Təbaşir dövrü — Mezozoy erasının sonuncu dövrü Yura dövründən sonra gələn dövr. Radioloji məlumatlara görə Təbaşir dövrü 145,5 milyon il bundan əvvəl başlamış, təqribən 66 miyon il əvvəl sona çatmışdır.[1] 79 milyon il davam etmə müddəti ilə Fanerozoyeonunun ən uzun dövrüdür. Beynəxalq Statiqrafik Cədvəldəki adı "cretaceous" Latın dilindəki "creta" təbaşir sözündən götürülüb. Buna səbəb dövrün ikinci yarısının təbaşirli çöküntülərin zəngin olması olub. Adı adətən alman dilinəki tərcüməsi olan "Kreide" sözünün baş hərfi - "K" kimi qısaldılır.
Müstəqil geoloji dövr kimi ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua tərəfindən Paris hövzəsinin təbəqələrini təsvir edərkən "Təbaşir relyefi" (Terrain Crétacé) adı ilə ayrılmışdır. Təbaşir adlanrıımasına səbəb Qərbi Avropada Üst Təbaşir aşlı süxurlarda təbaşirin (kalsium karbonat) üstünlük təşlik etməsi olub. "Cretaceous" sözü latın dilində "creta" təbaşir deməkdir.[2]
Geologiya
Stratiqrafik bölgülər
Təbaşir dövrü hər biri 6 mərtəbədən ibarət olan 2 şöbəyə bölünür: Alt və Üst. Alt şöbə Berrias, Valanjin, Hoteriv, Barrem, Apt, Alb, Üst şöbə isə Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt mərtəbələrindən ibarətdir.
Təbaşir dövrünün birinci yarısı ümumiyyətlə qalxma hərəkətlərinin üstünlüyü ilə səciyyəvidir. Dövrün birinci yarısının sonunda, Alb əsrində enmə prosesi başlamış, Üst Təbaşirdə daha inkişaf etmiş və böyük transqressiya (yer daxilində ən böyük transqressiyalardan biri) ilə müşahidə olunmuşdur. Təbaşir dövrünün sonunda yenidən qalxma hərəkətləri baş vermiş və dəniz hövzələri xeyli kiçilmişdir. İntensiv, qırışıq əmələgəlmə prosesləri, əsasən Sakit okeangeosinklinal qurşağında olmuşdur.
Təbaşir dövrünün ortalarında Şərqi Asiyada qırışıq əmələgəlmə prosesləri qurtarmışdır. Sonrakı hərəkətlər Oxotyanı zonanı əhatə etmişdir. Təbaşir dövrünün sonunda And dağlarının şimal hissəsi və qayalı dağlar formalaşmışdır. Aralıq dənizi geosinklinalında tektonik hərəkətlər zəif olmuşdur. Təbaşir dövründə iri yarıqlar əmələ gəlmiş (xüsusilə cənub materiklərində) Qondvananın parçalanma prosesi tamamlanmışdır.
Üst Təbaşirdə güclü vulkan püskürmələri olmuşdur. Təbaşir dövrü çöküntülərində əhəngdaşına çevrilmiş əhəngli və əhəngli-gilli lil, mergel və yazı təbaşiri üstünlük təşkil etmişdir.
Təbaşir dövrünün sonunda sürünənlərin çoxu, ammonitlər, belemnitlər, və s. qırılmışdır. Təbaşir dövrünün florası çılpaqtoxumluların və qıjıkimilərin üstünlüyü ilə xarakterizə olunur. Təbaşir dövründə də çiçəkli bitkilər əmələ gəlmiş və inkişaf etmişdir. Təbaşir dövrü çöküntüləri bütün qitələrdə yayılmışdır. Şərqi Avropa platformasında Krım, Karpat və Qafqazın dağlıq sahələrində geniş yer tutur.