And dağları

And
Cordillera de los Andes
Hündürlüyün rəqəmli modelinə əsasən Andd dağlarının topoqrafiyası
Hündürlüyün rəqəmli modelinə əsasən Andd dağlarının topoqrafiyası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 6960,8 m
Uzunluğu 9 000 km
Eni 500 km
Sahəsi 4.500.000 km²
Hündür nöqtəsi Akonkaqua
Yaranma dövrü Mezozoy
Süxurları maqmatikmetamorfik
Yerləşməsi
21°49′33″ c. e. 66°41′52″ q. u.HGYO
Ölkələr
And xəritədə
And
And
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cono de Arita, Salta (Argentina)

And dağları (isp.: Andes; Cordillera de los Andes), (Andes, anta sözündən, inklərin dilində – mis, misli dağlar) — Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada ən uzun dağ silsiləsi. Cənubi Amerikanı şimaldan və qərbdən əhatə edir. Kordilyer dağlarının cənub hissəsidir. Yeddi ölkənin ərazisində yerləşir: Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, ÇiliArgentina.

Yer kürəsinin ən uzun (təqr. 9000 km) və ən yüksək dağ sistemlərindən biri.

Cənubi Amerikanın bütün qərb sahilini əhatə edir. Venesuelladan başlayıb Kolombiya, Ekvador, Peru, Boliviya, Argentina və Çiliyə kimi uzanır. Bu yeddi dövlət eyni zamanda And ölkələri olaraqda tanınırlar.

And dağları şimaldan cənuba uzunluğu 7000 km'dir. Enliliyi 200–700 km arasında dəyişir. Ortalama hündürlüyü 4000 metrdir. Andların ən yüksək dağı 6.962 m olan Argentina və Çili sərhəddindəki Aconcaguadır. Yan-yana bir çox silsilədən ibarət olmaqla bərabər Cordillera Oriental (Şərq Sıradağları) və Cordillera Occidental (Qərb Sıradağları) olmaqla iki böyük silsilədən ibarətdir. [And Dağları], Venesuella, Kolombiya və Ekvador sərhəddində yer alan Şimali Andlar, Peru, Çili və Boliviya sərhəddində yer alan Orta Andlar, Çili ve Argentina sərhəddində yer alan Cənubi Andlar olmaqla üç hissədən ibarətdir. And dağlarının yaşı 60 milyona yaxındır.

Relyef

And dağları bir neçə submeridional və paralel silsilədən (Şərqi, Mərkəzi, Qərbi və Sahil Kordilyer d-rı) ibarətdir. Bunların arasında daxili yaylalar (Puna, Altiplano–Boliviya və Peruda) və çökəkliklər var. Oroqrafiyasına və təbii xüsusiyyətlərinin oxşarlığına görə şimaldan cənuba doğru Şimali, Mərkəzi və Cənubi And dağlarını ayırırlar. Şimali And dağları öz növbəsində Karib And dağlarına və Şimal-Qərbi And dağlarına, Mərkəzi And dağları (5°–28 °C.e.-ləri arası) – Peru And dağlarına və Mərkəzi And dağlarının özünə, Cənubi And dağları isə Çili-Argentina, yaxud Subtropik And dağlarına və Pataqoniya And dağlarına ayırırlar. And dağlarının yüksək zirvələri: Akonkaqua (6959 m), Oxos-del-Salado (6880 m), Uaskaran (6768 m), Çimboraso (6310 m), Bolivar (5007 m) və s. And dağlarında 50-yə qədər fəaliyyətdə olan (Kotopaxi – 5897 m, Misti – 5822 m və s.) və 30 sönmüş (Uila – 5750 m, Sanqay –5230 m, Lyulyaylyako – 6723 m, Tupunqato – 6800 m, Lyayma – 3060 m, Osorno – 2660 m, Korkobado – 2300 m, Berni – 1750 m və s.) vulkan var.

