TikTok (çin.抖音; Dǒuyīn) — Çinin ByteDance şirkətinə məxsus olan video paylaşma platforması.[1] TikTok İstifadəçilərinə müddəti 3 saniyədən 10 dəqiqəyə qədər olan videoları dərc etmək imkanı verir.[2]
TikTok istifadəyə verildiyi gündən dünyanın ən çox istifadə edilən veb-saytlarından birinə çevrilib.[3][4] 2020-ci ilin oktyabr ayına kimi bütün dünyada mobil cihazlara 2 milyard dəfədən çox endirilib.[5][6][7]Cloudflare, TikTok-un 2021-ci ilin ən çox istifadə olunan veb saytı olduğunu və Google-u geridə qoyduğunu bildirib.[8]Z nəsli TikTok istifadəçilərinin əhəmiyyətli bir hissəsini təşkil edir.[9]
TikTok buraxıldığı vaxtdan bəri məxfilik problemləri, asılılıq, dezinformasiya və qeyri-etik məzmuna görə tənqidlərlə üzləşib. Bəzi ölkələr milli təhlükəsizliklərini qorumaq üçün öz sərhədləri daxilində TikTok-un istifadəsini məhdudlaşdırmalı olub.[10]
Douyin 2016-cı ilin sentyabrında ByteDance şirkəti tərəfindən yaradılmışdır. Proqram ilk olaraq A.me adlanırdı, lakin həmin ilin dekabrında Douyin olaraq rebrendinq edildi.[11][12] Douyin cəmi 200 gündə hazırlanmışdır. İşə salındığı ilk ilində 100 milyon istifadəçi qazanmışdır. İstifadəyə verildiyi il hər gün tətbiqdə bir milyarddan çox videoya baxılırdı.[13][14]
TikTok və Douyin oxşar görünüş və xüsusiyyətlərə malik olsalar da, hər ikisi fərqli proqramlardır.[15][16][17] TikTok beynəlxalq səviyyədə mövcuddur, Douyin isə xüsusi olaraq Çindəki istifadəçilər üçün. Douyin-də videonu yükləyən şəxsin üzünə klikləməklə şəxsin daha çox videosunu tapmağa imkan verən xüsusiyyət var. Həmçinin Douyin-dən alış-veriş etmək, otel rezervasiyaları etmək və məkanlar haqqında rəylər yazmaq da mümkündür.[18]
TikTok
ByteDance Douyin-i qlobal miqyasda genişləndirməyi planlaşdırırdı. Şirkətin təsisçisi Zhang Yiming demişdi: “Çində dünya internet istifadəçilərinin cəmi 20%-i var. Digər şirkətlərdən geri qalmamaq üçün qlobal miqyasda genişlənmək bizim üçün çox vacibdir, biz qlobal miqyasda genişlənməli və digər 80%-ə çatmalıyıq.”[19]
ByteDance Douyin-in qlobal versiyası olan TikTok-u 2017-ci ilin sentyabrında istifadəyə verdi.[20] 2018-ci ilin yanvarın 23-də TikTok, Tailand və bir çox ölkədə ən çox endirilən pulsuz proqram olmuşdu.[21] TikTok təkcə ABŞ-də 130 milyondan artıq, dünya miqyasında isə 2 milyard dəfədən çox yüklənmişdi.[22][23]
ABŞ-də Jimmy Fallon və Tony Hawk da daxil olmaqla bir sıra məşhur TikTok-u 2018-ci ildə istifadə etməyə başlamışdı.[24][25] Sonralar Cennifer Lopez, Cessika Alba, Vill Smit və Castin Biber kimi digər məşhurlar da TikTok-a qoşuldular.[26] 2019-cu ildə TikTok məzmun yaradıcılarına videolarında mallarını satmaq üçün linklər əlavə etməyə imkan verdi.[27][28]
TikTok-un ana şirkəti ByteDance, 9 noyabr 2017-ci ildə Musical.ly adlı məşhur sosial media platformasını təxminən 1 milyard dollara satın aldı.[29][30] Musical.ly-ni əldə etməklə ByteDance, geniş istifadəçi bazasına və Qərb bazarında populyar olan proqrama çıxış əldə etdi.[31] Musical.ly gülməli videolarla dolu olan, daha çox uşaqlar və gənclər arasında məşhur olan 2014-cü ilin avqustunda buraxılmış Çin tətbiqi idi. TikTok 2018-ci ilin avqustunda musical.ly ilə birləşdirildi. Artıq bütün hesablar və məlumatlar TikTok adlı bir proqramda cəmlənmişdi.[32][33]
Hüquqi məsələlər
