Sultan Məhəmməd Qütbşah — Qütbşahlar sülaləsindən hökmdar.
İbrahimqulu şahın ikinci oğlu Məhəmməd Amin və Xanım Ağanın oğlu idi.[1] Atası hələ 25 yaşında ikən vəfat etmişdi. Məkkə Məscidi onun dövründə, 1617-ci ildə tikilmişdi.
1617-ci ilin iyul-avqust aylarında "Tarixi Məhəmməd Qütbşah" əsərini yazdırmışdı. Kitab Qütbşahların Qaraqoyunlu əcdadlarından və sultanaqədərki tarixdən bəhs edir.[2]
Onun dövründə Qütbşahların Böyük Moğol İmperiyası tərəfindən işğal edilmə təhlükəsi yaranmışdı. Buna görə də Səfəvilər dövləti ilə sıx əlaqələrdə olmuşdu. I Abbasın Qütbşahların sarayında Hüseyn bəy Keçəçibaşı adlı səfiri vardı.
1607-ci ildə əmisiqızı Həyat Bəxş xanımla evlənmişdi. Bu evlilikdən 3 oğul və 7 qızı olmuşdu. Oğlu Abdullah şah onu əvəz etmiş, qızı Badi Sahibə bəyim Bicapur krallığına gəlin getmişdi. Digər qızı Xeyrünnisə bəyimdir.[3]