Qız atası — Azərbaycan teleserialı. 2014-cü ildən etibarən ATV kanalında yayımlanır.[1]
Film-serial dörd qız atası Vidadi müəllimin (Teymur Məmmədov) həyat yoldaşı Nəzakət (Mətanət Əliverdiyeva), qızları və kürəkənləri tərəfindən başına gətirilən macəralardan bəhs edir.
Böyük qızı Təhminə (Xəyalə Quliyeva) Çingiz (Azər Axşam) adlı dələduz biri ilə evlidir. Çingiz (Azər Axşam) hətta qaynatası tərəfindən ona verilmiş evi belə sataraq, pulu xərcləyərək Vidadinin evinə yerləşmişdir. Digər qızı isə Mədinə (Ülviyyə Xalinbəyova) artıq 5 ildirki Səbuhi (Coşqun Viləş) ilə nişanlı qalmışdır. Hər dəfə toy ərəfəsində olarkən Səbuhinin (Coşqun Viləş) bir yaxın qohumu ölərək, toyları yasa çevrilir. Səbinə (Nərgiz Vahabqızı) adlı qızı isə evlənmək yaşına çatıb, anası Nəzakət (Mətanət Əliverdiyeva) ona evlənmək üçün müxtəlif namizədlər tapsa da o heç birini bəyənməyərək, evlənmək fikrinin olmamasını hər zaman bildirir. Nərminə (Nurlana Cəfərova) isə universitetə öz sənədlərini versə də, çox az bal toplayır. Bunu isə 1 il müxtəlif bəhanələr ilə öz atasından gizlədir.
II mövsümdə (12.09.2015) isə artıq Vidadi müəllimin qızlarının hamısı evlənmişdir. Artıq o öz qızları ilə yanaşı kürəkənlərinin də nazını çəkməyə başlayıb.
Raksana İmir
9 — | Səbinə || Vidadi və Nəzakətin ikinci qızıdır
Yeganə Seyidova
Aidə Cəbiyeva 7–9 mövsüm
Şəms Abdullayeva 10 — |
8
1.mövsüm-(1-)
2.mövsüm-(-)
3.mövsüm-(-114)
4.mövsüm-(115–153)
5.mövsüm-(154–198)
6.mövsüm-(199–234)
7.mövsüm-(235–264)
8.mövsüm-(265–304)
9.mövsüm-(305–345)
10.mövsüm-(346-)
Filmi izlə Qız Atası" Serialının rəsmi instagram səhifəsi