Tencent holdinqinə aid olan WeChat proqramı Douyin proqramıdan videolarını blok etdiyində ittiham olunub.[34][35] 2018-ci ilin aprelində DouyinTencent holdinqini onun WeChat proqramıda yanlış məlumatının yayımında ittiham edərək, məhkəməyə verib və orda ondan 1 million renminbi və ictimai üzr istəməyə tələb etmişdi. Həmin ilin iyunuda, Tencent holdinqi Toutiao and Douyin şirkətlərini dəfələrlə xəbərləri ilə onu rüsvay etməkdə ittiham edib, onları Pekin məhkəməsinə verərək, 1 renminbi və ictimai üzr istəməyə tələb etmişdi.[36] Buna cavab olaraq, ToutiaoTencent holdinqini qarşı ədalətsiz rəqabətə görə məhkəməyə verib, ondan aldığı iqtisadi zərər üçün 90 million renminbi istədi.[37]
Bir sıra ölkə proqram ilə əlaqədar narahatlığını bildirib. İndoneziya,[38] Banqladeş,[39] Hindistan[40] və Pakistanda (2020-ci ilin oktyabrın 9-dan 19-a qədər)[41][42][43] ona rəsmi xəbərdarlıqlarını verib ya da proqramı ümumiyyətlə bloklayıblar. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan da onu qadağan edib.[44]
Hindistanda qadağalar
2019-cu ilin aprelin 3-də Mədrəs Ali Məhkəməsi proqramın "pornoqrafiyanı həvəsləndirdiyinə" və "yaraşmayan məzmununa" görə Hindistan hökumətindən onu bloklamağa xahiş edib. Proqramın nümayəndəsi onların yerli qanunlara riayət etdiyini bəyan edib.[40] Aprelin 17-də Google və Apple proqramı Google Play and the App Store platformalarıdan çıxarıb.[45] Məhkəmə bloklama ilə əlaqədar qərarına yenidən baxmağa imtina etdiyinə görə, şirkət bəyan edib ki, onun qaydalarına qarşı olan 6 milliondan çox video proqramdan silinib.[46]
ABŞ qadağanın imkanı
2019-cu ilin yanvarında Piterson Dünya İqtisadiyyat İnstitutu adlı araşdırma mərkəzi öz araşdırmasında proqramı qərbin milli marağlarına təhlükə olan "Huawei boyda problem" adlandırıb.[47] Orda qeyd olunur ki, ABŞ istifadəçilərin arasında populyar olan bu proqramın üzərində silahlı güvvələrin işçiləri işləyir və iddia olunur ki, onun istifadəçilərin yerləşməsi, şəkilləri və biometrik məlumatlarını sahib Çin şirkətinə ötürməyə qabiliyyəti var. Çin şirkətləri isə Çin internet təhlükəsizliyi haqqında qanuna əsasən Çin hökumətinə məlumat ötürməkdən imtina edə bilməz.[48]
2019-cu ilin dekabrın sonunda, ABŞ Hərbi Qüvvələri, hökumətin şübhələrinə görə öz hidmətçilərinə TikTok proqramını işlətməyə qadağan edib.[49] 2020-ci ilin iyulun 7-də ABŞ Dövlət Katibi Mayk Pompeo elan etmişdi ki, hökumət nəzərdə tutur ki, TikTok proqramını qadağan etmək olar.[50]
2020-ci ilin avqustun 6-da Prezident Donald Tramp imzaladığı sərəncamda yazılırdı ki, ByteDance şirkəti 45 gün ərzində TikTok proqramını satmasa, o bloklanmalı olacaq. Tramp həmçinin Tencent holdinqa aid olan WeChat proqramı haqqında oxşar sərəncamı imzalayıb.[51][52]
Sentyabrın 18-də TikTok Trampı məhkəməyə verib. Sentyabrın 23-də o, həmçinin ilkin icraatı tələb edərək, Tramp idarəçiliyinin qadağasını qarşısını almışdı.[53] Hakim Karl C. Nikols Trampın qadağasını, hansı ki sentyabrın 27-nin gecə yarısına tədbiq olunmalı idi ləğv etməyə qərar verib, halbuki həmin qərarına görə, noyabrın 12-nə planlaşdırılan Ticarət Departamenti tərəfindən müəyyən edilən məhdudiyyətlər saxlanılıb.[54]
↑"2020年春季报告:抖音用户规模达5.18亿人次,女性用户占比57%" [2020 Spring Report: Douyin has 518 million users, 57% of whom are female] (çin). 22 April 2020. 22 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2020.
↑Miltsov, Alex. "Researching TikTok: Themes, Methods, and Future Directions". The SAGE Handbook of Social Media Research Methods. 2022: 664–676. doi:10.4135/9781529782943.n46. ISBN9781529720969. Even though TikTok is only a few years old, it has already been shaping the ways millions of people interact online and engage in artistic, cultural, social, and political activities.