Geoloji quruluş və faydalı qazıntılar

And dağları Sakit okean mütəhərrik qurşağının ən böyük qırışıqlıq sistemidir. Əsasən, Alp dağəmələgəlmə dövründə (Kaynozoyda) formalaşmışdır. And dağları tipik kontinent kənarı vulkan-plutonik qurşağıdır. Geoloji quruluşunda eninə və uzununa zonallıq müşahidə edilir. Şimaldan cənuba üç seqmentə ayrılır: Şimali (Kolumbiya- Ekvador), Mərkəzi (Peru-Boliviya və Şimali Çili-Argentina subseqmentləri ilə) və Cənubi (Cənubi Çili-Argentina). And dağlarının şərqini Hersin qırışıqlığının Paleozoy yaşlı metamorfik süxurlarından təşkil olunmuş Suband ön çökəkliklər zolağı tutur, qərbini isə Cənubi Amerikanın qədim aktiv kənarını formalaşdıran Mezozoyun kontinental-dəniz çöküntüləri və vulkanogen-çökmə komplekslər təşkil edir. Tabaşirin sonunda burada çoxfazalı nəhəng qranit batolitləri (Peru Sahil Kordilyeri, Çili Baş Kordilyeri, Pataqoniya) yaranır. Kaynozoyda aktiv kontinent kənarı boyunca zəncirvarı iri yerüstü stratovulkanlar formalaşır. Hazırda üç vulkanik qrup aktivdir: şimali (C.-i Kolumbiya və Ekvador), mərkəzi (C.-i Peru – Şm.-i Çili) və cənubi (C.-i Çili). Orogen And dağları sistemi Paleozoyun və qismən Baykal qırışıqlığının özülü üzərində yaranmışdır. Bir neçə iri örtük qırışıqlıq strukturlarından (dağ silsilələrindən) və onları ayıran ensiz dağarası çökəkliklərdən, yaxud platolardan (Altiplano) ibarətdir. Sonuncular qalın Neogen-Dördüncü dövr molassları ilə dolmuşdur. Orogenin şərqi və qismən mərkəzi zonaları Kembriyəqədərki metamorfik platforma özülündən, onun Paleozoy örtüyündən, Gec Kembriyə qədər və Hersin metamorfik qırışıqlıq komplekslərindən ibarətdir. Yüksək tektonik mütəhərriklik, intensiv seysmiklik, müasir vulkanizm And dağları üçün səciyyəvidir. And dağları faydalı qazıntılarla zəngindir. Cənubi Amerikanın misli qurşağının yataqları qranit batolitləri ilə, gümüş, mis, qurğuşun, sink, volfram, qızıl, platin və s. nadir və əlvan metal (Peru və Boliviyada) filiz yataqları Kaynozoyun vulkanik və subvulkanik əmələgəlmələri ilə, nefttəbii qaz yataqları Kaynozoy molassları ilə dolmuş ön çökəkliklər zolağı (xüsusən, şm.-dan Venesuela, Ekvador, Şm. Peru, ucqar c.-da C.-i Çili, Argentinada) ilə əlaqədardır. Çilidə iri şora və dəmir filizi, Kolumbiyada zümrüd yataqları var.

İqlim

And dağları Cənubi Amerikanın mühüm iqlim səddidir. Burada 6 iqlim qurşağı (ekvatorial, ş.-i və c.-i sub ekvatorial, c.-i tropik, subtropik və mülayim) hakimdir. And dağlarının şərq yamacları Atlantika okeanından gələn rütubəti özündə toplayır və onun Mərkəzi And dağlarının daxili yaylalarına və Sakit okean sahillərinə keçməsinə mane olur. Eyni zamanda materikin düzəngah hissəsi Sakit okeanın təsirindən məhrumdur. İllik yağıntının miqdarı Karib And dağlarında – 500–1000 mm, ekvatorial And dağlarının qərb yamaclarında – 10000 mm-ədək, şərq yamaclarında – 5000 mm-ədək. Peru və Mərkəzi And dağlarının qərb yamaclarında və Mərkəzi And dağlarının daxili rayonlarında tropik səhra iqlimi hakimdir. Şərq yamaclarda illik yağıntının miqdarı 3000 mm-ədək -dir. 20 °C.e.-ndən c.-a doğru yağıntının miqdarı qərb yamaclarda artır, şərq yamaclarda azalır. 35 °C.e.-ndən aşağı yağıntının miqdarı qərb yamaclarda 5000–10000 mm, ş. yamaclarda 100–200 mm-dir. Cənubda yüksəkliyin azalması ilə əlaqədar yağıntının miqdarı bərabərləşir. Qar xətti Kolumbiya ərazisində 4700–4900 m, Ekvadorda 4250 m, Mərkəzi And dağlarında 5600–6100 m (Punada 6500 m – Yer kürəsində ən yüksək) yüksəklikdən keçir. 35 °C.e.-ndə qar xətti 3100 m-ədək, Pataqoniya And dağlarında 1000–1200 m-ə -dək, Odlu Torpaq adasında 500–600 m-ə -dək düşür. And dağlarında çoxlu buzlaqlar var. İri buzlaqlar Kordilyer-de Santa-Marta və Kordilyer-de-Meridada (təqr. 0,5 km3), Ekvador A.d.-nda (1,1 km3), Peru A.d.-nda (24,7 km3), Mərkəzi And dağlarınin Qərbi Kordilyer silsiləsində (12,1 km3), Mərkəzi Kordilyer silsiləsində (62,7 km²), Çili-Argentina And dağlarında (38,9 km3), Pataqoniya And dağlarındadır (12,6 min km3, Upsala buzlağı buradadır). Pataqoniya buzlağı iki geniş sahədən (ümumi uz. 700 km, eni 30–70 km, sah. 13 min km²) ibarətdir. 46°30΄ c.e.-ndən c.-da buzlaqlar okean səviyyəsinədək düşürlər.

