Sailov Sahib Ağagül oğlu (15 may 1932, Salyan rayonu) - Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon, Qasım İsmayılov Rayon və Astara Rayon partiya komitələrinin birinci katibi.
Həyatı
Sahib Sailov 1933-cü ildə doğulmuşdur. 1954-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsini, 1959-cu ildə Moskva Ali Komsomol Məktəbini, 1975-ci ildə isə Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
1954-1956-cı illərdə orta məktəbdə müəllim kimi işləmişdir. Tarix elmləri namizədidir.
Siyasi fəaliyyəti
1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi
Komitəsinin katibi vəzifəsinə qədər yol keçmişdir. 1957-ci ildə Salyan Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1961-1964-cü illərdə Azərbaycan LKGİ Mərkəzi
Komitəsinin təlimatçısı, şöbə müdirinin müavini, katibi olmuşdur.
1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1964-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru olmuşdur. 1963-1971-ci illərdə Respublika Xalq Nəzarəti Komitəsi Ali Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
O, 1966-1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi, 1969-1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən isə Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur.
Öz iddiasına görə 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan Heydər Əliyevlə arasında yaranmış münaqişə səbəbindən o Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 26 dekabr 1976-cı il tarixli plenumunda Sahib Sailov plenum üzvlüyündən, Ali Sovetin deputatlığından və partiya üzvlüyündən xaric edildi.[1]
Sahib Sailov 28 dekabr 1977-ci ildə Sahib Sailov səhər saat 10-da respublika prokurorluğuna çağırılmışdır və həbs olunmuşdur. Sahib Sailovun işi ilə bağlı 180 nəfər dindirilmiş və sonda Sahib Sailovun ittihamnaməsi 11 nəfərin cinayət işilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Ona 15 il cəza müddəti, onun da 3 ilini bağlı rejimdə, 12 ilini ciddi rejimdə çəkməklə kəsildi. O bağlı rejimini Şuşa həbsxanasında, qalanını isə 2 saylı kolonda çəkmişdir.[1]
Kitabları
11 kitabın müəllifidir.
- “Muğanın övladları”
- “Yaşadığım illər, keçdiyim yollar” - 2007-ci ildə “Araz” nəşriyyatı
- “Ömrün səhifələri” və
- “Saxta hökm (Həyat davam edir)”
Mənbə
İstinadlar
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Şamaxı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 dekabr 1959-cu ildə Mərəzə rayonu ləğv edilmiş, ərazisi isə Şamaxı rayonuna birləşdirilmişdir. 24 aprel 1990-cı ildə müstəqil Qobustan rayonu təşkil edilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon Sovetinin sədrləri | |
---|
Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Goranboy rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 8 sentyabr 1938-ci ildə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılovun şərəfinə Qasım İsmayılov rayonu adlanmışdır. 12 fevral 1991-ci ildə Şaumyan rayonu ləğv olunaraq Qasım İsmayılov rayonu ilə birləşdirilmiş və birləşmiş rayon Goranboy rayonu adlandırılmışdır. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Astara rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Astara rayonu 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |