia]. "Shocked by the news coming from #Iran. Our thoughts & prayers are w/President Raisi, Minister @Amirabdolahian & all others reported to be at the site. As rescue operations continue, #Armenia, as a close & friendly neighbor of Iran, is ready to provide all necessary support. @IRIMFA_EN" (Tweet). İstifadə tarixi: 19 May 2024. Missing or empty |date= (help)
  39. "Russia ready to help: Foreign ministry". Al Jazeera. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  40. "اعزام دو فروند هواپیمای پیشرفته و بالگردهای ویژه روسیه به تبریز - خبرآنلاین". khabaronline.ir. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2024.
  41. "US says Iran sought help over president crash". France 24. 20 May 2024. İstifadə tarixi: 22 May 2024.
  42. ragipsoylu. "Iran requested a night vision search and rescue helicopter from Turkey, says Turkish disaster management agency AFAD" (Tweet). Missing or empty |date= (help)
  43. "Iran asked US for assistance following Raisi's helicopter crash, State Dept says". The Jerusalem Post. 2024-05-20. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  44. "Iran's President Ebrahim Raisi confirmed dead in helicopter crash". Al Jazeera. 19 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  45. "Türkiye's Akinci UAV identifies source of heat suspected to be crash site of Iranian president's helicopter". Anadolu Agency. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  46. "Baykar Yönetim Kurulu Başkanı Bayraktar: AKINCI, vadilerin arasında manevra yaparak uçmak durumunda kaldı" (türk). Anadolu Agency. 21 May 2024. 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2024.
  47. "Crashed helicopter found by search teams, state TV reports". The Guardian. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  48. Wintour, Patrick. "'No sign of life' at crash site, state TV says". The Guardian. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  49. Sheils McNamee, Michael. "Iran declares five days of mourning for president". BBC. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  50. "Death in the fog: the grim search for Raisi's helicopter". France 24. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  51. "Iran's president, foreign minister and others found dead at helicopter crash site, state media says". Associated Press. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  52. 1 2 "Exiled opposition group says Raisi death 'monumental blow' to Iran". France 24. AFP News. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  53. Iran president Ebrahim Raisi dead in helicopter crash. Channel 4 News. 20 May 2024. 22 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024 – YouTube vasitəsilə. Broadcast reaction to Raisi's death was mixed, to put it mildly, and fell into two categories. At one end of the emotional extreme, regime supporters mourning his death featured heavily on Iranian television today [...] On the other end, celebratory videos like this went viral.
  54. 1 2 3 Parent, Deepa. "'People are in no mood to mourn': mixed reactions in Tehran after death of President Ebrahim Raisi". The Guardian. 20 May 2024. ISSN 0261-3077. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  55. Kalbasi, Bahman. "How Iranians reacted to president's helicopter crash". BBC. 21 May 2024. 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2024.
  56. 1 2 3 Gambrell, Jon. "Iran's president and foreign minister die in helicopter crash at moment of high tensions in Mideast". AP News. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024.
  57. "Mourners begin days of funerals for Iran's president and others killed in helicopter crash". AP News. 21 May 2024. 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2024.
  58. "How is the Iranian diaspora responding to President Raisi's death?". TRT World. 20 May 2024. 23 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2024. In North America, swathes of Iran's diaspora took to social media to express their dissatisfaction with the Iranian government. [...] "Raisi's demise will thrill many Iranians. However, the depth of the tragedy lies in the fact that Iranians can envision no future other than (a) disaster for their depleted & exhausted nation," he wrote on X. Other analysts in the diaspora are even more cynical, like Karim Sadjadpour.
  59. Lawless, Jill. "From London to Los Angeles, many Iranians overseas cheer, and fear, after president's death". AP News. 22 May 2024. 22 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024.
  60. presidentaz. "Today, after bidding a friendly farewell to the President of the Islamic Republic of Iran, Ebrahim Raisi, we were profoundly troubled by the news of a helicopter carrying the top delegation crash-landing in Iran" (Tweet). 19 May 2024.
  61. DiazCanelB. "Consternados por las noticias, expresamos al Líder Supremo Ayatolá Ali Khamenei y al querido pueblo de la República Islámica de Irán" (Tweet) (ispan). 19 May 2024.
