İran İslam Respublikasının Ali Rəhbəri (fars. رهبر جمهوری اسلامی ایران) və ya qeyri-rəsmi olaraq İslam İnqilabının Böyük Rəhbəri (fars. رهبر معظم انقلاب اسلامی), Ali Rəhbərlik Orqanı (fars. مقام معظم رهبری), Fəqih (fars. فقیه) — İran İslam Respublikasının dövlət başçısı.
İran Ali Rəhbərinin referendum təyin etmək; xalq seçimlərində seçilən prezidentin prezidentliyini təsdiq etmək; müharibə və sülh elan etmək və qüvvələri səfərbər etmək; Silahlı Qüvvələrin Ali Baş Komandanı; məhkəmə hakimiyyətinin başçısını təyin etmək; radio və televiziya qurumunun başçısını təyin etmək kimi səlahiyyətləri vardır.[1] Beləliklə, silahlı qüvvələr, məhkəmə sistemi, dövlət radio və televiziya və digər əsas hökumət təşkilatları Ali Rəhbərin idarəsi altındadır. İranın hal-hazırkı Ali Rəhbəri Əli Xamenei fərmanlar imzalayır və xarici siyasət, iqtisadiyyat, təhsil, ətraf mühit, mili layihələşdirilmə və bu kimi önəmli səhələrdə son qərarı verir.
İran portalı İslam portalı
Gerb • Bayraq • Himn • Dövlət quruluşu • Konstitusiya • Parlament • İnzibati bölgü • Coğrafiya • Şəhərlər • Paytaxt • Əhali • Dillər • Tarix • İqtisadiyyat • Kənd təsərrüfatı • Energetika • Valyuta • Mədəniyyət • Din • Kinematoqraf • Ədəbiyyat • Musiqi • Bayramlar • İdman • Təhsil • Elm • Nəqliyyat • Turizm • Poçt (tarixi və markaları) • İnternet • Silahlı qüvvələr • Xarici siyasət Portal "İran"