Bu siyahıda Avropada yerləşən ölkələr coğrafi ərazisinə görə sıralanıblar. Avropanın ümumi coğrafi ərazisi təxminən on milyon kvadrat kilometrdir.[1]
Bəzi ölkələr ancaq qısmən Avropada yerləşirlər. Onlar siyahıda Avropaya aid sahələrinə görə sıralanıblar.
Siyahıda ancaq suveren dövlətlər göstərilib.
Daxili su obyektləri də sahə sayına əlavə olunub.
(km2)
ərazisi (kvadrat mil)
Qitə sərhədlərini əks etdirən Avropanın ən çox istifadə olunan interaktiv xəritəsi.
Legenda: yaşıl = Asiyada yerləşən, amma tarixi və siyasi baxımdan Avropa sayılan ölkələr; göy = transkontinental dövlətlər – bir hissəsi Avropa, digər hissəsi isə Asiya qitəsində yerləşən ölkələr