BMT-nin rəsmi dilləri

BMT-nin rəsmi dilləriBirləşmiş Millətlər Təşkilatının iclaslarında istifadə edilən və bütün rəsmi BMT sənədlərinin tərtib olunduğu altı rəsmi dil. Əlifba sırası ilə bunlara daxildir:

Haqqında

Yuxarıda qeyd edilən dillərdən müxtəlif BMT qurumlarının, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin (Prosedur qaydaların 51-ci maddəsinə müvafiq olaraq), İqtisadi və Sosial ŞuranınTəhlükəsizlik Şurasının (Prosedur qaydaların 41-ci maddəsinə müvafiq olaraq) iclaslarında istifadə olunur. Hər dövlətin nümayəndəsi bu altı dildən hər hansı birində çıxış edə bilər; digər dildə çıxış etdiyi halda, onun çıxışı qeyd edilən altı dildən birinə tərcümə olunur. BMT özünün tərcümə xidmətləri vasitəsilə bir rəsmi dildən digər beş rəsmi dilə sinxron tərcüməni təmin edir.

Rəsmi dillərdən, həmçinin rəsmi sənədlərin yayımlanması zamanı da istifadə olunur. Altı dildə olan mətnlərin hər biri, adətən, eyni hüquqi qüvvəyə malik olmaqla autentik hesab edilirlər.

Birləşmiş Millətlər Təşkilatının Katibliyində işçi dillər aşağıdakılardır: ingilis və fransız dili.[4]

BMT beş rəsmi dilə kifayət qədər yer vermədiyinə, ingilis dilindən daha çox istifadə etdiyinə görə zaman-zaman tənqidlərə məruz qalırdı. İspandilli üzv dövlətlər 2001-ci ildə bu məsələni rəsmi olaraq Baş katibin diqqətinə çatdırdılar.[5] Məsələ ilə bağlı Baş katib Kofi Annan altı rəsmi dilin tam bərabərliyini mövcud büdcə ilə təmin edə bilməyəcəklərini söyləsə də, dillər arasındakı balansı qorumağın əhəmiyyətli olduğunu da vurğulamışdı.[6] Baş Məclisin 2008 və 2009-cu illərdə qəbul etdiyi qərarlar Katibliyi, xüsusən də ictimai məlumatların yayımlanması zamanı altı rəsmi dilin bərabərliyinə hörmət etməyə çağırırdı.[7][8]

Baş Məclis BMT-də insan resurslarının idarə edilməsinə dair 8 iyun 2007-ci il[9] tarixli qərarlarında "Birləşmiş Millətlər Təşkilatının altı rəsmi dilinin bərabərliyinin vacibliyini" vurğulamış və Baş katibdən tələb etmişdi ki, "müvafiq vəzifə üçün xüsusi işçi dil tələb edilmədiyi təqdirdə vakansiya elanlarında Katibliyin işçi dillərindən hər hansı birinə ehtiyacın müəyyənləşdirilməsini təmin etsin".

Baş katibin çoxdilliliklə bağlı son hesabatı 4 oktyabr 2010-cu ildə yayımlandı.[10] Buna cavab olaraq, 19 iyul 2011-ci il tarixində Baş Məclis bir daha Baş katibi altı rəsmi dilə bərabər dərəcədə əlverişli iş şəraiti və mənbələr verilməsini təmin etməyə çağıran çoxdillilik haqqında A/RES/65/311 saylı qərar qəbul etdi. Qərarda BMT-nin veb-saytının çoxdilli inkişafının gözlənildiyindən çox yavaş bir sürətdə inkişaf etməsi ilə bağlı narahatlıq ifadə olunurdu.[11]

BMT-nin altı rəsmi dili planetdəki 2,8 milyard insanın ana dili və ya ikinci dilidir. Bu rəqəm isə dünya əhalisinin yarısından azını ifadə edir. Sözügedən dillər BMT-nin üzv dövlətlərinin üçdə ikisinin, yəni təxminən 120-dən çox dövlətin rəsmi dilidir.

İstinadlar

  1. "Universal Declaration of Human Rights: translation into Chinese". Title Universal Declaration of Human Rights: translation into Chinese {...} Language(s) 中文 (Chinese){...}Alternate names: Beifang Fangyan, Guanhua, Guoyu, Hanyu, Huayu, Mandarin, Northern Chinese, Putonghua, Standard Chinese, Zhongguohua, Zhongwen
  2. "Union Nation Official Languages". 2018-05-18 tarixində arxivləşdirilib.)
  3. "Spelling". United Nations Editorial Manual Online. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2015; "Search Tips". United Nations. 2014-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-24. The UN standard is UK English. British spelling is used (i.e. colour, labour, programme). ... Additionally, the United Nations uses the British spelling of English words
  4. "Multilingualism". United Nations. 2019-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  5. "Plea to UN: 'More Spanish please'". BBC News. 2001-06-21. 2010-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-25.
  6. "Letter dated 18 June 2001" (PDF). 2001-06-18. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-01-26.
  7. Resolution 63/100 Arxiv surəti 14 yanvar 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 14 yanvar 2014 at the Wayback Machine Questions relating to information (5 December 2008).
  8. Resolution 63/306 Arxiv surəti 3 aprel 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 3 aprel 2015 at the Wayback Machine Multilingualism (9 September 2009).
  9. Resolution A/RES/61/266 Arxiv surəti 15 iyul 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 15 iyul 2010 at the Wayback Machine Multilingualism 8 June 2007
  10. "Multilingualism". United Nations Secretary-General. 2010-10-04. UN Doc ID A/65/488. 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-26.
  11. "Adopting Resolution on Multilingualism, General Assembly Emphasises Importance of Equality Among Six Official United Nations Languages" (Press-reliz). UN Department of Public Information. 2011-07-19. UN Doc ID GA/11116. 2014-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-26.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!