Təhlükəli Düşüncələr (ing. Dangerous Minds) — 1995-ci ildə rejissor John N. Smith tərəfindən çəkilmiş film. Film yazıçı LouAnne Johnsonun "My Posse Don't Do Homework" adlı avtobioqrafik hekayəsinin motivləri əsasında çəkilmişdir.
LouAnne Johnson ABŞ-nin dəniz piyada korpusu hissəsindəki xidmətini bitirir. Kaliforniya kolleclərindən birinə İngilis dili müəlliməsi olaraq işə qəbul olur. Onun tələbələri kasıb təbəqənin narazı yeniyetmələri olur,əksəriyyəti özlərini həyatın cəmiyyətə zidd obrazı olaraq görür,küçə dəstələrinə qoşulur və narkotiklərin dövriyyəsi ilə məşğul olurlar. Əvvəlcə LouAnne qəti olaraq dərs deməkdən imtina edir. Lakin sonra fikrindən daşınır. İkinci dərs günündə tələbələrini normal həyata qaytarmaq üçün maraqlı yola əl atar — onlara ABŞ-nin dəniz piyada korpusunda xidmət etdiyindən və karate haqqında danışır.