Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun Potu kənd inzibati ərazi dairəsində kənd.[1]
Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.[3]