Torpaq örtüyü

Bu dağ ststemi Yer planetinin quru səhəsində ən uzun dağ silsiləsi olub, şimaldan-cənuba 9000 km-dən artıq bir məsafədə uzanır. Cənubi Amerikanın Argentina, Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Peru, Çili Ekvador dövlətlərinin ərazisinə düşür. Relyefi, geoloji quruluşu, iqlimi mürəkkəb oıduğu kimi, torpaq örtüyü də olduqca rəngarəngdir. Ona görə də And silsiləsinin nümunəsində Mərkəzi Andların torpaqlarına diqqət yetirək. Bu vilayət 18-dən 38°Cənub enlikləri arasında yerləşir. And dağlarının ən hündür zirvəsi Akonkaquada (6960 m) burda yerləşir.

Andların mərkəzi hissəsində 18–30°Cənub enliklər arası dünyanın iri dağlıq səhralarından biri yerləşir. Burda formalaşmış 6000 m-dən hündür Şərqi Kordiliyer silsiləsi ərazini şərqdən gələn rütubətli hava kütləsindən qoruyur. Şərq yamaclar çoxlu rütubət aldığı halda, qərbə doğru hündürlüyü 3500–3700 m olan Puna alçaqdağlıq uzanır. Bu alçaqdağlığın eni 350 km-ə çatır. Burada relikt göllərdən Titikaka, Poopo, Salar-Uyuni və başqaları yerləşir ki, bu göllərin suyu duzlu və ətrafı şoranlıqdır. Punalarda yağıntının illik miqdarı 50–150 mm təşkil edir. Şərqə doğru Punada yağıntının miqdarı bir qədər çoxalır. Şərqi Puna daxilində hündürlüyü 5800–6800 m olan fəaliyyətdə vulkanlar var. Bu vulkanik zirvələr qar və buzlarla örtülüdür. 25ОО-3500 m hündürlüklərdə kserofit kolluqlar və kaktuslar yayılmışdır. Burda daşlıq sahələr üstünlük təşkil edir və nazik dağ səhra torpaqları formalaşmışdır. Bəzi yerlərdə vulkan külləri altında bozqırlaşmış torpaqlara rast gəlinir. Dağların qərb yamaclarında və dəniz sahili düzənliklərində soyuq Humbolt (Peru) cərəyanının təsirindən dumanlıqlar və axşamlar qırovlar yaranır ki, torpaqlar və bitkilər yalnız bunların hesabına rütubət alırlar. Burda yalnız kiçik ərazilərdə çay vadiləri boyu allüvial torpaqlar vardır ki, şərti suvarma vasitəsilə bu torpaqlardan istifadə edilir. Subtopik Andlarda qırmızı- qəhvəyi, dağ qəhvəyi və boz-qəhvəyi torpaqlar 30–38°Cənub enlikləri arasında 2300 m-ə qədər hündürlüyü əhatə edir. Baş Kordilyerdə hündürlük 6000–6900 m-ə çatır. Burda yağıntının illik miqdarı şimalda 300– 400 mm, cənuba doğru 800–1000 mm-ə qədər çoxalır. Yağıntılar qışda düşür. Yay quru və isti keçir. Quru dövr 6–8 ay davam edir. Qış bəzən şaxtalı keçir. Təbii bitki örtüyü şimalda kserofit kolluqlar və kaktuslar, cənubda quru savannalar və həmişə yaşıl kserofit meşələrdir. Sahil Kordiliyerlərində qəhvəyi torpaqlar üstünlüyə malikdir. Nisbətən yaxşı rütubət götürən ərazilərdə dağ meşələri altında qonur meşə torpaqları yaranmışdır. Sahil düzənÜklərində və vadi torpaqlarında bağçılıq, dənli bitkilər (buğda, qarğıdalı) geniş əkilir. Suvarma üstünlük təşkil edir.

