33°56′23″ şm. e. 08°06′38″ ş. u.HGYO
Tauzar-Nefta Beynəlxalq Hava Limanı (fr. Aéroport International de Tozeur–Nefta, ərəb. مطار توزر نفطة الدولي) (IATA: TOE, ICAO: DTTZ) — Tunisin Tauzar şəhərində yerləşən beynəlxalq hava limanı.[4]
Aşağıdakı aviaşirkətlər Tozeur-Nefta hava limanında müntəzəm və çarter reysləri həyata keçirir:
Hava limanı Tauzar şəhərindən dörd kilometr şimal-qərbdə yerləşir. Liman 1 noyabr 1978-ci ildə istifadəyə verilmişdir. 14 aprel 2016-cı ildə Tunisair şirkəti vasitəsilə Paris şəhərinə həftəlik uçuşlar bərpa olunmuşdur. 2018-ci ilin qış aylarında həmin şirkət Lyon şəhərinə də uçuşların təşkil ediləcəyini bildirmişdir.[6] 2019-cu ilin may ayında Tauzar Regional Həmkarlar İttifaqının baş katibi Məhəmməd Ali Hedfi Cerba, Sfaks və Milan şəhərlərindən birbaşa uçuşlar planlaşdıraraq, bölgədə turizm fəaliyyətini dəstəkləmək məqsədilə Tauzar hava limanında uçuşların sayının artırılmasını təklif etmişdir.[7]
27 may 2023-cü ildə Flight Design CT SW (67BQF) və giroplan havada toqquşmuşdur. Hadisə nəticəsində 67BQF-də olan hər iki şəxs xəsarətlə sağ qalmağa nail olmuşdur. Başqa mənbəyə əsasən, giroplanın qəzaya uğraması və yanması nəticəsində hər iki sərnişin həlak olmuşdur. Hər iki təyyarə 34-cü Tunis Beynəlxalq Hava Qüvvələri Birliyi rallisində iştirak edirdi.