Teymur Bayram oğlu Məmmədov (23 fevral 1960, Yusifcanlı, Ağdam rayonu) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Teymur Bayram oğlu Məmmədov 23 fevral 1960-cı ildə Ağdamın Yusifcanlı kəndində anadan olub.[1][2] İncəsənət İnstitutunda dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1978–1982, Nəsir Sadıqzadənin kursu). 1982–1984-cü illərdə hərbi xidmətdə olub.
İncəsənət İnstitutunu bitirdikdən sonra təyinatla 1982-ci ildən Ağdam Teatrında işləməyə başlayıb. Hərbi xidmətdən sonra Şuşa Mədəni Maarif Texnikumunda ixtisas müəllimi işləyib. Teymur Məmmədov Şuşa Teatrının yaradıcılarından biridir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Teymur Məmmədov həm də ANS televiziyasında yayımlanan "Qulp", "Mübarizə" verilişlərində fəaliyyət göstərib.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[3]