Çaylar və göllər

And dağları okeanlararası suayrıcıdır. Amazon, Orinoko, Paraqvay, ParanaPataqoniyanın çayları mənbələrini buradan götürür. Nisbətən iri çayları: Kauka, Maqdalena, Maranyon, Ualyaqa, Mantaro və s. Şimali və Peru And dağlarındadır. Mərkəzi And dağlarında daxili axımlı çoxlu kiçik çaylar Titikaka, Poopo, Koypasa göllərinə tökülür. And dağlarının Qərbi və Sahil Kordilyer silsilələrinin 20–28 °C.e.-ləri arasındakı çayları mövsümi axarlı dır. Cənubi, xüsusən Pataqoniya And dağlarındakı Buenos-Ayres, San-Martin, Vyedma, Laqo-Arxentino və s. göllər buzlaq mənşəlidir.[1]

Yerüzünün ən yüksək vulkanları bu ərazilərdədir. 6.882 m yüksəklikdəki Monte Pissis (Argentina) və 6.887 m yüksəklikdəki Ojos del Salado (Çili) bunlardan bəziləridir.


Digər aktiv vulkanlar
Cotopaxi 5.897 m (Ekvador)
Tungurahua 5.016 m (Ekvador)
Pichincha 4.784 m (Ekvador)
Villarrica, 2.840 m (Çili)


Andların digər vulkanları
Llullaillaco 6.723 m (Argentina\Çili)
Nevado Coropuna 6.426 m (Peru)
Ubinas 5.675 m (Peru)
Chimborazo 6.310 m (Ekvador)
Osorno 2.652 m (Çili)
Sierra Nevada de Lagunas Bravas 6.127 m (Argentina\Çili)
Lanín, 3.747 m (Argentina)
Uturunco 6.010 m (Boliviya)
Licancabur 5.921 m (Boliviya)
Misti 5822 m (Peru)

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 483 – 484. ISBN 978-9952-441-02-4.

Read other articles:

1702 English general election ← Nov 1701 July – August 1702 1705 → All 513 seats in the House of Commons257 seats needed for a majority   First party Second party   Party Tory Whig Seats won 298 184 Seat change 58 64 English Parliament of General Election 1702 The 1702 English general election was the first to be held during the reign of Queen Anne, and was necessitated by the demise of William III. The new government dominated by the Tories gained ...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (يونيو 2019) توني لام معلومات شخصية الميلاد سنة 1936 (العمر 86–87 سنة)  مواطنة الولايات المتحدة فيتنام  الحياة العملية المهنة سياسي  اللغات الفيتنامية  تعديل مصدر

 

Species of lizard Western dwarf girdled lizard Conservation status Least Concern (IUCN 3.1)[1] Scientific classification Domain: Eukaryota Kingdom: Animalia Phylum: Chordata Class: Reptilia Order: Squamata Family: Cordylidae Genus: Cordylus Species: C. oelofseni Binomial name Cordylus oelofseniMouton & Van Wyk, 1990 Oelofsen's girdled lizard (Cordylus oelofseni) is a species of lizard in the family Cordylidae. It is a small, spiny lizard found in South Africa.[2]...

