Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir.
ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir[1]. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir.
1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib.
ICAO nizamnaməsi
Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
Konvensiya beynəlxalq standartları və praktik tövsiyələri müəyyən edən 19 əlavə (ing. Annexes) ilə tamamlanır.
İstinadlar
Xarici keçidlər