Poopo gölü

Poopo gölü
isp. Lago de Maracaibo
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3686 m
Eni 53 km
Uzunluğu
  • 84 km
Sahəsi 1340 km²
Həcmi 4.020.000.000 m³
Dərin yeri 3 m
Orta dərinliyi 1,5 m
Tökülən çay Desaquadero çayı
Yerləşməsi
18°46′55″ c. e. 67°01′29″ q. u.HGYO
Ölkə
Poopo gölü xəritədə
Poopo gölü
Poopo gölü
  • adalarla birlikdə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Poopo gölü (isp. Lago Poopó) — Duzlu göl olaraq Boliviya ərazisində Oruro şəhərindən 130 km cənubda yerləşir.

Göl dəniz səviyyəsindəm 3686 m hündürlükdə yerləşir. Göl dayazlığı ilə fərqlənir (3 metrdə az). Bu səbəbdən quraq mövsümlərdə yağıntının miqdarı gölün səviyəsinə öz təsirini göstərir. Gölün səthinin sahəsi 1100 – 2500 km² arasında dəyişir. Bu baxımdan Cənubi Amerika ərazisində ən iri duzlu göllərdən biridir. Ortalama sahəsi 1340 km² təşkil edir. Göl ən böyük səviyyəyə 1940-cı illərdə catmışdır. 1962-ci ilə qədər gölə Titikaka gölündən gələn Desaquadero çayı axırdı. Göl şoranlıqlardan axdığından suyu şorlaşır. Gölün sahil hissələrində qamışlıq geniş yayılmışdır.[1] Sahilləri bataqlıqlaşıb. Göldən axan arx Salar-de-Koypasa şoranlığına istiqamətlənir. Poopo Flaminqoların istirahət yeridir.

And dağlarında baş vemiş sonuncu buzlaşma dövründə (təxmini 11-13 milyon il öncə) Poopo daha böyük buzlaq məşəlli Boliviyan gölünün (isp. Ballivián) bir hissəsini təşkil edirdi. Bu nəhəng göl Koypasa şoranlığıUyuni şoranlığı kimi əraziləri özündə birləşdirirdi. Gölün səviyəsi müxtəlif səbəblərdən tərətdüd edir. 1962 ildən Desaquadero çayı öz istiqamətini dəyişərək Uru-uru gölünə tökülməyə başlamışdır. Bundan əlavə qüçlü küləklər və buxarlanma suyun səviyəsinə böyük təsir göstərir.

İstinadlar

  1. ukr. Гаврилюк В.С. Фізична географія Південної Америки, Вища школа, 1993

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!