Chronologies Données clés 2005 2006 2007  2008  2009 2010 2011Décennies :1970 1980 1990  2000  2010 2020 2030Siècles :XIXe XXe  XXIe  XXIIe XXIIIeMillénaires :Ier IIe  IIIe  Chronologies géographiques Afrique Afrique du Sud, Algérie, Angola, Bénin, Botswana, Burkina Faso, Burundi, Cameroun, Cap-Vert, Centrafrique, Comores, République du Congo, République démocratique du Congo, Côte d'Ivoire, Djibouti, Égypte, Érythrée, Éth...

 

ЛьйокурLiocourt   Країна  Франція Регіон Гранд-Ест  Департамент Мозель  Округ Саррбур-Шато-Сален Кантон Дельм Код INSEE 57406 Поштові індекси 57590 Координати 48°54′39″ пн. ш. 6°20′40″ сх. д.H G O Висота 253 - 398 м.н.р.м. Площа 3,17 км² Населення 141 (01-2020[1]) Густота 46,37 ос./км...

 

يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (سبتمبر 2019) جامعة برمنغهام - مبنى فيزياء بوينتينج - لوحة زرقاء تحمل أسماء الفيزيائيين فريش وبييرلس مذكرة فريش - بيريلز

Decatur Ciudad Centro de Decatur en el 2006 DecaturUbicación en el condado de Adams en Indiana Ubicación de Indiana en EE. UU.Coordenadas 40°49′46″N 84°55′45″O / 40.8294, -84.9292Entidad Ciudad • País  Estados Unidos • Estado  Indiana • Condado AdamsAlcalde John L. SchultzSuperficie   • Total 14.98 km² • Tierra 14.96 km² • Agua (0.1%) 0.02 km²Altitud   • Media 244 m s. n. m.Población...

 

Peta menunjukkan lokasi Socorro Socorro adalah munisipalitas yang terletak di provinsi Surigao del Norte, Filipina. Pada tahun 2010, munisipalitas ini memiliki populasi sebesar 18.883 jiwa dan 3.071 rumah tangga. Pembagian wilayah Secara administratif Socorro terbagi menjadi 14 barangay, yaitu: Albino Taruc Del Pilar Doña Helene Honrado Navarro (Pob.) Nueva Estrella Pamosaingan (dahulu bernama Gardeña dan merupakan bagian dari wilayah Del Carmen) Rizal (Pob.) Salog San Roque Santa Cruz Seri...

 

artikel ini perlu dirapikan agar memenuhi standar Wikipedia. Tidak ada alasan yang diberikan. Silakan kembangkan artikel ini semampu Anda. Merapikan artikel dapat dilakukan dengan wikifikasi atau membagi artikel ke paragraf-paragraf. Jika sudah dirapikan, silakan hapus templat ini. (Pelajari cara dan kapan saatnya untuk menghapus pesan templat ini) Artikel ini tidak memiliki referensi atau sumber tepercaya sehingga isinya tidak bisa dipastikan. Tolong bantu perbaiki artikel ini dengan menamba...

Species of plant Cork oak Cork oak in its natural habitat Conservation status Least Concern (IUCN 3.1)[1] Scientific classification Kingdom: Plantae Clade: Tracheophytes Clade: Angiosperms Clade: Eudicots Clade: Rosids Order: Fagales Family: Fagaceae Genus: Quercus Subgenus: Quercus subg. Cerris Section: Quercus sect. Cerris Species: Q. suber Binomial name Quercus suberL. Synonyms[2] List Quercus cintrana Welw. ex Nyman Quercus corticosa Raf. Quercus mitis Banks ex L...

 

Halaman ini berisi artikel tentang salah satu kota di Banten, Indonesia sejak 1999. Untuk wilayah administratif di Indonesia dalam kurun waktu 1986–1999, lihat Kota Administratif Cilegon. Untuk tempat lain yang bernama sama, lihat Cilegon (disambiguasi). Koordinat: 6°0′37″S 106°2′31″E / 6.01028°S 106.04194°E / -6.01028; 106.04194 Kota CilegonKotaTranskripsi bahasa daerah • Sundaᮎᮤᮜᮨᮌᮧᮔ᮪ • Pegonچيلـٓڮَو...

