Armenpress

Armenpress
Loqonun şəkli
Ölkə
Sahibi Ermənistan
Təsis edilib 18 dekabr 1918
Təsisçi
Dili erməni dili, ingilis dili, rus dili, fransız dili, ərəb dili, türk dili, ispan dili
Baş qərargahi
Veb-saytı armenpress.am

Armenpress (erm. Արմենպրես) — Ermənistanın ən köhnə və əsas dövlət[1] xəbər agentliyi.[2]

Tarixi

"Armenpress" 18 dekabr 1918-ci ildə Ermənistan Demokratik Respublikası hökuməti tərəfindən Ermənistan Teleqraf Agentliyi kimi təsis edilmişdir. Agentliyin yaradılmasında Simon Vratsyanın mühüm rolu olmuşdur.[3] 1920-ci ildə Ermənistan SSR-nin əsasının qoyulmasının ardınca agentliyin adı dəyişdirilərək "Armenkavrosta", sonra isə "Armenrosta" və "Armenta" olmuşdur. 1972-ci ildə onun adı yenə dəyişdirilərək "Armenpress" olmuşdur. SSRİ dövründə, 1920-ci ildən 1991-ci ilə qədər agentlik "ictimai məlumatın rəsmi icazəli mənbəyi" kimi fəaliyyət göstərmiş və Ermənistan Kommunist Partiyasının birbaşa nəzarəti altında olmuşdur.[4] "Armenpress" indiki dövrdə "Reuters", "SİTA" (Rusiya) və "Sinxua" (Çin) xəbər agentlikləri ilə əməkdaşlıq edir. Qara Dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasının üzvüdür.[5] "Armenpress"in icad etdiyi bir çox neologizm erməni dilinə daxil olmuşdur.[6]

İstinadlar

  1. Martino, John, redaktorWorldwide Government Directory with Intergovernmental Organizations 2013. 2013. səh. 56. ISBN 9781452299372.
  2. Shrivastava, K.M. News Agencies from Pigeon to Internet. Elgin, IL: New Dawn Press. 2007. səh. 190. ISBN 9781932705676.
  3. Ayvazyan, Hovhannes, redaktorՀեռագրա-լրատվական գործակալություններ // Հայաստան հանրագիտարան [Armenia Encyclopedia] (erməni). İrəvan: Ermənistan Ensiklopediyası. 2012. səh. 787.
  4. Suny, Ronald G. Armenia, Azerbaijan, and Georgia. Washington, DC: DIANE Publishing. 1996. səh. 63. ISBN 9780788128134.
  5. "Albanian Telegraphic Agency - ATA". BSANNA. 11 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 January 2014.
  6. Ananikyan, R. Արմենպրես // Hambardzumyan, Viktor (redaktor). Ermənistan Sovet Ensiklopediyası (erməni). İrəvan. 1976. səh. 96. Ա․ ստեղծել է շատ տերմիններ և նորաբանություններ, որոնք մտել են արդի հայերենի բառապաշարի մեջ։

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!