  62. Narendra Modi [narendramodi]. "Deeply concerned by reports regarding President Raisi's helicopter flight today. We stand in solidarity with the Iranian people in this hour of distress, and pray for well being of the President and his entourage" (Tweet). İstifadə tarixi: 19 May 2024. Missing or empty |date= (help)
  63. "The President expresses concern over helicopter incident involving the President of Iran and senior delegation". The President's Office. 19 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  64. Shehbaz Sharif [CMShehbaz]. "Heard the distressing news from Iran regarding Hon. President Seyyed Ebrahim Raisi's helicopter. Waiting with great anxiety for good news that all is well. Our prayers and best wishes are with Hon. President Raisi and the entire Iranian nation" (Tweet). İstifadə tarixi: 19 May 2024. Missing or empty |date= (help)
  65. Balkiz, Karya Naz. "Türkiye monitoring helicopter crash involving Iranian president". TRT World. 19 May 2024. 19 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2024.
  66. Sitat səhvi: Yanlış <ref> teqi; rtr adlı istinad üçün mətn göstərilməyib
  67. Sitat səhvi: Yanlış <ref> teqi; rtr2 adlı istinad üçün mətn göstərilməyib
  68. mofa_afg. "وزارت امور خارجۀ امارت اسلامی افغانستان گزارش‌هایی پیرآمون سرنوشت هلیکوپتر جلالتمآب ابراهیم رئیسی رئیس‌جمهوری اسلامی ایران" (Tweet) (fars). İstifadə tarixi: 19 May 2024. Missing or empty |date= (help)
  69. "Jordan follows with great concern reports about Iranian president's plane incident". Jordan Times. 19 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  70. "Oman expresses solidarity with Iran and stands ready to provide help and support". Foreign Ministry of Oman. 19 May 2024. 1 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2024.
  71. Sitat səhvi: Yanlış <ref> teqi; rtr4 adlı istinad üçün mətn göstərilməyib
  72. "Raisi's death: Bangladesh announces national mourning on Thursday". The Business Standard. 21 May 2024. 22 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2024.
  73. "Cuba decreta duelo oficial por la muerte del presidente de Irán" [Cuba decrees official mourning for the death of the President of Iran]. Los Tiempos (ispan). 21 May 2024. 22 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024.
  74. Bhattacherjee, Kallol; Haidar, Suhasini. "India to observe state mourning on May 21 for President Raisi's death". The Hindu. 20 May 2024. ISSN 0971-751X. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  75. "Between Lebanon and Iran, a mixed reception to Iranian president's death". L'Orient Today. 24 May 2024. 24 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2024. In Lebanon, a three-day national mourning period was declared on Monday by caretaker Prime Minister Najib Mikati. Lebanese flags were flown at half-mast over public buildings, while "the usual radio and TV programs [were] adapted to the circumstances." Iran's Supreme Leader thanked Lebanon for its condolences and for the three days of "national mourning."
  76. "Sri Lanka declares day of mourning after Iranian President Raisi's death". Ada Derana. 20 May 2024. 19 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024.
  77. "Worry in Damascus, joy in rebel areas at Raisi's death". Al-Monitor. Agence France-Presse. 20 May 2024. 24 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2024. The dramatic events have dominated conversations in Damascus, where flags flew at half-mast at official buildings and the government has declared three days of mourning.
  78. "Eight countries declare mourning over Iranian President's death". Armenpress. Armenia. 21 May 2024. 25 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2024. Earlier it was reported that Iraq, Lebanon, Pakistan and Syria declared mourning. India, Tajikistan and Turkey also joined these countries. One-day mourning has been declared in most countries, only in Syria and Lebanon it will last three days, and in Tajikistan – two days.
  79. "Flags at half-mast for late Iranian president". Bangkok Post. 21 May 2024. 24 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2024.
  80. "Erdoğan açıkladı: Reisi için bir günlük milli yas ilan ediyoruz". Dünya. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.
  81. Martin, Daniel; Barnes, Joe. "Ministers refuse to use tribute to Iranian president drawn up by Foreign Office staff". The Telegraph. 21 May 2024. ISSN 0307-1235. 21 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2024.
  82. Farhat, Beatrice. "From China to Houthis, leaders and groups react to death of Iran's Raisi". Al-Monitor. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2024.
  83. "Hamas Mourns Raisi Death, Hails His 'Support For Palestinian Resistance'". Barron's. Agence France Presse. 20 May 2024. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2024.
  84. Gadzo, Mersiha; Stepansky, Joseph. "Hamas's Haniyeh attends Raisi's funeral in Tehran". Al Jazeera. 22 May 2024. 24 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2024.
  85. "Hezbollah Mourns Iran's Raisi As 'Protector Of The Resistance'". Barron's. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2024.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!