Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun Qaraman kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Toponimikası
Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır. Onlar Volqa boyunda IX əsrdə bir dövlət yaratmış, XI əsrdə qıpçaqlarla toqquşmada məğlub olmuş və bir hissəsi Azərbaycana gəlmişdir. Azərbaycanda müxtalif variantlarda beş Qaraman adlı kənd qeyda alınmışdır. Qaraqoyunlu Qara Yusifin qoşun başçısının adı Qaraman olmuşdur. XIV əsrin ikinci yarısında Bərdə və Gəncə mahalları köçəri qaramanlı tayfasından əmir Yarəhməd Qaramanın əyaləti idi. XIX əsrin ortalarına aid sənədlərdə indiki Salyan rayonunun ərazisində 29 ailədən ibarət qaramanlı adlı köçəri tayfanın yaşaması göstərilir. Oturaqlaşdıqda onlar Aşağı və Yuxarı Qaramanlı kəndərini əmələ gətirmişdilər.[3]
Coğrafiyası və iqlimi
Kənd ovalıqda yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 823 nəfər əhali yaşayır.[4]
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Kəndlər | |
---|