Stşeleski səhrası (ing. Strzelecki Desert) — Avstraliya ərazisində yerləşən səhra. Cənubi Avstraliyanın şimal-şərqi, Yeni Cənubi Uelsin şimal-qərbi və Kvinslendin ucqar cənub-qərbi. Eyr gölündən şimal-şərqdə, Flinders silsiləsindən şimalda yerləşir.
Səhra ilk dəfə 1845-ci ildə kəşf edilmiş və polyak əsilli araşdırmacı Pavel Stşeleskinin şərəfinə adlandırılmışdır. Səhranın sahəsi 80250 km² təşkil edir[1]
Səhra ərazisində Stşeleski-Krik, Yandama-Krik, Kuper-Krik və Dayamantina çaylarının quruyan yataqları yerləşir. Şimalında Berdsvill, Kordillo-Dauns, Qidqella, İnnaminka və cənubunda isə İtadanna yaşayış məntəqələri yerləşir. Şimal-qərbi qutaracağında Qoyder laqunu bataqlıqlaşmışdır.