 

Article principal : Ski acrobatique aux Jeux olympiques de 2018. Bosses femmes Généralités Sport Ski acrobatique Organisateur(s) CIO Édition 8e Lieu(x) Pyeongchang Date du 9 février 2018 au 11 février 2018 Site(s) Bokwang Phoenix Park Palmarès Tenant du titre Justine Dufour-Lapointe Vainqueur Perrine Laffont Deuxième Justine Dufour-Lapointe Troisième Yuliya Galysheva Navigation Sotchi 2014 Pékin 2022 modifier L'épreuve féminine des bosses aux Jeux olympiques d'hiver de 2018 a...

Захват автобуса в Казахстане Взлётно-посадочная полоса аэропорта Шымкента, в котором произошёл штурм автобуса Дата 22—23 февраля 1992 Место посёлок Шиели и город Шымкент Причина захват преступниками заложников в автобусе Итог заложники освобождены, все преступники нейтр...

 

三女神(さんめがみ、Triple Goddess)は、多くのネオペイガニズムの人々の主要な神。一般的な共通の認識では、三女神は三人の女性で表象され、それぞれ処女、母、老婦人(英語版)であり、女性のライフサイクルと月の月相の両方を象徴している。それぞれが満月、満ちる過程にある月、掛けた月に照応しているという[1]。また、しばしば地上、地下世界、天を...

 

Northern Irish mathematician (born 1959) Philip MainiFRS FMedSciPhilip Maini in 2015BornPhilip Kumar Maini (1959-10-16) 16 October 1959 (age 64)[5]Magherafelt, Northern Ireland[5]NationalityBritishAlma materUniversity of Oxford (BA, PhD)ParentsPanna Lal (father)Satya Wati (mother)Awards Naylor Prize and Lectureship (2009) Arthur T. Winfree Prize (2017) FRS (2015)[1] Scientific careerFields Mathematics Mathematical biology[2] Institutions Universit...

Small structure, separate from a main building, which covers a toilet Shithouse redirects here. For the American film, see Shithouse (film). For underhand sporting tactics, see Gamesmanship. For other uses, see Shithouse (disambiguation). Dunny redirects here. For other uses, see Dunny (disambiguation). Not to be confused with Chemical toilet. Historical community sanitation poster promoting sanitary outhouse designs (Illinois, US, 1940) Outhouse in the mountains in northern Norway An outhous...

 

Анастасьєв Олександр Констатинович Народився 23 травня 1837(1837-05-23)Єлисаветград, Бобринецький повіт, Херсонська губернія, Російська імперіяПомер 15 серпня 1900(1900-08-15) (63 роки)Любеч, УкраїнаПосада член Державної ради Російської імперії[d]Рід House of Anastasievd Олександр Костянтино...

 

Shopping mall in California, U.S.Westfield Culver CityInterior view of Westfield Culver City in 2014.LocationCulver City, California, U.S.Address6000 Sepulveda Boulevard, Culver City, CA 90230-6482Opening dateOctober 6, 1975; 48 years ago (October 6, 1975)Previous names Fox Hills Mall (1975–1998) Westfield Shoppingtown Fox Hills (1998–2005) Westfield Fox Hills (2005–2009) DeveloperThe Hahn CompanyManagementWestfield GroupOwnerWestfield GroupNo. of stores and services172 (20...

Ada usul agar Jalan Tol Trans-Sumatra diganti judulnya dan dipindahkan ke Jalan Tol Trans Sumatera (Diskusikan). Jalan Tol Trans-SumatraPeta Jalan Tol Trans-Sumatra. Trayek dengan warna merah dan biru dioperasikan oleh Hutama Karya dan entitas terafiliasi.Informasi ruteDikelola oleh PT Hutama Karya (Persero) sesuai Perpres 100/2014 jo. Perpres 117/2015Panjang:2.818 km (1,751 mi)Persimpangan besarUjung Selatan:Pelabuhan Bakauheni  Ramp Pelabuhan Bakauheni Simpang Susun Palindra S...

 

1982 studio album by AliceAzimutStudio album by AliceReleased1982Recorded1982GenrePop, rockLength36:46LabelEMIProducerAngelo CarraraAlice chronology Alice(1981) Azimut(1982) Falsi allarmi(1983) Azimut is the fifth studio album by Italian singer-songwriter Alice, released in 1982 on EMI Music. Singles released from the album include Messaggio (1982), A cosa pensano (1982) and Chan-son Egocentrique (1983), the latter a duet with Franco Battiato. The track Messaggio was co-written by Bat...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!